İki gözdən əlil qocanın ailəsi acından qırılır: “Cənab Sahil Babayev, siz də atasınız...” - Video

İki gözdən əlil qocanın ailəsi acından qırılır: “Cənab Sahil Babayev, siz də atasınız...” - Video
Əslində, bu görüntüləri təqdim etmək kifayət idi ki, acı mənzərəni ifadə eləsin. Çünki kor-kor, gör-gör ki, Yevlaxın Qaraməmmədli kəndində bir ailə acınacaqlı vəziyyətdə yaşamağa necə məhkum olunub.

Cahan.info xəbər verir ki, onların uçuq-sökük, zirzəmi kimi bir zülmət daxması başlarına tökülür.

Bu dəhşətli, boz, soyuq, istiliksiz, çat vermiş divarlar, tökülmüş tavan, bumbuz döşəmədə iki gözündən əlil, görmə qabiliyyətini tam itirmiş Xanlar kişi, onun məktəbli 4 nəvəsi və uşaqların valideynləri yaşamaq məcburiyyətindədirlər.

Səbəbi ailənin gözünü iki gözü də görmə qabiliyyətini itirmiş Xanlar kişinin 181 manat pensiyaya dikməsidir. İmkansızlıqdan ailə soyuq, xəstəlik saçan bu evdə yaşayırlar.

Uşaqların anası Gözəl xanım isə nə evi təmir etməyə imkan tapır, nə də övladlarını məktəbə göndərə bilir. Uşaqların əynindəki nimdaş geyimlər, cırıq, köhnə-küşkül ayaqqabılar göz deşir.

Bu ürəkparçalayan mənzərəni isə Yevlaxın icra başçısı Qoca Səmədov, yerli sosial müdafiə fondu, məşğulluq mərkəzi və digər aidiyyatı qurumlar seyr etməkdədirlər.

Gözəl xanım müstəqil jurnalist Xəyyam Salmanzadəyə video müsahibəsində deyib ki, uşaqları məktəbə göndərməyə imkanı yoxdur. Ev isə bu gün-sabahdır, yatdıqları yerdə başlarına uçsa, xəbərləri olmayacaq.

“Yağış yağanda mətbəxə tökülür. Tavan başımıza tökülür. Pulsuzluqdan qaz yandırmırıq. Bu dörd tifil qarnı ac böyüyürlər. Qaynatam xəstə adamdır.

Özünüz də görürsünüz, görmə qabiliyyətini itirib. Cəmi 181 manat pensiya alır. O pul olmasa acından qırılarıq. Heç kişiyə dərman almağa pul yoxdur”, - deyə Gözəl xanım bildirir.

Qaraməmmədli kənd sakinlərinin bu acınacaqlı vəziyyətinə Yevlax İH tərəfindən heç bir reaksiya verilməyib. Q.Səmədov bu ailənin sosial müavinətlə təmin olunması, özünüməşğulluq proqramına cəlb edilməsi üçün köməklik göstərə bilərdi.

Amma başı Yevlaxdakı restoranlarının alverinə qarışıb. Bəlkə heç Qaraməmmədli kəndinin yolunu tanımır.

Cahan.info xəbər verir ki, Xanlar kişinin ailəsi ümidini prezidentə və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə bağlayıb. Dörd uşaq anası nazirə müraciətində yalvarır ki, onlara köməklik olunsun.

Prezidentin vətəndaşların qayğısına qaldığını, əhalinin sosial şəraitinin yaxşılaşmasına fərmanlar verdiyini deyən kənd sakini bu dəstəkdən onların da faydalanmasını xahiş edir.

“Cənab Sahil Babayev, bilirik ki, üzərinizdə yük çoxdur. Son fərmanlar, qərarlardan sonra çoxsaylı müraciətlər alırsınız. Ona görə hamısını bir-bir izləmək, araşdırmaq vaxt baxımdan çətindir.

Ancaq bizim ağır vəziyyətimiz göz qabağındadır. Bu barədə nazirlik Yevlaxın sosial müdafiə mərkəzinə, sosial müdafiə fonduna, məşğulluq mərkəzinə tapşırıqlar verə bilər. Biz səfalət içində yaşayırıq. Uşaqlara yeməyin birini verirəm, birini verə bilmirəm.

Onlar da parkda gəzmək, təzə paltar geyinmək, məktəbə getmək, şiriyyatlar, oyuncaqlar istəyirlər. Amma mən bir valideyn kimi bunları qarşılaya bilmirəm.

Cənab nazir, siz də bir valideynsiniz, nazirlikdə işləyənlər də hərəsi bir ata, anadırlar, övladı məhrumiyyət içində yaşatmağın nə olduğunu bilirlər. Sizə yalvarıram, bizi möhtac içində yaşamaqdan xilas edin”.

Bu video kadrlar göstərir ki, təcili şəkildə ƏƏSMN, Təhsil Nazirliyi, Yevlax RİH və digər qurumlar ailəyə kömək etməli, uşaqların təhsil alması üçün şərait yaratmalıdırlar.

Ölkənin maliyyə resursları bu ailənin də normal yaşamasına rəvac verir. Yevlaxın icra başçısı prezidentin fəaliyyətinə bir nəzər salıb, öz əməlləri ilə müqayisə edə bilər.

Ölkə başçısı Azərbaycanda bir nəfər də yoxsul, işsiz adam qalmasını istəmir. Amma Q.Səmədov kimi məmurlar yerlərdə biganəlik göstərir, vətəndaşı saymır, problemini həll eləmir, nəticədə ailə intihar həddinə çatır.

Xanlar kişinin nəvələri, ailəsi yaxşı yaşamağa layiqdir. Onlar ümidi S.Babayevə bağlayıblar və nazirin reaksiyasını gözləyirlər.

Oxşar xəbərlər
Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
Bakıda qorxulu qəzalar: “ölüm-dirim savaşı” - VİDEO
Bu şəxslərin maaşı artdı - SƏRƏNCAM
Bətnindən körpəni götürüb, yerinə qayçı qoydular - 23 il əzab çəkdi
Bir gündə üç qadın gilas ağacından yıxılıb
Məmmədyarovdan ard-arda beşinci məğlubiyyət
İcra başçısı gecəyarısı yanan əraziyə gəldi
Ana övladı problemli doğuldu deyə intihar etdi - Vəziyyəti ağırdı
Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalanıb
Bu ərazilərdə qaz olmayacaq
Prezidentlə xanımı “Yanardağ”da
Fazil Məmmədovun batan biznesi
Novruz Məmmədovdan Quba şəhəri ilə bağlı qərar
Bərdədə dəhşətli qəza - ölən var
Baş nazirdən yeni qərar — Bu şəxslər 700 manat müavinət alacaq
Bakıda xarici vətəndaş bu özəl klinikada əməliyyat zamanı öldü
Bakıda iki uşaq anası özünü asdı: Dəm qazından öldüyü deyilirdi - YENİLƏNİB
Fəhlə yüksək mərtəbəli binadan yıxıldı
DİN-dən yeni təyinatlar
Məşhur müğəninin övladı cinsini dəyişir
Bakunews.az saytının rəhbərinə ağır itdi
Allahşükür Paşazadənin Azərbaycan xalqına Ramazan təbriki
16 il axtardığı qardaşını tapdı və evləndi - şok hadisə
Prezident bir qrup sahibkarı təltif edib - SİYAHI
Azərbaycanda 2 qardaşın öldüyü dəhşətli hadisənin görüntüləri - Video
“Qarabağ” UEFA reytinqində “Milan”ı qabaqlayıb
Rusiyaya Vaşınqtondan danışıqlar təklifi gəlib
Azərbaycanlı məmur intihar etdi
Bu ərazilərdə su olmuyacaq
Azərbaycanın baş naziri Türkmənistanda Avropaya qaz nəqlini müzakirə edib
Elxan Məmmədov UEFA-da komitə sədri seçildi
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏDƏNİYYƏT