Polis bölməsində şəhid ailəsinin üzvü döyülüb? - RƏSMİ AÇIQLAMA

  • 8-07-2019, 11:43
  • aktual
  • Baxılıb29
Polis bölməsində şəhid ailəsinin üzvü döyülüb? - RƏSMİ AÇIQLAMASosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bölməsində şəhid ailəsinə təzyiq edilməsi ilə bağlı görüntülər yayılıb. Ailə üzvü Arzu Əliyeva iddia edir ki, polislər bölmədə ona ağır bədən xəsarətləri yetirib. Yayılan videogörüntülərdə də xanımın üzünün qan içində olduğu görünür.

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə reaksiya verib.

Qurumun Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, A.Əliyeva özü-özünə xəsarət yetirib:

“İyulun 6-da Arzu Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis bölməsinə gətirilib.

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib.

Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş Cahangirovun anası, 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan Arzu Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirməklə, bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib.
Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb”.

E.Hacıyev qeyd edib ki, faktla bağlı toplanmış materiallar Xətai rayon prokurorluğuna göndərilib:

“Oğurluqda şübhəli bilinən Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”.
Oxşar xəbərlər
Pirşağı çimərliyində 2 nəfər batıb
Ərbildə qətlə yetirilən türkiyəli diplomat Ankarada dəfn olundu
DSX rəisi yaralı əsgərə baş çəkib - VİDEO
Bakıda körpünün üzərində yol qəzası
Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var - VİDEO
Fuad Heydərova yüksək vəzifə verildi
Nazir Elnur Məcidovu işdən çıxardı
Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı
“Gürcüstanla münasibətlərin normallaşmasını istəyirik”
Xəzərdə batmış iki qadın və iki uşağın meyitləri aşkarlandı
“Azərbaycan Ukraynanın ən böyük mobil operatorunu almaq istəyir”
Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb
Texasda 18 it sahibini yedi
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılıb
Bakıda qayınanası ilə dalaşan kişidən şok hərəkət
Bakıda növbəti qəza- yaralılar var - VİDEO
Vilayət Eyvazovdan ilk — Təyinat
Goranboydakı qayınata-gəlin cinayətinin təfərrüatı bəlli oldu - YENİLƏNİB + FOTO
Bakıda tələbə rektordan diplomunu oynaya-oynaya aldı-VİDEO
Abel Məhərrəmovun beşulduzlu istirahət mərkəzi (FOTO)
İyulun 10-na olan hava proqnozu
Soyadlarla bağlı yeni qanun layihəsi hazırlanır
AQTA: Son bir ildə 403 nəfər qidadan zəhərlənib, 2 nəfər vəfat edib
Ziya Məmmədovdan yeni xəbər var
Sevinc Qədirova vəzifəsindən ayrıldı: Heç bir mənfi səbəb axtarılmasın
Arzularınızın ünvanı -
Gürcü aparıcı efirdə Putini təhqir etdi: Prezident Zurabişvili və Baş nazirdən açıqlamalar
“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB
Braziliya azlıqda qalsa da, çempion oldu - VİDEO
Türkiyədə azot zavodu partladı
“Ağ çiçəyim” yanıb kül oldu - YENİLƏNİB + VİDEO
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏDƏNİYYƏT