İmişlidə Qasım Qasımov və Allahverdi Əliyev Prezident iradəsinə qarşı çıxırlar

İmişlidə Qasım Qasımov və Allahverdi Əliyev Prezident iradəsinə qarşı çıxırlar
Ölkə Prezidentinin apardığı uğurlu siyasətin tərkib hissələrindən biri də ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən etdiyi strategiyadır. Bu sahə ilə məşğul olanlara güzəştli kreditlərin verilməsi, istehsalçının mənafeyinə uyğun vergi islahatları və s. həmin siyasətin tərkib hissəsidir. Lakin təəssüflə qeyd etməliyik ki, bölgələrdə bu siyasətə kölgə salacaq kifayət qədər dövlət məmurları var. Xatırladaq ki, bir müddət əvvəl mətbuat Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərlik etdiyi dövlət müəssisəsinin tabeliyində olan qurumların bəzilərində baş verən qanunsuzluqlarla bağlı araşdırmalar dərc etmişdi. Məsələnin ən qəribə tərəfi isə bu qurumun, tabeliyndə olan dövlət müəssisələri haqqında dərc edilən məlumatlara biganə qalmasıdır. Məhz bu amildir ki, cənab Əhmədzadənin rəhbərlik etdiyi qurumun tabeliyində olan, İmişli rayonunun Qaradonlu kəndində yerləşən Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi Qasım Qasımova müraciətlərə müəssisə rəhbəri bir cavab verir: “Mən Əhməd Əhmədzadənin tapşırığını icra edirəm.”

Oxucuların nəzərinə onu da çatdıraq ki, bu şəxs rayonda kifayət qədər kapitala sahiblənmiş məmur kimi tanınır. Ola bilsin ki, məhz bu amildir ki, Qasım Qasımovu daha ürəkli edir. Onu da qeyd edək ki, Qasım Qasımov bu məsələdə tək deyil. İmişli rayonu Aranlı kəndində yerləşən Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı idarəsinin rəisi Allhaverdi Əliyev də eyni prinsiplə işləyir. Ötən gün rayondakı mənbədən redaksiyaya daxil olan məlumatda qeyd edilir ki, yaz fəsli ilə əlaqədar olduğu üçün hal-hazırda fermerlərin işlərinin ən qızğın vaxtıdır. Taxıl, pambıq və otlaq sahələrinin suvarılması, digər kənd təsərrüfatı məhsullarının əkilməsi üçün ərazilərin arata qoyulması və s. artıq kəndlinin gündəlik iş prinsipinə çevrilib. Lakin mənbə bildirir ki, hər iki müəssisə rəhbərinin fəaliyyətsizliyi nəticəsində kəndlilər sahələrin suvarılmasında ciddi problemlərlə üzləşirlər. Belə ki, su kollektorlarının uzun müddətli təmizlənməməsi suyun sahələrə normal axınının qarşısını alır. Yuxarıda qeyd edildiyi kimi məsələ ilə bağlı hər iki rəisə müraciət ediləndə isə aldıqları cavab birdir: “Biz Əhməd əhmədzadənin tapşırığını yerinə yetiririk.”

Əslində istər Allahverdi Əliyevin, İstərsə də Qasım Qasımovun fermerlərə verdikləri cavab kifayət qədər maraqlıdır. Hər iki rəisin söylədiklərindən belə anlaşılır ki, sən demə Prezident iradəsinə qarşı çıxmağı onlara Əhməd Əhmədzadə tapşırıb. Əks halda Qasım Qasımov sevərək və təkrar-təkrar belə söyləməzdi. Bəs elə isə sual yaranır nədən cənab Əhməd Əhmədzadə Prezidentin müəyyən etdiyi siyasətə qarşı çıxır? Axı hər bir hərəkətin məntiqi nəticəsi olaraq öncə səbəb müəyyənləşməlidir. Nəzərə alsaq ki, İmişli relyefinə görə yarımsəhra əraziyə malikdir. Bu ərazidə şoran torpaqlar üstünlük təşkil edir. Deməli kəndli min bir əziyyətlə münbitləşdirdiyi torpaqda yetişdirdiyi məhsulu özünün illik təminatı üçün nəzərdə tutur. Və məhz Qasım Qasımovun və Allahverdi Əliyevin fəaliyytəsizliyi nəticəsində kəndli həmin illik təminatdan məhrum olursa, o zaman narazlılığın ünvanı ölkə rəhbərliy olur. Çünki zamanında kəndli yaradılmış süni problemlərin həlli ilə bağlı hər iki rəisə müraciət edərkən, onlara ünvan olaraq daha yuxarı instansiyanı – Əhməd Əhmədzadəni göstərmişdilər. Əhmədzadəni təyin edən isə cənab Prezidentdir. Belə çıxır ki, bu siyasət düşünülərəkmi yürüdülür? Əsla belə deyil. Səbəbkar məhz A.Əliyev və Q.Qasımovdur. Diqqətli oxucuların nəzərinə çatdıraq ki, bir müddət əvvəl Qasım Qasımov işindəki nöqsanlarla bağlı ona irad bildirənlərə “ASC mənə ayrılan pulun yalnız 17%-ni verir, o rəqəmlə gördüyüm işdə bu qədərdir” – cavabını vermişdi. Qəribədir ASC rəhbərliyi tabeçiliyində olan müəssisə rəhbərinin bu ittihamına da laqeyid qalmışdı. Deməli...

Mövzuya qayıdacağıq.

Yazıda adı çəkilən şəxslərində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az

İmişlidə Qasım Qasımov və Allahverdi Əliyev Prezident iradəsinə qarşı çıxırlar
Oxşar xəbərlər
Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Yerə böyük meteorit düşdü: Qorxunc görüntülər - VİDEO
Bu şəxslərin pensiyasını artırıldı
Erməni əsgərlər Zakir Həsənovu güllələmək istəyib? - TƏCİLİ BƏYANAT
İtkin düşən jurnalistin meyiti tapılıb
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
İlqar Məmmədov “Qorotdel”ə çağırıldı
Bu dövlət baxçasında YANĞIN - uşaqlar təxliyə edilib - FOTOLAR
Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı
Masallıda 90 nəfərlik özünü müxalifətçi adlandıran şəxslərin niyyəti baş tutmayıb
Ən yüksək maaşlı şəhər məlum oldu
Məşhur aktyor şou müxbirlərə silah tuşladı:
Ukrayna hökuməti istefaya getdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb
ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb
İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya
Azərbaycan istehsalı snayper tüfənginin sınaqları keçirildi
Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO
Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı
“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq
Zelenskinin varidatı açıqlandı: Avropada evlər, Gürcüstanda 10 otel, …
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir
Bakıda
Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI
Dəməşq hücuma məruz qaldı
“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT