“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq

  • 21-05-2019, 10:55
  • cemiyyet
  • Baxılıb39
“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq
Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu gün Ermənistanda yaranan proseslərdən yararlanıb, işğal altında olan torpaqlarımızın azad olması istiqamətində müəyyən addımlar atmalıdır.

Bunu "Ölkə.Az”a açıqlamasında politoloq Mübariz Əhmədoğlu İrəvan məhkəməsinin həbsdə olan sabiq prezident Robert Köçəryanın azad olunması barədə verdiyi qərardan sonra Ermənsitanda yaranmış prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, hələ ötən il Ermənistanda inqilab dalğası zamanı Azərbaycan Prezidenti İlham Əliyevin bir tezisi oldu ki, bu Azərbaycanın gördüyü işlərin nəticəsidir.

"Yəni nə qədər ki, "Qarabağ problemi həll olunmayıb, Ermənistanda vəziyyət sabitləşməyəcək və bu birmənalıdır. Ona görə də hal-hazırda Ermənistanda baş verənlərə növbəti bir məhələ kimi yanaşmaq lazımdır”, -politoloq bildirib.

O, əlavə edib ki, Paşinyan hakimiyyətə Qarabağ dalğası üzərində gəldi: "Belə ki, Ermənistan rəhbərliyi Qarabağ münaqişəsini həll edə bilməməsi Paşinyanın hakimiyyətinə yol açdı. Paşinyan Qarabağ münaqişəsinin həllini söz versə də, atdığı addımlar bunun əksini göstərdi. Ona görə də Ermənistanda inqilabın gözləntiləri özünü doğrultmadığından əks proses başlandı. Əgər məhkəmənin Robert Köçəryanı azad etmək barədə məsələsi olmasa idi belə, yaxın vaxtlarda buna bənzər xaos olacaqdı. Proseslər buna doğru gedirdi. Sadəcə Köçəryan məsələsi prosesləri sürətləndirdi”.

Onun fikrincə, proseslər mayın 9-da Paşinyanın Şuşaya səfəri zamanı başlanıb:

"Hətta Şuşada Paşinyanı ələ saldılar. Sepratçı Dağlı Qarabağ rejiminin təhlükəsizlik şurasının katibi Vitaliy Balasyan Paşinyana Köçəryanı niyə azad etməməsini sordu. O isə İrəvana döndükdən həmən sonra bəyan etdi ki, bəs ək-inqilab planı hazırlanır. Elə bu əks-inqilabı mən inqilabın növbəti bir mərhələsinə çevirəcəyəm. Ona görə də insanları məhkəmlərin binası qarşısına çıxmaq barədə çağırış edir. Erməni ekspetlər isə onun bu hərəkətini növbəti konstitusiya çevrilişi hesab edirlər. Digər tərəfdən prezident, İkinci Qarigen vəziyyətlə bağlı ictimaiyyətə müraciət edib və hansı ki, bu müraciətlər Paşinyanın əleyhinə olan bəyantlardır. Bu gün Ermənistan rəhbərliyində də Paşinyana müqavimət edən qüvvələr var. Odur ki, hadisələr ciddi istiqamət almaqda davam edir. "Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Naira Zöhrabyan baş verən prosesləri dövlətin parçalanma təhlükəsi kimi dəyərləndirib. Onun fikrində xaosun davam etməsi Ermənistan dövlətçiliyini təhlükə altına alır”.

Politoloq bir neçə ay bundan öncə Ermənistanın Mehri şəhərində hərbi hissədə baş verən qiyama diqqəti çəkərək bildirib ki, həmin hadisələri şərh edən erməni hərbi ekspert Azərbaycan ordusunun bir güllə atmadan Mehrini götürəcəyi barədə mövqe sərgiləyib.

"Erməni hərbi ekspert bildirib ki, həmin qiyam zamanı Azərbaycan ordusu bir güllə atmadan belə Mehrini ələ keçirə bilərdi. Bunu deməkdə məqsədim odur ki, Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq. Ona görə də Azərbaycanın hərbi-siyasi rəhbərliyi vəziyyəti ciddi təhlil etməli və buna müvafiq addımlar atmalıdır. Çünki Ermənistan hərbi birləşmələri bir azdan ölkədə gedən proseslərə qoşula bilər və bu vəziyyət Azərbaycana işğal altında olan torpaqları geri qaytarmaq istiqamətində addımlar atmaq üçün şanslar yarada bilər. Ona görə də, bu istiqamətdə müəyyən işlər görülməlidir”,- M.Əhmədoğlu bildirib.
Oxşar xəbərlər
Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
Bakıda qorxulu qəzalar: “ölüm-dirim savaşı” - VİDEO
Bu şəxslərin maaşı artdı - SƏRƏNCAM
Bətnindən körpəni götürüb, yerinə qayçı qoydular - 23 il əzab çəkdi
Bir gündə üç qadın gilas ağacından yıxılıb
Məmmədyarovdan ard-arda beşinci məğlubiyyət
İcra başçısı gecəyarısı yanan əraziyə gəldi
Ana övladı problemli doğuldu deyə intihar etdi - Vəziyyəti ağırdı
Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalanıb
Bu ərazilərdə qaz olmayacaq
Prezidentlə xanımı “Yanardağ”da
Fazil Məmmədovun batan biznesi
Novruz Məmmədovdan Quba şəhəri ilə bağlı qərar
Bərdədə dəhşətli qəza - ölən var
Baş nazirdən yeni qərar — Bu şəxslər 700 manat müavinət alacaq
Bakıda xarici vətəndaş bu özəl klinikada əməliyyat zamanı öldü
Bakıda iki uşaq anası özünü asdı: Dəm qazından öldüyü deyilirdi - YENİLƏNİB
Fəhlə yüksək mərtəbəli binadan yıxıldı
DİN-dən yeni təyinatlar
Məşhur müğəninin övladı cinsini dəyişir
Bakunews.az saytının rəhbərinə ağır itdi
Allahşükür Paşazadənin Azərbaycan xalqına Ramazan təbriki
16 il axtardığı qardaşını tapdı və evləndi - şok hadisə
Prezident bir qrup sahibkarı təltif edib - SİYAHI
Azərbaycanda 2 qardaşın öldüyü dəhşətli hadisənin görüntüləri - Video
“Qarabağ” UEFA reytinqində “Milan”ı qabaqlayıb
Rusiyaya Vaşınqtondan danışıqlar təklifi gəlib
Azərbaycanlı məmur intihar etdi
Bu ərazilərdə su olmuyacaq
Azərbaycanın baş naziri Türkmənistanda Avropaya qaz nəqlini müzakirə edib
Elxan Məmmədov UEFA-da komitə sədri seçildi
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏDƏNİYYƏT