“Nar” gənclərin uğurlu karyera qurmasına dəstək olu

  • 4-03-2019, 11:52
  • cemiyyet
  • Baxılıb109
“Nar” gənclərin uğurlu karyera qurmasına dəstək olu
“Nar” gənclərin uğurlu karyera qurmalarına dəstək olmaqda davam edir. Mobil operator ADA Universitetinin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Karyera həftəsi”ndə iştirak edib. Gənclərin karyera qurmalarına dəstək məqsədilə keçirilən sərgidə “Nar” satış, marketinq sahələri üzrə vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə “Nar” stendinə maraq böyük olub.

Martın 1-də “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən karyera yarmarkasında 110-dan artıq dövlət və özəl şirkət iştirak edib. ADA Universitetində 7-ci dəfədir ki, təşkil edilən karyera yarmarkasına 2000-ə yaxın tələbə və məzun qatılıb. Qeyd edək ki, yarmarkanın keçirilməsində məqsəd, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara müxtəlif şirkətlərin insan resursları departamentinin nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı yaratmaqdır.

Qeyd edək ki, gənclərə dəstək məqsədilə “Nar”ın ADA Universiteti ilə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Oxşar xəbərlər
“Azərbaycan mediasına açılmış savaşın qurbanları”
Çavuşoğlu: “Təhlükəsiz bölgə ilə bağlı ABŞ-ın addımları görüntü xarakteri daşıyır”
Afət Fərmanqızından yeni xəbər – Nəsiminin qəzəli ilə bağlı 1000 manatlıq açıqlama
Smolenkov ABŞ-ın agentidir?
Bakıda 26 yaşlı kişi bıçaqlandı
Azərbaycana ilk qar yağdı - FOTO
Avtobus dayanacağında şok hadisə: Məktəbli uşaqlara pul verib təcavüz edirmiş - VİDEO
Ölü meduzalar Azov dənizinin sahillərini basdı – Video
Vilayət Eyvazov polis rəisini işdən azad edib
“Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı deyil”
Lavrov Ermənistanın da qatılacağı Xəzər İqtisadi Forumunu yüksək qiymətləndirib
Bakıda güclü külək davam edəcək
“Yüz dəfə, min dəfə üzr istəyirəm, bloqqerlərdən, jurnalistlərdən…” – Video
Sumqayıtda güclü yanğın: qara tüstü hər yerdən görünür – Video
Rusiyalı sürət qatarının üstünə dırmaşıb və ölüb
Rüfət Quliyev: “Kefqom”am, “dinozavr”am, bundan sonra məni kim bəyənəcək ki... - MÜSAHİBƏ
Sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına başlanıldı
General bölmələrin qışa hazırlığını yoxladı - FOTO
Dişini çəkdirmək istəyən qız komaya düşdü - “Həkim”in tibbi təhsili yox imiş
Ermənistanda 20 siyasi qüvvə birləşir - Müxalif blok yaradılacaq
Qvineyada ildırım altı uşağı öldürdü
“Azərbaycan Dəmir Yolları” QSC-yə mətbuat katibi təyin edilib
Prezidentdən nağdsız ödənişlərlə bağlı - TAPŞIRIQ
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır
Erməni qızları Rəhim Rəhimlinin mahnısına belə rəqs etdilər - VİDEO
Bu yaşda seks kişiyə ziyan, qadına isə xeyirdir - ARAŞDIRMA
İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” - FOTO/VİDEO
“Metropark”a giriş bağlandı
Başı telefona qarışdı, qadını vurub üstündən keçdi - VİDEO
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT