Главная > dunya > İtkin düşən jurnalistin meyiti tapılıb

İtkin düşən jurnalistin meyiti tapılıb


23-05-2019, 22:21. Разместил: admin
İtkin düşən jurnalistin meyiti tapılıb
Türkiyədə "Anadolu” Agentliyinin mayın 10-dan itkin düşmüş əməkdaşı Əbdülqədir Nişancının axtarışları başa çatıb.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, Bayburt vilayətində dağlıq ərazidə çəkiliş apararkən ayağı sürüşüb uçrumdan yuvarlanan müxbirin meyiti tapılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ərazidən agentliyin Bayburt bölgə müxbiri olan Ə. Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb. Dünyanın 3-cü ən təhlükəli çografi şəraitinə malik Soğanlı dərədə müxbirin axtarışı üçün cəlb edilən briqadanın tərkibində olan iki hərbçi əməliyyat-axtarış tədbirləri zamanı həlak olub.
Вернуться назад