Deputat: "Vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir"

  • 11-04-2019, 12:36
  • aktual
  • Baxılıb20
Deputat: "Vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir"
Fransanın nüfuzlu "Opinion Way" sorğu mərkəzinin Azərbaycanda mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi geniş rəy sorğusunda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün istiqamətlər üzrə respondentlər tərəfindən yüksək qiymətləndirilməsi hər şeydən öncə dövlətimizin başçısının həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır.

Bakunews.tv xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, əsas məsələlərə rəy bildirənlərin təqribən 90 faizi ölkə başçısının fəaliyyətini müsbət qiymətləndirib:

"Əslində cəmiyyətimizi sosioloji kontekstdə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi. Bu kontekstdə önə çıxan başlıca məsələrdən biri də Prezident İlham Əliyevin ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı fəaliyyətinin respondentlər tərəfindən yüksək qiymətləndirilməsidir. Bu cür yanaşma sıravi azərbaycanlının srateji düşünmə bacarığının olmasından xəbər verir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkündür. İkinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir. Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğrudan da regionlarımızın inkişafı daima Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır. Abad yollar, qaz və elektrik enerjisi ilə təhcizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s."

Millət vəkili əlavə edib ki, buna paralel olaraq regionların iqtisadi zonalara bölünərək hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb:

"Bütün bunlar hazırkı regionlarımızın real mənzrəsini təşkil edir və vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Heç şübhəsiz ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb. Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veterenlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əməkhaqqının artırılması, problemli kreditlərin həll olunması və digər bu kimi işlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edib. Eyni zamanda, idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar respondentlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə isə aydın olub ki, ötən bir ildə görülən işlər əslində "15 +1" formulası kontekstində qiymətləndirilib və Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, hazırda son bir ildə bu qədər böyük işlər görmək də olmazdı. Bir sözlə, "Opinion Way" şirkətinin sorğusunun nəticəsi göstərdi ki, ümumilikdə vətəndaşlar Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir".
Oxşar xəbərlər
Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM
Trampdan Müllerin qərarına reaksiya: “Gözəl gündür”
Paytaxtın bu rayonlarında qaz olmayacaq
Prezident qanun imzaladı - Bu şəxslərin maaşı ikiqat artdı
Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
Prezident sərəncam imzaladı - 2.45 milyon manat ayrıldı
“Paris Notr-Dam kilsəsi bərpa işləri dövründə bağlanmayacaq”
Prezident bu şəxslərin maaşını iki dəfə artırdı
Bu toyuq ətini ƏSLA ALMAYIN
İlham Əliyevdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Prezident bu şəxslərin maaşını artırdı - SƏRƏNCAM
Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb
Bulvara giriş bağlanır
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçild
Prezidentdən icra başçısı ilə bağlı VACİB SƏRƏNCAM
DTX-yə yeni səlahiyyətlər verildi - FƏRMAN
Özünü güllələmiş keçmiş prezident xəstəxanada öldü
Tanınmış jurnalistə vəzifə verildi
Əkrəm İmamoğlu vəzifəsini təhvil aldı
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gəncin sinəsinə xaç çəkib, diri-diri basdırdılar
Perunun sabiq prezidenti intihar etdi
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq istəyinə cavab verdi
Nazpəri Dostəliyeva: “O qız məni şantaj edib, pul istəyir”...
DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN
“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb
Kür çayından meyit tapıldı
SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏDƏNİYYƏT