ŞAHMAR İBADOV – FƏTULLAH GÜLƏNLƏ BAŞLANAN YOLDA ADNAN OKTAR İZİ

ŞAHMAR İBADOV – FƏTULLAH GÜLƏNLƏ BAŞLANAN YOLDA ADNAN OKTAR İZİ

Adnan Oktar ətrafındakı insanlar haqqında bilgilər və sənədlər toplamaqla həmin şəxsləri şantaj etməyə başladı. Adnan Oktarın əsas hədəfi ölkənin siyasi rəhbərliyi idi. Məsud Yılmaz, Tansu Çillər, Meral Akşener də bu qəbil insanlardandır.

Azərbaycan məmuru artıq illərdir ki, dövlət görəvinə şəxsi mülkiyyəti rakursundan baxır. Məsələnin dövlətçilik xəttindən şəxsi müstəviyə daşınması prinsipi bu yolda məmura daha çox qazanmaq ehtirası yaradır. Müəyyən edilmiş xəttdən sapınmalar da elə bu məqamlarda başlayır.

Nərimanov rayn icra hakimiyyətl başçısının I müavini Şahmar İbadov ölkə mediasına nəinki rayon icra hakimiyyəti başçıları, bəlkə nazirlər qədər tanış olan isimdir. Normalda bu tanıtımı məmur işgüzarlığı, təşkilatçılıq bacarığı ilə əlaqələndirmək olardı. Lakin...

Vəzifə olimpinə gözlənilmədən yüksələn bu şəxsin MM-dən başlayan fəaliyyətindən, indiki görəvinə qədər nəzər salsaq gəlinən nəticə Şahmar İbadovun gizli qüvvə tərəfindən dəstəkləndiyi yəqinliyinə gələrik. Əslində bu araşdırmanı, İbadovdan məqsədləri olan digər “araşdırmaçıların fundamental yazılarından” fərqli rakursda yazmağımızın da bir məqsədi var: MÜƏMMALARDAN HƏQİQİ NƏTİCƏLƏR ƏLDƏ ETMƏK.

Hələ sovetlər dönəmindən paytaxt əhalisinin istirahət məkanlarından biri olan, olduqca geniş əraziyə malik “Montin parkı” adlanan böyük yaşıllığın soyqırımı başlayanda əraziyə bu günə qədər də davam edən oliqarx “hücumları” oldu. On illərlə yaşı olan ağaclar ərazidən kəsilib daşındı, yerində dəyəri milyonlarla ölçülən villalar tikildi. Proses bu gün də davam edir. Ola bilsin ki, dəyərli oxucu bu prosesə ölkə boyu cəzasızlığın yaratdığı özbaşınalığın bir nümunəsi kimi baxa bilər. Əsində isə bu prosesin arxasında məqsədli dostluq tellərinin yaranması durur. Şahmar İbadov Abdin Fərzəliyevə bu sərəncamları imzalatdırmaqla həm pul qazandırır, həm də özünun bir zamanlar edəcəyi xahişlər üçün ətraf formalaşdırırdı. Ölkə mediasının böyük əksəriyyəti bilir ki, “mediaya aylıq dəstək” projesinin ilk müəllifi Nərimanov rayon İcra hakimiyyəti başçısının I müavini Şahmar İbadovdur. Hər ay davam edən proses I müavinin 4-cü mərtəbədəki kabinetinin qəbul otağında əyləşən gənc köməkçisinin tavandan asılmış kamera altında “yardım aksiyası”nı icra etməsidir. Bəzi sadəlövh “həmkarlarımın” hər ayın 3-ü, 5-i arası aldım-qaçdım prinsipi əsində I müavinin kompramat xəzinəsini daha da zənginləşdirirdi. Yuxarıda qeyd edildiyi kimi bu samanın zamana görə saxlanılması el məsəli kimidir. İbadov şəhərin ən pristijli yerlərindən biri hesab olunan Montin ərazisində böyük kapital sahiblərinə jest edərək onları gələcəkdə ehtimal edilən dəstək üçün borcluya çevirmək və özünün aylıq ”dəstək” verdiyi mediadan qalxan formatında istifadə etmək. Təsadüfi deyil ki, istər Montin parkında, istər Heydər Əliyev prospektində, istərsədə digər ərazilərdə söküntü-tikinti işlərinin ən qızğın vaxtında belə insanların evlərindən zora çıxarıldığı zamanlarda, bir-iki istisnalar olmaqla hər kəs Nərimanov rayonunda baş verən hadisələri görməzdən gəldi. Bu proses Türkiyədə FETÖ operasyonuna qədər davam etdi. Türkiyədə çoxsaylı insan ölümü ilə baş verən hadisələrdən bir müddət öncə Azərbaycan hakimiyyətinin kifayət qədər yüksək eşalonunda yer almış, hətta ölkə parlamentinə qədər uzanmış FETÖ-çuların olması ilə bağlı informasiyalar dərc edilməyə başladı. PA-nın şöbə müdiri, milət vəkili və s. ranqlarda olan, uzun müddət gizli fəaliyyətə üstünlük vermiş şəxslərin ifşasından sonra siyahıya yeni – yeni adlar salındı. Nərimanov rayon icra hakimiyyətinin başçısının I müavini Şahmar İbadovun adı da həmin siyahıda yer aldı. Hətta İbadovun Fətullahçılarla iş birliyi haqqında türk mətbuatı belə yazdı. Lakin digərləri kimi Şahmar İbadovda nəinki cəzalandırıldı, hətta yenə də görəvinin başındadır. Artıq hər hansı dəstəyə ehtiyacı olmayacaq səviyyəyə qədər böyüyüb də. Bir neçə il öncə başlatdığı “aylıq mətbuata dəstək kompaniyasını” guya “maliyyə çatışmazlığına görə”ötən ilin dekabr ayından dayandıran İbadova görünür artıq media dəstəyi də lazım deyil. Çünki bir neçə illik qəbul otağında kamera qarşısında baş verən proses ona hətta illərlə serial çəkmək üçün yetərli ola bləcək faktlardır. Əslində “yardımın” kəsilməsindən sonra çığallıq etmək istəyən media mənsublarına bəzi mesajlarda verildi. Və hər kəs susdu. Təsadüfi deyil ki, bir zamanlar aldıqlarının əsirinə çevrilən bəzi media mənsubları indi də çəkildikləri “filmin” girovudurlar. Rəyini aldığımız ekspertlərdən birinin fikirləri olduqca marağlı idi. “Bunlar Fətullah Gülən variantlarıdır. Əvvəlcə qısa müddət sənin ehtiyaclarını ödəyirlər, sonra bir ömür sənə öz ehtiyaclarının ödətdirirlər.”

ŞAHMAR İBADOV – FƏTULLAH GÜLƏNLƏ BAŞLANAN YOLDA ADNAN OKTAR İZİ

FOTODA üzü görsənməyən şəxslə bağlı araşdırmamız davam edir...

Bu günlərdə BakuNews.az maraqlı bir foto əldə edib. Fotoda Fətullahçı kimi təqdim edilən Şahmar İbadov, hal – hazırda Nərimanov rayon DSK-larından birinin sədri olan şəxslə, bu rayondan seçilmiş millət vəkili və Türkiyədə, o cümlədən dünyada İsrail yançısı kimi tanınan Adnan Oktarın Azəraycandakı “kediləri” ilə bir masa arxasında əyləşiblər. Kimdir Adnan Oktar? Əlində 1983-də Şişili xəstəxanası tərəfindən verilmiş şizofren, 1984-cü ildə Cərrahpaşa Tibb fakultəsi tərəfindən verilmiş paranoit, 1985-ci ildə Beşiktaş Əskəri şöbəsindən aldığı rapor, 1986-cı ildə Ədliyyə tibb kurumu tərəfindən verilmiş şizofren raporu, Bakırköy ruh tədavixəstəxanasından aldığı 7-ci şizofren və paranoit raporları olan şəxs. 20 noyabr 1999-cu ildə həbs edilən Adnan Oktar haqqında Türkiyədə o dövrün daxili işlər naziri vəzifəsində çalışan Səadəttin Tantan “Adnan Apo qədər təhlükəlidir” demişdir. Hətta həmin dövrdə Türkiyədə dərc edilən “Sabah” qəzetidə bu şəxsin təhlükəli şəxs olduğu haqda məqalə dərc etmişdi. Həbsdən azad ediləndən sonra Adnan Oktar ətrafındakı insanlar haqqında bilgilər və sənədlər toplamaqla həmin şəxslərişantaj etməyə başladı. Adnan Oktarın əsas hədəfi ölkənin siyasi rəhbərliyi idi. Məsud Yılmaz, Tansu Çillər, Meral Akşenerdə bu qəbil insanlardandır. Adnanaın anası Mediha xanım dəfələrlə mətbuatda “oğlum təhlükəli dəlidir” - deyə müsahibə verib. Lakin Adnan Oktarın Türkiyədə bu günkü yeri, tərəfdarları, İslamın mahiyyətinin dəyişilməsi, gözdən salınması üçün apardığı proses, hətta “yəhudilər bizə Allahın əmanətidirlər” –deyimi bu şəxsin nə dəli, nə də xəstə olduğunun göstəricisidir. Türkiyəli ekspertlər Adnan Oktarın İsrail yetişdirməsi olduğunu və ən azı 50 il sonraya hesablanmış proje kimi dəyərləndirirlər. FETÖ-nun uzun illər islam təbliğatçısı obrazı Türkiyədə törətdiyi qətliamdan sonra adının terror örgütləri siyahısına salınması görünür bəzi qüvvələri ehtiyat variantlara əl atmağa vadar edib. Məhəmməd Əbdülvəhhab ibn Nəcdi də bir zamanlar Adnan Oktar kimi hər şeyi inkar üzərində qururdu və şantaj edirdi. . Sonra örgütlər, ordular, ölkələr para ehtirası ilə bu debil idelojinin əsirinə çevrildilər. Əbdülvəhhab tərəfdarları ən azından şalvarlarının qısalığı və saqqallarının uzunluğundan tanınırlar. Hakimyyət olimpinə sürətlə irəliləyən, qısa zamanda böyük kapitala sahiblənən FETÖ-çular da aşağı – yuxarı məlumdur. Bir zamanlar FETÖ-ya bağlı olanların bu Adnan “kediləri” ilə bir araya gəlmələri maraqlıdır. Deməli hələ bəla bitməyib. Qarşıda ifşaedici faktlar, şantajlar və s. olayllara şahidlik edə bilərik. Bu dəfə də başımız Adnan “abimizin kediləri ilə dərddədir.”

Mövziya qayıdacağıq.

P.S Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

BakuNews.Tv
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT