Aydın Mirzəzadə: Bir qarış da olsa, ərazi güzəşti söhbəti gedə bilməz

  • 3-05-2019, 14:30
  • aktual
  • Baxılıb40
Aydın Mirzəzadə: Bir qarış da olsa, ərazi güzəşti söhbəti gedə bilməz
Azərbaycan üçün Dağlıq Qarabağ ən vacib ümummilli məsələdir.

Bu məsələ barəsində həm dövlətin, həm cəmiyyətin mövqeyi vaxtaşırı ortaya qoyulmalıdır.

Dünya bizim qətiyyətimizi görməlidir, düşmən heç bir zaman ona güzəştə gediləcəyi qənaətinə gəlməməlidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, eyni zamanda, ölkə prezidentinin hər bir tədbirdə, mühüm və önəmli forumlarda Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyini bildirməsi alqışlanmalıdır, çünki dövlətin ali təmsilçisi odur, danışıqları o aparır.

“Onun hansı mövqedən və hansı prinsiplərə söykənərək danışıqlar aparması da hər birimiz üçün kifayət qədər vacib bir məsələdir.

Göründüyü kimi, Ermənistanla danışıqlarda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi müzakirə edilir.

Çünki bir qarış da olsa, torpaq, ərazi güzəşti söhbəti gedə bilməz.

Həmçinin, aralıq, qeyri-müəyyən nəticəli danışıqlar aparıla bilməz.

Yəni, müzakirə predmeti ancaq və ancaq ərazi bütövlüyü məsələsidir və bu gün Azərbaycanın ərazi bütövlüyü məsələsi də tarixdə olmayan kimi çox ciddi şəkildə müdafiə olunur.

Cənab prezidentin Nazirlər Kabinetində keçirdiyi müşavirədə, həm də bu gün iştirak etdiyi Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında bu mövqe bir daha səsləndirildi.

Ona görə Ermənistan tərəfi özü üçün yəqin etməlidir ki, həm Qarabağ probleminin, həm də ümumilikdə götürdükdə onun qarşılaşdığı ağır daxili problemlərin həlli ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və ona hörmətlə yanaşılmasından keçir”, - deyə, A.Mirzəzadə sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Yerə böyük meteorit düşdü: Qorxunc görüntülər - VİDEO
Bu şəxslərin pensiyasını artırıldı
Erməni əsgərlər Zakir Həsənovu güllələmək istəyib? - TƏCİLİ BƏYANAT
İtkin düşən jurnalistin meyiti tapılıb
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
İlqar Məmmədov “Qorotdel”ə çağırıldı
Bu dövlət baxçasında YANĞIN - uşaqlar təxliyə edilib - FOTOLAR
Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı
Masallıda 90 nəfərlik özünü müxalifətçi adlandıran şəxslərin niyyəti baş tutmayıb
Ən yüksək maaşlı şəhər məlum oldu
Məşhur aktyor şou müxbirlərə silah tuşladı:
Ukrayna hökuməti istefaya getdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb
ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb
İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya
Azərbaycan istehsalı snayper tüfənginin sınaqları keçirildi
Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO
Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı
“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq
Zelenskinin varidatı açıqlandı: Avropada evlər, Gürcüstanda 10 otel, …
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir
Bakıda
Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI
Dəməşq hücuma məruz qaldı
“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT