"Azərsun" "Atena"nı "Qarabağ"a görə məhkəməyə verəcək - "Südüm sizə halal olsun" yazısına görə

  • 26-08-2017, 20:14
  • cemiyyet
  • Baxılıb14
"Azərsun" "Atena"nı "Qarabağ"a görə məhkəməyə verəcək - "Südüm sizə halal olsun" yazısına görə
"Qarabağ" FK bəyan edib ki, Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaq.

Bakunews.Tv xəbər verir ki, məsələ ilə bağlı "Azərsun" Holdinq rəsmiləri açıqlamalar verməklə bərabər, klubun rəsmi səhifəsində də məlumat paylaşılıb. Məlumata görə, klubun loqosundan sitifadə edib öz məhsulunu təqdim edən şirkətlər məhkəməyə veriləcəyinin anonsu edilib. Açıqlamada deyilir:

"Qarabağ" FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olmuşdur. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik.
Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək "Qarabağ"ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, "Qarabağ" FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azersun Holdinq"ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaqdır".

Portalımızın əldə etdiyi məlumata görə, holdinq ilk olaraq "Atena" şirkətini məhkəməyə verməyə hazırlaşır. Belə ki, "Qarabağ" futbol klubunun sponsoru, "Azərsüd"ün də istehsalçısı olan "Azərsun Holdinq" olsa da, "Atena" şirkəti qalibiyyətdən daha çox yararlanıb. "Atropatena" şirkətinin istehsal etdiyi "Atena” "Südüm sizə halal olsun" şüarını yazmaqla holdinqin istehsal etdiyi "Azərsüd" markasını marketinqdə üstələyib və bu holdinq rəhbərliyinin qəzəbinə səbəb olub.

Artıq illərdir ki, klub üçün milyonlar xərcləyən "Azərsun" holdinq "Atropatena" şirkətinin fürsətdən yararlanmasından sonra bu açıqlamanı yaymaq qərarına gəlib.

Bir çox şirkətlərlə yanaşı restoranlar da "Qarabağ"ın məlum qələbəsindən maksimum yararlanmağa çalışıblar. "Məsələn "Gate 25” adlı restoran "Qarabağ”la qürur duyuruq ifadəsini işlət, 50% endirim əldə et” şüarının yazıldığı fotonu sosial şəbəkələrdə paylaşıb. Bu da şirkətin məhkəməyə verəcəyi markalardan birinin "Gate 25" olacağını deməyə əsas verir. (azxeber.com)
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT