İyulun 7-də bu qruplar üzrə qəbul imtahanı keçiriləcək

İyulun 7-də bu qruplar üzrə qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Mərkəzdən Anews.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11134 abituriyent II qrup üzrə, 17565 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12411 nəfəri oğlanlar (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16288 nəfəri isə qızlardır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.
Oxşar xəbərlər
“Azərbaycan mediasına açılmış savaşın qurbanları”
Çavuşoğlu: “Təhlükəsiz bölgə ilə bağlı ABŞ-ın addımları görüntü xarakteri daşıyır”
Afət Fərmanqızından yeni xəbər – Nəsiminin qəzəli ilə bağlı 1000 manatlıq açıqlama
Smolenkov ABŞ-ın agentidir?
Bakıda 26 yaşlı kişi bıçaqlandı
Azərbaycana ilk qar yağdı - FOTO
Avtobus dayanacağında şok hadisə: Məktəbli uşaqlara pul verib təcavüz edirmiş - VİDEO
Ölü meduzalar Azov dənizinin sahillərini basdı – Video
Vilayət Eyvazov polis rəisini işdən azad edib
“Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı deyil”
Lavrov Ermənistanın da qatılacağı Xəzər İqtisadi Forumunu yüksək qiymətləndirib
Bakıda güclü külək davam edəcək
“Yüz dəfə, min dəfə üzr istəyirəm, bloqqerlərdən, jurnalistlərdən…” – Video
Sumqayıtda güclü yanğın: qara tüstü hər yerdən görünür – Video
Rusiyalı sürət qatarının üstünə dırmaşıb və ölüb
Rüfət Quliyev: “Kefqom”am, “dinozavr”am, bundan sonra məni kim bəyənəcək ki... - MÜSAHİBƏ
Sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına başlanıldı
General bölmələrin qışa hazırlığını yoxladı - FOTO
Dişini çəkdirmək istəyən qız komaya düşdü - “Həkim”in tibbi təhsili yox imiş
Ermənistanda 20 siyasi qüvvə birləşir - Müxalif blok yaradılacaq
Qvineyada ildırım altı uşağı öldürdü
“Azərbaycan Dəmir Yolları” QSC-yə mətbuat katibi təyin edilib
Prezidentdən nağdsız ödənişlərlə bağlı - TAPŞIRIQ
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır
Erməni qızları Rəhim Rəhimlinin mahnısına belə rəqs etdilər - VİDEO
Bu yaşda seks kişiyə ziyan, qadına isə xeyirdir - ARAŞDIRMA
İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” - FOTO/VİDEO
“Metropark”a giriş bağlandı
Başı telefona qarışdı, qadını vurub üstündən keçdi - VİDEO
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT