Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb

  • 15-05-2019, 13:00
  • aktual
  • Baxılıb21
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb
Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

“Report”un Moskva bürosunun məlumatına görə, mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.

Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.

Tədbirdə çıxış edən “Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən iftar süfrəsi ilk öncə Azərbaycanda islam dininə olan hörmətin göstəricisidir.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu bildirərək, müsəlmanların bayramını təbrik edib.

Rəsmi çıxışlardan sonra müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku” jurnalının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 14 ildir, Rusiya Müftiləri Şurasının "Ramazan çadırı" layihəsində iştirak edir.
Oxşar xəbərlər
Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Yerə böyük meteorit düşdü: Qorxunc görüntülər - VİDEO
Bu şəxslərin pensiyasını artırıldı
Erməni əsgərlər Zakir Həsənovu güllələmək istəyib? - TƏCİLİ BƏYANAT
İtkin düşən jurnalistin meyiti tapılıb
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
İlqar Məmmədov “Qorotdel”ə çağırıldı
Bu dövlət baxçasında YANĞIN - uşaqlar təxliyə edilib - FOTOLAR
Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı
Masallıda 90 nəfərlik özünü müxalifətçi adlandıran şəxslərin niyyəti baş tutmayıb
Ən yüksək maaşlı şəhər məlum oldu
Məşhur aktyor şou müxbirlərə silah tuşladı:
Ukrayna hökuməti istefaya getdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb
ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb
İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya
Azərbaycan istehsalı snayper tüfənginin sınaqları keçirildi
Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO
Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı
“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq
Zelenskinin varidatı açıqlandı: Avropada evlər, Gürcüstanda 10 otel, …
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir
Bakıda
Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI
Dəməşq hücuma məruz qaldı
“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT