Gömrükdə “Əbülfəz Məlikov imperiyası”

  • 27-08-2017, 11:05
  • cemiyyet
  • Baxılıb122
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”

Azərbaycanın gömrük sistemində fəaliyyət göstərən “Broker” MMC adlı şirkətlə bağlı mətbuatda zaman-zaman qalmaqallı xəbərlər yayılır. Düzdü, bu məlumatların bir çoxu sonradan “müəmalı şəkildə” yoxa çıxır. Amma milyardların dövr etdiyi bu şirkətlə bağlı kiçik bir araşdırma aparanda ortaya kifayət qədər ciddi faktlar çıxır.

“Broker” MMC-nin taladığı milyonlar

Rəsmi sənədlərdə “Trans Broker” MMC kimi qeydiyyatdan keçən, amma “Broker” MMC adlanan şirkətlə bağlı apardığımız araşdırmalar zamanı bir çox ilginc informasiyalarla qarşılaşdıq. Bu yazıda həmin informasiyalardan bəzilərini təqdim edəcəyik.

Öncədən qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Broker” MMC Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranzitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir.

“Broker” MMC-nin iş prinsipi – sahibkarlardan “haqq” yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti xüsusi hesablara yönəldir. Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Əgər gömrüyün təxminən 3000 nəfər işçısi varsa, “Broker” MMC-nin 5 minə yaxın əməkdaşı var.

“Broker” MMC rəhbərliyi ölkəmizə gətirilən bir çox mallara monopoliya qoyması və bu işdən il ərzində milyonlarla, az qala milyardalralla qazanc əldə etmələri heç kimə sirr deyil. Bu şəbəkəyə başçılıq edən Əbülfəz Məlikov və onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və pulu da onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq, idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan qeyri-rəsmi vəsait isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlikov 1000-4000 dollar arası “paket” sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq “paket” alırlar.

Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilirlər. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçmir.

“Broker” MMC Azərbaycan bazarında qiymətlərin səviyyəsinə qeyri-rəsmi şəkildə nəzarət edir. Yəni Əbülfəz Məlkovun başçılıq etdiyi bu şirkətin gömrükdə müəyyən etdiyi “haqq” bazarın hansı səviyyədə olmasını birbaşa planlaşdırır.

Əbülfəz Məlikov həm də birbaşa gömrüyə nəzarət edir. Gömrük sistemindəki mənbələrin bildirdiyinə görə, onun icazəsi olmadan heç bir sahibkar ölkə ərazisinə xaricdən satış məqsədi ilə heç nə keçirə bilməz. Dövlətin və vətəndaşların yox, monopolistlərin maraqlarına xidmət edən Əbülfəz Məlikov onların razılıq vermədiyi heç bir məhsulun Azərbaycan sərhədlərini keçməsinə icazə vermir.

Bütün bunların nəticəsidir ki, “Broker” MMC-nin direktoru gömrük sistemini tamamilə nəzarətinə götürüb, Dövlət Kömrük Komitəsindən belə böyük səlahiyyətlərə sahibdir.

“Broker” MMC: iş adamlarının qənimi

“Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər. (nia.az)
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT