“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

  • 24-05-2019, 20:48
  • cemiyyet
  • Baxılıb45
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
Ölkənin ən gənc mobil operatoru olan “Nar”-ın da dəstəklədiyi “ADA Innovation Awards 2019” mükafatının final mərhələsinin qalibləri müəyyən edilib. Belə ki, əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaq olan müsabiqədə 1-ci yeri “Who is around”, 2-ci yeri “SafeSound”, 3-cü yeri isə “Oracins” layihələrini irəli sürən tələbələr qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilib. Eyni zamanda 2019-2020-ci tədris ilində “ADA İnnovasiya Mərkəzinin sakinləri” titulunu qazanıblar.

“Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə gənc nəslin innovasiyalara açıq olduğundan və tətbiq imkanlarını anladıqlarından əmin olmalıyıq. Buna görə də, “Nar” olaraq növbəti dəfə gənclər üçün böyük əhəmiyyət kəsb edən bu tədbirin tərəfdaşlarından biri olmaqdan məmnuniyyət duyuruq. Gənclərin intellektual inkişafına dəstək vermək bizim KSM strategiyamızın əsas istiqamətlərindən biridir və onların innovativ ideyalarını hər zaman dəstəkləməyə hazırıq”, - deyə “ADA Innovation Awards 2019” qaliblərinin seçilməsi üçün münsif qismində dəvət edilən “Nar”-ın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib. O qeyd edib ki, təqdim edilən layihələri dəyərləndirərkən tələbələrin gündəlik problemlərə innovativ yanaşmasını görmək çox sevindiricidir.

“Nar” və ADA Universiteti arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş layihələr arasında ADA Universiteti Fondu ilə əməkdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər də mövcuddur.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
Oxşar xəbərlər
Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
Bakıda qorxulu qəzalar: “ölüm-dirim savaşı” - VİDEO
Bu şəxslərin maaşı artdı - SƏRƏNCAM
Bətnindən körpəni götürüb, yerinə qayçı qoydular - 23 il əzab çəkdi
Bir gündə üç qadın gilas ağacından yıxılıb
Məmmədyarovdan ard-arda beşinci məğlubiyyət
İcra başçısı gecəyarısı yanan əraziyə gəldi
Ana övladı problemli doğuldu deyə intihar etdi - Vəziyyəti ağırdı
Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalanıb
Bu ərazilərdə qaz olmayacaq
Prezidentlə xanımı “Yanardağ”da
Fazil Məmmədovun batan biznesi
Novruz Məmmədovdan Quba şəhəri ilə bağlı qərar
Bərdədə dəhşətli qəza - ölən var
Baş nazirdən yeni qərar — Bu şəxslər 700 manat müavinət alacaq
Bakıda xarici vətəndaş bu özəl klinikada əməliyyat zamanı öldü
Bakıda iki uşaq anası özünü asdı: Dəm qazından öldüyü deyilirdi - YENİLƏNİB
Fəhlə yüksək mərtəbəli binadan yıxıldı
DİN-dən yeni təyinatlar
Məşhur müğəninin övladı cinsini dəyişir
Bakunews.az saytının rəhbərinə ağır itdi
Allahşükür Paşazadənin Azərbaycan xalqına Ramazan təbriki
16 il axtardığı qardaşını tapdı və evləndi - şok hadisə
Prezident bir qrup sahibkarı təltif edib - SİYAHI
Azərbaycanda 2 qardaşın öldüyü dəhşətli hadisənin görüntüləri - Video
“Qarabağ” UEFA reytinqində “Milan”ı qabaqlayıb
Rusiyaya Vaşınqtondan danışıqlar təklifi gəlib
Azərbaycanlı məmur intihar etdi
Bu ərazilərdə su olmuyacaq
Azərbaycanın baş naziri Türkmənistanda Avropaya qaz nəqlini müzakirə edib
Elxan Məmmədov UEFA-da komitə sədri seçildi
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏDƏNİYYƏT