Uşaq pulu ilə sosial müavinət fərqlidir? - Deputat aydınlıq gətirdi

  • 14-03-2019, 12:38
  • cemiyyet
  • Baxılıb20
Uşaq pulu ilə sosial müavinət fərqlidir? - Deputat aydınlıq gətirdi
Sosial müavinətlərin 30-40 növü var. Onlardan biri də uşaq pulu deyilən sosial müavinət növüdür. Yəni əslində, uşaq pulu elə sosial müavinət deməkdir. Sadəcə, sovetlər dövründə, həmçinin, yaşlı insanlar arasında uşaq pulu sözü işlədilirdi.

Bu baxımdan, uşaqlarla bağlı sosial müavinətlərin, uşaq pulunun bərpasının tərəfdarıyam. Bir şərtlə ki, bunun öncədən maliyyə tutumu, neçə il ərzində və nə qədər veriləcəyi ilə bağlı məsələlər tam araşdırılsın, sonra qərar verilsin.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət, həmçinin, Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.

O qeyd edib ki, ötən əsrin 90-cı illəri və 2000-ci illərin lap əvvəllərində Azərbaycanda uşaq pulu çox cüzi idi:

“Əslində, ona uşaq pulu da demək olmazdı, həmin pul heç nəyə yaramırdı. Ona görə də 2000-ci illərdə uşaq pulu ləğv olundu və o, ünvanlı sosial yardımla əvəzləndi. Daha doğrusu, maddi imkanları aşağı olan insanlar ünvanlı sosial yardım alarkən bu məsələ də onun içində həllini tapdı.

Onu da xatırladım ki, sovetlər dövründə və ondan bir qədər sonra uşaq pulları, sosial müavinətlər 0-6 yaş arasında olan uşaqlara verilirdi. İndi 0-3 yaş arasında uşaqlarla bağlı məsələ gündəmdədir və çox gözəl ideyadır.

Mən onu dəstəkləyirəm. Amma ola bilər ki, bu məsələ həllini tapacağı təqdirdə, o, 0-3 yox, 0-6 yaşlarında və ya ondan bir qədər yuxarı yaş həddində müəyyənləşdirilməlidir. Bu isə aparılacaq hesablamalardan, məsələnin maliyyə tutumunun müəyyənləşdirilməsindən və müvafiq qərarın, fərman və ya sərəncamın verilməsindən sonra məlum olacaq. İndidən bu barədə konkret nəsə demək çətindir”.

M.Quliyev qeyd edib ki, bu məsələ ilə bir daha dövlət öz vətəndaşına, öz gələcəyi olan nəslə, uşaqlara sahib çıxmış olur.

“Yəni dövlət deyir ki, bu uşaq sənin olduğun qədər həm də mənimdir. Onun sağlam, təhsilli, cəmiyyət üçün yararlı və faydalı böyüməsi sənin qədər mənim də vəzifəmdir, mənim də mənafeyimə uyğundur. Həm də bildiyiniz kimi, dünyada insan kapitalı deyilən bir anlayış var ki, o da üç hissədən ibarətdir: sağlam, təhsilli və zəngin insan.

Odur ki, Azərbaycan dövləti, dövlət başçısı daim bu məsələni dilə gətirir, öz insanını sağlam, təhsilli və zəngin görmək istəyini ortaya qoyur və zaman-zaman bu istiqamətdə addımlarını atır.

Bu baxımdan, uşaq pulunun bərpası, sosial müavinətin artırılması dövlətin öz gələcəyinə sahib çıxmasını bir daha açıq şəkildə ortaya qoyur”, - deyə M.Quliyev qeyd edib.

Həmçinin, əlavə edib ki, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 25 fevral tarixli sərəncamına əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması nəzərdə tutulub.

“Azərbaycan dövlətinin, dövlət başçısının atdığı addımlar və iradə göz önündədir. Odur ki, gələcəkdə uşaq pulunun bərpası və ya uşaqlarla bağlı sosial müavinətlər məsələsi də öz həllini tapa bilər.

Eyni zamanda, qeyd edim ki, əgər bu məsələ həllini taparsa, ünvanlı sosial yardım alan ailələrin uşaqları da bu hüquqdan yararlanmalıdırlar. Yəni onlar həm sosial müavinət, həm də ünvanlı sosial yardım almalıdırlar. Hər iki məsələ birlikdə həllini tapmalıdır”, - deyə millət vəkili əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıb
Füzulidə qatarla maşın toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO
Tereza Meyi devirməyə cəhd edirlər
Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur
Günəşin yanında görünən anomal hadisə alimləri qorxuya saldı - VİDEO
Bakıda metro istifadəçilərinə ŞAD XƏBƏR
Bakıda universitetdə bədbəxt hadisə
Müəllimədən qadınlara inanılmaz çağırış: Uşaq dünyaya gətirməyin!
Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır
“Elmlər Akademiyası” Stansiyasına Gələn Qatar Geri, “Nizami”Yə Qayıtdı – Metroda Nə Baş Verir? – AÇIQLAMA
Daxili İşlər Nazirliyi bu şəxslə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ - FOTO
“İşıq və qaz limiti ilə bağlı YENİ XƏBƏR
Meydan TV-nin rəhbəri Prezidentə təşəkkür etdi: “Çox istərdim ki, Azərbaycana qayıdım”
Bakıda avtobus qəzaya uğradı: Tıxac yarandı – Video
82 yaşlı zəngin iş adamı qətlə yetirilib, polis azərbaycanlı həyat yoldaşından şübhələnir - ŞOK TƏFƏRRÜAT
“Azyaşlı uşaqları cəlb etməklə narkotik vasitələrin daşınmasına cəhd edilir”
Prezidentdən növbəti MÜHÜM QƏRAR
Əfqanıstanda silsilə partlayışlar: 7 ölü, 3 yaralı
Bakıda itkin düşmüş qadın tapıldı - O Sabunçuda....
Bakıda güclü külək olacaq
Zülfüqar Mikayılov: “Əfv sərəncamının bayramqabağı verilməsi çox sevindiricidir”
Altıncı mərtəbədən yıxıldı, sağ qaldı
Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı
Belqradda gərgin anlar: prezidentin iqamətgahı mühasirəyə alındı
Məscidi gülləbaran edən manyak haqda inanılmaz faktlar – Foto, Video
Əfv sərəncamının icrası başa çatdı
Azərbaycanda polis rəisi türk müğənniyə 120 min dollar verdi – SÜNNƏT TOYU
Bakıda özünü 16-cı mərtəbədən atan 15 yaşlı qızın intihar görüntüləri - VİDEO (18+)
Şəhid ailəsinin üzvü Ramil Usubova müraciət etdi
Kədərli ailə dramı: Qızının yaşaması üçün öz canından keçdi – Foto
Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT