“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB

  • 8-07-2019, 12:14
  • fakt
  • Baxılıb27
“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB
Hövsan yolunda baş verən ağır qəzada yaralananların kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, qəza zamanı “Ford” markalı yük avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Babacanov Ramil Əli oğlu, sərnişin avtobusunun sürücüsü 1978-ci il təvəllüdlü Əliyev Rabil Alim oğlu və sərnişinlər 62 yaşlı Kazımov Fazil Mahmud oğlu, 39 yaşlı İsmayılov İsa Zahid oğlu və 1978-ci il təvəllüdlü Novruzova Bahar Fərəməz qızı xəsarət alıb.

Yaralılar təcili olaraq xəstəxanaya yerləşdirilib.

R.Babacanova döş qəfəsinin əziyi, F.Kazımova sağ əlin barmaqlarının sınığı, İ.İsmayılova sağ baldırın və sol qolun kəsilmiş yarası, R.Əliyevə döş qəfəsinin əziyi, B.Novruzovaya isə döş qəfəsinin əziyi diaqnozu qoyulub.

00:41

Hövsan yolunda ağır qəzada 5 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, axşam saatlarında Hövsan yolunda qəza baş verib.

“Ford” markalı yük avtomobili “BakuBus” MMC-yə məxsus 175 nömrəli marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü və sərnişin, eləcə də, avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Yaralıların vəziyyəti və şəxsiyyəti hələlik məlum deyil.

Qeyd edək ki, uzun illərdir Hövsan yolunda işıq dirəkləri olsa da, dirəklərə elektrik enerjisi verilmir. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, yolun qaranlıq olması səbəbindən hər ay bu yolda ölümlə və xəsarətlə nəticələnən ağır qəzalar baş verir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Pirşağı çimərliyində 2 nəfər batıb
Ərbildə qətlə yetirilən türkiyəli diplomat Ankarada dəfn olundu
DSX rəisi yaralı əsgərə baş çəkib - VİDEO
Bakıda körpünün üzərində yol qəzası
Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var - VİDEO
Fuad Heydərova yüksək vəzifə verildi
Nazir Elnur Məcidovu işdən çıxardı
Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı
“Gürcüstanla münasibətlərin normallaşmasını istəyirik”
Xəzərdə batmış iki qadın və iki uşağın meyitləri aşkarlandı
“Azərbaycan Ukraynanın ən böyük mobil operatorunu almaq istəyir”
Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb
Texasda 18 it sahibini yedi
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılıb
Bakıda qayınanası ilə dalaşan kişidən şok hərəkət
Bakıda növbəti qəza- yaralılar var - VİDEO
Vilayət Eyvazovdan ilk — Təyinat
Goranboydakı qayınata-gəlin cinayətinin təfərrüatı bəlli oldu - YENİLƏNİB + FOTO
Bakıda tələbə rektordan diplomunu oynaya-oynaya aldı-VİDEO
Abel Məhərrəmovun beşulduzlu istirahət mərkəzi (FOTO)
İyulun 10-na olan hava proqnozu
Soyadlarla bağlı yeni qanun layihəsi hazırlanır
AQTA: Son bir ildə 403 nəfər qidadan zəhərlənib, 2 nəfər vəfat edib
Ziya Məmmədovdan yeni xəbər var
Sevinc Qədirova vəzifəsindən ayrıldı: Heç bir mənfi səbəb axtarılmasın
Arzularınızın ünvanı -
Gürcü aparıcı efirdə Putini təhqir etdi: Prezident Zurabişvili və Baş nazirdən açıqlamalar
“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB
Braziliya azlıqda qalsa da, çempion oldu - VİDEO
Türkiyədə azot zavodu partladı
“Ağ çiçəyim” yanıb kül oldu - YENİLƏNİB + VİDEO
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏDƏNİYYƏT