Adı “Ginnesin Rekordlar Kitabı”na düşən Las Veqaslı azərbaycanlı

Adı “Ginnesin Rekordlar Kitabı”na düşən Las Veqaslı azərbaycanlı
Azərbaycan bu günlərdə on milyonuncu sakininə “xoş gəldin” dedi, amma qeyri-rəsmi məlumatlara görə dünyada əlli milyona yaxın soydaşımız yaşayır. Milyonlarla azərbaycanlının arasından seçilib yeddi nəfərdən biri olmaq isə hər adamın hünəri deyil. Söhbət adı “Ginnesin Rekordlar Kitabı”na düşən soydaşlarımızdan gedir.
Bu gün sizə onlardan biri, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla dünya rekordu qazanan məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm.

Üzeyir 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu kəndində dünyaya gəlib. Doqquz yaşında olarkən Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərinin Yasenskaya kəndinə köçüblər. 1992-ci ildə 8-ci sinfi orada bitirdikdən sonra üç il peşə məktəblərindən birində aşbazlığı öyrənib. 1996-1999-cu illərdə Moskva Dövlət Sirk və Estrada Ali Sənət Məktəbində təhsil alaraq sirk ustası ixtisasına yiyələnib. 1999-2002-ci illərdə Moskvanın Vernadski prospektindəki “Yeni Sirk”də çalışıb. 2002-ci ildə ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən “Big Apple” sirkindən dəvət alıb və bir il burada işləyib. Sonra o, “Du Soleil” səyyar sirkində çalışmağa başlayıb. 2004-cü ildən 2014-cü ilədək Avropa ölkələrində, Yaponiyada, Braziliyada, Kanadada, ABŞ-ın bir çox ştatlarında qastrol səfərlərində olub. 2014-cü ildən Las Veqas ştatında yaşayır. Burada məskunlaşdığı ilk vaxtlarda bir müddət sirkdən ayrılaraq müxtəlif işlərlə məşğul olub. 2015-ci ildə ABŞ-ın “America’s Got Talent” teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir…

…Atası Ramiz Novruzov 2000-ci ildə Krasnodar vilayətində dünyasını dəyişəndən sonra, onu vəsiyyətinə uyğun Gəncədə dəfn ediblər. Anası Zərifə xanım o vaxtdan Gəncədə yaşayır. Üzeyir dörd uşaqlı ailənin üçüncü övladıdır…

2016-cı ildə Əbu-Dabidə keçirilən “Formula-1” yarışmasında Üzeyiri görən ölkəmizin rəsmi nümayəndəsi onu 2017-ci ildə Bakıda keçirilən “Formula-1”-in açılış mərasiminə dəvət edir. O da məmnuniyyətlə bu tədbirə qoşulur…

Deyir ki,- “Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın ürəyimdə öz yeri var. Sevinirəm ki, Azərbaycan son zamanlar çox gözəlləşib. Mən orada olanda elə bilirdim ki, inkişaf etmiş Avropa ölkələrindən birindəyəm. Səmimi sözümdür, Bakı mənim üçün Nyu Yorkdan da gözəldir”…

…Ömür-gün yoldaşı Olqa Novruzova milliyətcə rus olsa da azərbaycan dilində danışmağı bacarır. 13 yaşında iki əkiz qızları var- Zarina və Sabrina. İkisi də böyük tennis idman növü ilə məşğul olurlar…

Addım-addım uğurlara nail olan, həyatını nərdivana bənzədən bu soydaşımız sadə, gülərüz və çox mehriban insandır. Elə ilk andan söhbətimiz alındı. Bu onun səmimiyyətindən irəli gəlirdi. Retro filimlərə baxmağı xoşlayır. Azərbaycan xalq mahnılarını, aşıq havalarını, xüsusən də muğamı dinləməkdən zövq alır. Yeni şou nömrələr üzərində işləyir. Çalışır ki, milli musiqi alətimiz olan sazı öz çıxışlarına əlavə edib amerikalılara tanıtdırsın.

Ən böyük arzusu isə Çarli Çaplin kimi filimlərə çəkilməkdir. İnanırıq ki, o, bu istəyinə də çatacaq. Axı bütün nailiyyətlər istəkdən başlayır…
Oxşar xəbərlər
Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM
Trampdan Müllerin qərarına reaksiya: “Gözəl gündür”
Paytaxtın bu rayonlarında qaz olmayacaq
Prezident qanun imzaladı - Bu şəxslərin maaşı ikiqat artdı
Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
Prezident sərəncam imzaladı - 2.45 milyon manat ayrıldı
“Paris Notr-Dam kilsəsi bərpa işləri dövründə bağlanmayacaq”
Prezident bu şəxslərin maaşını iki dəfə artırdı
Bu toyuq ətini ƏSLA ALMAYIN
İlham Əliyevdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Prezident bu şəxslərin maaşını artırdı - SƏRƏNCAM
Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb
Bulvara giriş bağlanır
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçild
Prezidentdən icra başçısı ilə bağlı VACİB SƏRƏNCAM
DTX-yə yeni səlahiyyətlər verildi - FƏRMAN
Özünü güllələmiş keçmiş prezident xəstəxanada öldü
Tanınmış jurnalistə vəzifə verildi
Əkrəm İmamoğlu vəzifəsini təhvil aldı
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gəncin sinəsinə xaç çəkib, diri-diri basdırdılar
Perunun sabiq prezidenti intihar etdi
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq istəyinə cavab verdi
Nazpəri Dostəliyeva: “O qız məni şantaj edib, pul istəyir”...
DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN
“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb
Kür çayından meyit tapıldı
SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏDƏNİYYƏT