Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır

Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanıb.

Oxu.Az-ın məlumatına görə, paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzularını, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına start verilib.

İlk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazisində, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Gömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb. Əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinələri, 2 yerdə duş, 2 yerdə ikikabinəli sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadratmetr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.

Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.

Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək.

Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.

“Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
“Azərbaycan mediasına açılmış savaşın qurbanları”
Çavuşoğlu: “Təhlükəsiz bölgə ilə bağlı ABŞ-ın addımları görüntü xarakteri daşıyır”
Afət Fərmanqızından yeni xəbər – Nəsiminin qəzəli ilə bağlı 1000 manatlıq açıqlama
Smolenkov ABŞ-ın agentidir?
Bakıda 26 yaşlı kişi bıçaqlandı
Azərbaycana ilk qar yağdı - FOTO
Avtobus dayanacağında şok hadisə: Məktəbli uşaqlara pul verib təcavüz edirmiş - VİDEO
Ölü meduzalar Azov dənizinin sahillərini basdı – Video
Vilayət Eyvazov polis rəisini işdən azad edib
“Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı deyil”
Lavrov Ermənistanın da qatılacağı Xəzər İqtisadi Forumunu yüksək qiymətləndirib
Bakıda güclü külək davam edəcək
“Yüz dəfə, min dəfə üzr istəyirəm, bloqqerlərdən, jurnalistlərdən…” – Video
Sumqayıtda güclü yanğın: qara tüstü hər yerdən görünür – Video
Rusiyalı sürət qatarının üstünə dırmaşıb və ölüb
Rüfət Quliyev: “Kefqom”am, “dinozavr”am, bundan sonra məni kim bəyənəcək ki... - MÜSAHİBƏ
Sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına başlanıldı
General bölmələrin qışa hazırlığını yoxladı - FOTO
Dişini çəkdirmək istəyən qız komaya düşdü - “Həkim”in tibbi təhsili yox imiş
Ermənistanda 20 siyasi qüvvə birləşir - Müxalif blok yaradılacaq
Qvineyada ildırım altı uşağı öldürdü
“Azərbaycan Dəmir Yolları” QSC-yə mətbuat katibi təyin edilib
Prezidentdən nağdsız ödənişlərlə bağlı - TAPŞIRIQ
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır
Erməni qızları Rəhim Rəhimlinin mahnısına belə rəqs etdilər - VİDEO
Bu yaşda seks kişiyə ziyan, qadına isə xeyirdir - ARAŞDIRMA
İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” - FOTO/VİDEO
“Metropark”a giriş bağlandı
Başı telefona qarışdı, qadını vurub üstündən keçdi - VİDEO
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT