Mübariz İbrahimovun anası oğlu haqqında yazan psixoloqun həbsini tələb edir

  • 10-05-2019, 11:00
  • cemiyyet
  • Baxılıb24
Mübariz İbrahimovun anası oğlu haqqında yazan psixoloqun həbsini tələb edir
Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimova oğlu haqqında sosial şəbəkədə tənqidi fikirlərini yazmış psixoloq Nərmin Şahmarzadəni məhkəməyə verib.
Bizimyol.info xəbər verir ki, Şamama İbrahimova xüsusi ittiham qaydasında iddia qaldıraraq, N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını istəyir. İddia tələbi psixoloqun 3 il azadlıqdan məhrum edilməsi, həmçinin onun üzərinə xalqdan üzr istəmək vəzifəsinin qoyulmasıdır.

Mübariz İbrahimovun anası oğlu haqqında yazan psixoloqun həbsini tələb edir
Mübariz İbrahimov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Bu iş üzrə iddiaçı qismində Şamama İbrahimova tək deyil. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin mayoru, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, kikboksinq üzrə dəfələrlə Avropa və dünya çempionu olmuş Araz Musayev və vəkil Ramil Rüstəmov da xüsusi ittihamçı qismində çıxış edirlər.

Araz Musayev və Ramil Rüstəmov bundan öncə də bir neçə dəfə eyni iddia ilə məhkəməyə müraciət etsələr də, onların iddiasına baxılmamışdı. Sonradan Şamama İbrahimova da iddiaçılar sırasına qoşulub. Bundan sonra da Xətai Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilən şikayəti icraata götürməkdən imtina edib. Bakı Apellyasiya Məhkəməsi isə bu barədə qərardadı ləğv edrək, işi yenidən birinci instansiya məhkəməsinə göndərib ki, icraata götürülüb baxılmalıdır.

Mayın 8-də Xətai Rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclasında iddia icraata qəbul olunub. Beləliklə, Nərmin Şahmarzadə Milli Qəhrəman haqqında fikirlərinə görə təqsirləndirilən şəxs qismində tanınıb.

Mübariz İbrahimovun anası oğlu haqqında yazan psixoloqun həbsini tələb edir

Nərmin Şahmarzadə sosial şəbəkədə Mübariz İbrahimov haqqında bunları yazmışdı: “Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.

Bu fikirlərinə görə sosial şəbəkələrdə onun ünvanına çoxsaylı tənqidlər, qınaqlar səsləndi. Ardınca Nərmin Şahmarzadə üzr istəyərək, kimsəni təhqir etmədiyini bildirərək, Milli Qəhrəmanın ailəsindən də üzr istəmişdi.
Oxşar xəbərlər
Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Yerə böyük meteorit düşdü: Qorxunc görüntülər - VİDEO
Bu şəxslərin pensiyasını artırıldı
Erməni əsgərlər Zakir Həsənovu güllələmək istəyib? - TƏCİLİ BƏYANAT
İtkin düşən jurnalistin meyiti tapılıb
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
İlqar Məmmədov “Qorotdel”ə çağırıldı
Bu dövlət baxçasında YANĞIN - uşaqlar təxliyə edilib - FOTOLAR
Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı
Masallıda 90 nəfərlik özünü müxalifətçi adlandıran şəxslərin niyyəti baş tutmayıb
Ən yüksək maaşlı şəhər məlum oldu
Məşhur aktyor şou müxbirlərə silah tuşladı:
Ukrayna hökuməti istefaya getdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb
ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb
İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya
Azərbaycan istehsalı snayper tüfənginin sınaqları keçirildi
Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO
Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı
“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq
Zelenskinin varidatı açıqlandı: Avropada evlər, Gürcüstanda 10 otel, …
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir
Bakıda
Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI
Dəməşq hücuma məruz qaldı
“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT