"Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!" - YENİLƏNİB

  • 16-04-2019, 16:20
  • cemiyyet
  • Baxılıb12
"Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!" - YENİLƏNİB
Təhsil Nazirliyi çalışdığı məktəbin direktorundan şikayətlənən Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayevanı qəbul edib.

Babayeva baku.ws-ə açıqlamasında, direktor Roza Məmmədovanın və Abşeron rayon Təhsil Şöbəsinin ona yaratdığı problemlərin artıq aradan qaldırıldığını bildirdi:

"Bu səhər Təhsil Nazirliyində məni qəbul edib, şikayətimi dinlədilər. Bütün sənədlərimə baxdılar. Mənə qarşı edilən haqsızlıq aradan qaldırıldı. Şöbə müdiri ilə direktora nə cəza verəcəklər, bilmirəm. Amma mənim problemim həll olundu. Haqq-ədaləti bərpa edən Təhsil Nazirliyinə təşəkkür edirəm!"

10:42

"Allaha and olsun, işim həll olunmazsa, direktor cəzalasını almasa, Elina kimi mən də özümü məktəbdə öldürəcəm!"

Bu sözləri Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayeva baku.ws deyib.

G.Babayevanın açıqlamasında sözügedən məktəbin direktoru Roza Məmmədova tərəfindən haqsızlıqla qarşılaşdığını bildirir:

"Mən - 13 il stajlı coğrafiya müəllimi Babayeva Güləbatun Asif qızı 04.01.2018 tarixdən Abşeron rayonu Xırdalan şəhəri 8 saylı tam orta məktəbdə Təşkilatı məsələlər üzrə direktor müavini işləmişəm. Masazır 4 saylı orta məktəbdə açılan yeni tədris müavini ştatı ilə bağlı 16.01.2019 tarixində ərizə ilə müraciət etmişəm. Müraciətimə əsasən məni 29(b) Əmr ilə işə qəbul etdilər.

Artıq 3 aydır ki, bu məktəbdə işləyirəm. Faktiki iş yerim isə əvvəlki məktəbimdir.

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova mənim əmrimi səhf tarixdən yazıb. İkinci dəfə mənə əmrin tarixini yeniləmək üçün 2 apreldə ərizə yazdırır.

Sonra da məndən o biri məktəbdən işdən azad olmağım üçün ərizə yazmağımı tələb edir. Lakin yeni iş yerimdə əmrim yeni tarixlə vermədiyinə görə, yəni doğru-düzgün əmr vermədiyinə görə ərizə yazmaqdan imtina etdim.

İndi də direktor bu məktəbdən getməyim üçün mənə pul təklif edir. Deyir, səni yanımda müavin kimi görmürəm. Səbəbi isə məktəbin bütün maliyyə pozuntularından xəbərdar olmağım və baş verənlərə etiraz etməyimdir.

Direktor müəllimlərin əvəzçilik haqlarını ödəmir. Dərslər sənəd üzərində bir müəllimin adına yazılır, dərsi tamam basqa müəllim keçir, pulu isə direktor alır.

Müraciət etmədiyim qurum qalmayıb. Təhsil Nazirliyinə, Korrupsiya idarəsinə, Prezident Aparatında Fərəh Əliyevaya, Ombudsman Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova şikayət etmişəm. Abşeron rayonu Təhsil şöbəsi Təhsil Nazirliyinin mənimlə bağlı verdiyi tapşırı yerinə yetirmir.

Direktor Roza Məmmədova deyir ki, sən kimsən? Əmri vermirəm, heç Allahdan da qorxmuram. Artıq bezmişəm. Keçən dəfə şagird özünü 3-cu mərtəbədən atmışdısa, bu dəfə də mən atacam.

Mənim qızım stress keçirir, çünki məni qızımın yanında təhqir edir. Məni işlədiyim məktəbdə qapını üzümə bağlayıb, içəri girməyə qoymur".

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova G.Babayevanın ittihamlarını qəbul etmədi:

"Mən əmr verməyə qadir deyiləm. Əmr verilir, mən də icra edirəm. Regional Təhsil İdarəsi əmr verdikdən sonra mən onu işə götürə bilərəm. Regional İdarə icazə vermədikdən sonra mən onun bizim məktəbdə işləməsinə icazə verə bilmirəm.

Gülabatın Babayeva bizim məktəbə dərs hissə müdiri kimi təcrübə mübadiləsinə göndərilib. Biz mart ayının 1-dən onun əmrini verməyi nəzərdə tutmuşduq, amma Regional İdarə əmr vermədi. Çünki özünü doğrultmadı. G.Babayevanın əlindəki saxtadır, özü düzəldib. Mən ona əmr verməmişəm.

O insanda ağıl çatışmazlığı var ki, intihar barədə düşünür. İntihar edənlərin ağılı düz olur? Onun psixoloji durumu yerində deyil!"

"Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!" - YENİLƏNİB
Oxşar xəbərlər
Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM
Trampdan Müllerin qərarına reaksiya: “Gözəl gündür”
Paytaxtın bu rayonlarında qaz olmayacaq
Prezident qanun imzaladı - Bu şəxslərin maaşı ikiqat artdı
Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
Prezident sərəncam imzaladı - 2.45 milyon manat ayrıldı
“Paris Notr-Dam kilsəsi bərpa işləri dövründə bağlanmayacaq”
Prezident bu şəxslərin maaşını iki dəfə artırdı
Bu toyuq ətini ƏSLA ALMAYIN
İlham Əliyevdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Prezident bu şəxslərin maaşını artırdı - SƏRƏNCAM
Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb
Bulvara giriş bağlanır
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçild
Prezidentdən icra başçısı ilə bağlı VACİB SƏRƏNCAM
DTX-yə yeni səlahiyyətlər verildi - FƏRMAN
Özünü güllələmiş keçmiş prezident xəstəxanada öldü
Tanınmış jurnalistə vəzifə verildi
Əkrəm İmamoğlu vəzifəsini təhvil aldı
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gəncin sinəsinə xaç çəkib, diri-diri basdırdılar
Perunun sabiq prezidenti intihar etdi
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq istəyinə cavab verdi
Nazpəri Dostəliyeva: “O qız məni şantaj edib, pul istəyir”...
DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN
“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb
Kür çayından meyit tapıldı
SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏDƏNİYYƏT