BŞDYP-nin YENİ RÜSVAYÇILIĞI - ŞOK İDDİA

BŞDYP-nin YENİ RÜSVAYÇILIĞI - ŞOK İDDİA

Nuşirəvan Səfərovun şəxsən göstərişi ilə PORSHE Panamera durdurularaq dayanacağa qoyuldu.

Son zamanlarda DYP apardığı qanunsuz əməliyyatların sayı hesabı yoxdur. Açıq şəkildə edilən rüşvət tələbinə vətəndaşın sərt təpkisini görən DYP əməkdaşları çarəni avtomobili dayanacağa qoymaqda görür. Vətəndaşlara zülüm etmək və onları vaxtının çox hissəsini BŞDYP-nin binasında otaqlar qarşısında saatlarla gözləməyə vadar qoyurlar... Bütün bu zülümü yaşayan vətəndaşsa sonrakı saxlama əmrinə tabe olandan dərhal rüşvəti verib canını qurtarmağa çalışırlar. Saxlanılan sürücülərin heç bir sənətində problem tapa bilməyən bəzi savadsız DYP əməkdaşları çarəni maşının detalarında axtarmaqda görürlər. Şər deyərək avtomobili zorlada olsa dayanacağa qoymağa nail olduqdan sonra vətəndaşın nə deməsinin artıq heç bir önəmi qalmır. Qanunla Dövlət yol polisinin stasionar postlarından başqa heç bir yerdə DYP əməkdaşlarına səlahiyyət verilmir ki, sənət yoxlamaq məqsədi ilə sürücünü saxlayaraq şərləmə ixtiyarı verilməyir. Bütün bu qanunları kobud şəkildə pozan DYP əməkdaşlarına vətəndaşlar tərəfindən dəfələrlə bildirlsədə BŞDYP rəisi Nuşirəvan Səfərov bununla bağlı heç bir tədbir görmür. Növbəti qanun pozuntusu edən DYP əməkdaşı rüsvayçılıq səbəb olub. BŞDYP baş verən bu rüsvayçılıq inanılmaz dərəcədə ciddidir ki, burda artıq DYP əməkdaşı Ceyhun Fətəliyev rüşvət ala bilməyib amma rəhbərinin adından tam dəqiq desək Nuşirəvan Səfərovun adından avtomobilə həbs verib. Bununlada QALMAQALa səbəb olan Ceyhun Fətəliyev vətəndaşın avtomobilin açarlarını itirərək 15 gündən çox DYP duracağında girov saxlayır.

BŞDYP-nin əməkdaşı Ceyhun Fətəliyev tərəfindən 15 gündən çox müddətdir ki, duracağa qoyduğu iddia edilən PORSHE Panameramanın sahibi Həsən Həsənovun hüquqları tapdalanmaqdadır. DYP əməkdaşlarının avtomobili saxlayaraq arxa və yan güzgülərinə vurulan pərdələrin sökülməsi tələbinə tabe olub. Pərdələri çıxaran vətəndaşı DYP əməkdaşından canını qurtara bilməyib. Məsələ məhz vətəndaşın mənzilinə yaxın yerdə baş verdiyindən H.Həsənov atasına zəng edərək ondan qanunsuz pul tələb olunduğunu bildirib. H.Həsənovun atasının hadisə yerinə gələrək DYP əməkdaşı Ceyhun Fətəliyevdən oğlunun günahını soruşmuşdur. Və polis əməkdaşının avtomobildə qanunsuz H.Həsənovun idarə etdiyi avtomobildə fifa siqnalının quraşdırıldığını qeyd edib. Ata R.Həsənovsa öz növbəsində qanuni cəriməsi yazılmasını tələb edib. Amma Ceyhun Fətəliyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəisinin adından maşının duracağa aparılması əmri verildiyini qeyd edib.

Sürücü H.Həsənovun və hüquq müdafiəçisi Yusif İsmayılovun BakuNews.az-a bildirdiyinə görə, polis əməkdaşı Ceyhun Fətəliyev onun idarə etdiyi avtomobildə qadağan olunan siqnalın olduğunu və buna görə, duracağa aparmamaq üçün ondan 200 AZN məbləğində rüşvət tələb edib.

Bu tələb qarşılığında rüşvət verməyən vətəndaş H.Həsənov atasınında hadisə yerinə yaxınlaşmasından sonra avtomobil BŞDYP müvvəqəti dayanacağına aparılmışdır. H.Həsənova məxsun avtomobilin açarlarını alan Ceyhun Fətəliyev siqnalın işləyib işləmədiyini ekspertlər yoxlayacağını bildirsədə yoxlam bu günə qədər nə siqnal yoxlanılıb nə də bununla bağlı heç bir qərar qəbul edilməyib. H.Həsənov bildirib ki, Ceyhun Fətəliyevə həmin qadağan edilən siqnal avtomobilimdə olmasına etiraf etdim və bildirdim ki, həmin siqnal işlək vəziyyətdə deyil. Hətta bunu harda istəsələr özləridə yoxlaya bilərlər.

Avtomobilimi duracağa qoyan gündən BŞDYP idarəsinə yol döyməkdən yoruldum, amma məsələnin həll edə bilməyən DYP əməkdaşları duracaqda PORSHE Panamera avtomobilinin açarlarını itirdiklərindən siqnalı yoxlamağın mümkünsüzlüyündən danışdılar. Mülkiyyətim olan avtomobilimin içərisində qiymətli əşyalarımın olması və duracağa qoyularkən təhvil təslim qaydalarına riayyət edilməyib. Mənim iştirakım olmadan, akt tərtib edərək guya mənim iştirakımla təhvil-təslim prosesi zamanı avtomobildə heçnəyin olmadığı qeyd edilib. Avtomobilimi saxlayan BŞDYP-nin əməkdaşı Ceyhun Fətəliyevdən mənim avtomobilimi niyə inadla duracağa qoyduğunu soruşduqda O, bildirdiki bu avtomobilin duracağa qoyulma əmrini Nuşirəvan Səfərovun şəxsən öz göstərişidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəisi Nuşirəvan Səfərov əməkdaşı Ceyhun Fətəliyevə bu göstərişinin arxasında duran məqsəd nədir..? Ceyhun Fətəliyev tələb etdiyi 200 manat rüşvəti ala bilmədiyi halda Nuşirəvan Səfərovun adından hansı ixtiyarla istifadə edib. Bu Ceyhun Fətəliyev məgər bilmir ki, almadığı əmri necə icra edib. Yeqinki bilir, çünki DYP daxilində heç bir polis əməkdaşı Nuşirəvan Səfərovun əmrindən çıxmaqa cəsarət edə bilməz və demədiyini onun adından cürət edib dilə gətirə bilməz.


...BAKI ŞƏHƏR DÖVLƏT YOL POLİS İDRARƏSİNDƏ RÜSVAYÇILIQ HÖKÜM SÜRÜR...


Həsən Rafil oğlu Həsənovun vəkili Yusif Yaşar oğlu İsmayılov DYP əməkdaşı Ceyhun Fətəliyev tərəfindən saxlanılan müvvəkilinin haqqını pozulduğunu və bu məsələdə müvvəkilinin haqqlı olduğunu bildirib. Müvvəkilinin mülkiyyətinə həbs verilməsinin qanunsuz olduğunu iddia edir.

Vəkili Yusif Yaşar oğlu İsmayılovun verdiyi bəyanatı olduğu kimi sizə təqdim edirik:

Həsən Rafil oğlu Həsənovun idarə etdiyi nəqliyyat vasitəsi YPX əməkdaşı Ceyhun Fətəliyev tərəfindən saxlanılaraq qanunsuz pərdənin sökülməsi tələb edilmişdir. Həsən Həsənovun deməsinə görə, o tələbə tabe olaraq buna etiraz etməmiş, lakin ondan cərimə meydançasına nəqliyyat vasitəsinin aparılmaması üçün müəyyən məbləğdə ödəniş etməsi bildirilmişdir. Təklif olunan məbləğ H.Həsənov tərəfindən ödənilməmiş və YPX əməkdaşı Ceyhun Fətəliyevdən qanuna müvafiq tədbirlər görülməsi tələb olunmuşdur. Bundan sonra hadisə yerinə gələn H.Həsənovun atası YPX əməkdaşı Ceyhuin Fətəliyevdən qanunsuzluğa son qoymasını, nə cərimə tələb olunursa ödəməyə hazır olduğunu bildirsə də YPX əməkdaşı Ceyhun Fətəliyev atası ilə mübahisə etmiş, qeyd edilən hallar xidmət avtomobilinin kamerasında qeydə alınmışdır. Lakin iş materiallarına əlavə edilmiş kamera görüntülərinə baxış zamanı səs yazılarının YPX əməkdaşı Ceyhun Fətəliyev tərəfindən qeydə alınmadığı, yalnız Həsən Həsənovun və Rafil Həsənovun səs yazılarının saxlanıldığı müəyyən edilmişdir.

Eyni zamanda Həsən Həsənovun deməsinə görə, nəqliyyat vasitəsi duracağa qoyularkən təhvil təslim edilmədiyini yalnız açarının alındığı, sonradan açarının itirildiyi, bununla da maddi ziyan vurulduğunu bildirmişdir. Eyni zamanda nəqliyyat vasitəsində külli miqdarda pul vəsaitinin olduğunu bildirsə də onun iştirakı olmadan nəqliyyat vasitəsinə baxış keçiriləcək hər hansı dəyəri olmayan əmlakın olmadığına dair akt tərtib edilmişdir. Halbuki səlahiyyətli şəxslər tərəfindən açarın itirildiyi bəyan edilmişdir. Hazırda açarın olmadığı bəhanəsi ilə nəqliyyat vasitəsinin qanunsuz olaraq duracaqdan baxılmasına icazə verilmir.
Bununla əlaqədar aidiyyəti orqanlara müraciət edilsə də rəsmi cavabın hələki verilmədiyi, araşdırmadan sonra hadisədə təqsirli şəxslər müəyyən edilərsə barələrində qanuna müvafiq tədbirlərin görüləcəyini, yol verilmiş inzibati pozuntubarədə qərarın nəticəsini gözləyirik.

Məsələni diqqət mərkəzində saxlayacağıq
Bizi izləyin...
BakuNews.Az
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT