BMT İnkişaf Proqramının nümayəndələri SOCAR-da - FOTO

  • 4-07-2019, 11:02
  • gundem
  • Baxılıb26
BMT İnkişaf Proqramının nümayəndələri SOCAR-da - FOTO
İyulun 3-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olub.

Görüşdə SOCAR ilə UNDP arasında ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, perspektiv layihələr müzakirə edilib. Nəzərə çatdırılıb ki, iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının ixtisar edilməsi sahəsində və ümumilikdə birgə ekoloji layihələr hər iki qurumun maraq dairəsindədir.

Görüşdə SOCAR və UNDP tərəfindən həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi tamamlandıqdan sonra bu və digər istiqamətlərdə, o cümlədən, neftlə çirklənmiş torpaq və suların təmizlənməsi, təmizlənmiş ərazilərdə yaşllıqlar salınması, qaz borularının modernizasiyası və s. üzrə layihələrin birgə işlənməsi perspektivləri müzakirə olunub.

2015-ci ilin iyul ayından etibarən SOCAR və UNDP-nin Azərbaycan nümayəndəliyi tərəfindən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi icra olunur. 5 il müddətinə nəzərdə tutulmuş layihə Qlobal Ekoloji Fond (GEF) və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir və SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləmək məqsədi daşıyır.

Atmosferə karbon qazı tullantılarını minimuma endirən istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planına uyğun olaraq layihə çərçivəsində istixana effekti yaradan qaz emissiyası təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi müvafiq sahələrə pilot investisiya qoyuluşları vasitəsi ilə həyata keçirilməkdədir.

BMT İnkişaf Proqramının nümayəndələri SOCAR-da - FOTO
BMT İnkişaf Proqramının nümayəndələri SOCAR-da - FOTO
Oxşar xəbərlər
Pirşağı çimərliyində 2 nəfər batıb
Ərbildə qətlə yetirilən türkiyəli diplomat Ankarada dəfn olundu
DSX rəisi yaralı əsgərə baş çəkib - VİDEO
Bakıda körpünün üzərində yol qəzası
Bakıda iki avtomobil toqquşdu: xəsarət alanlar var - VİDEO
Fuad Heydərova yüksək vəzifə verildi
Nazir Elnur Məcidovu işdən çıxardı
Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı
“Gürcüstanla münasibətlərin normallaşmasını istəyirik”
Xəzərdə batmış iki qadın və iki uşağın meyitləri aşkarlandı
“Azərbaycan Ukraynanın ən böyük mobil operatorunu almaq istəyir”
Emin Ağalarov Rusiyanın məşhur jurnalını alıb
Texasda 18 it sahibini yedi
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılıb
Bakıda qayınanası ilə dalaşan kişidən şok hərəkət
Bakıda növbəti qəza- yaralılar var - VİDEO
Vilayət Eyvazovdan ilk — Təyinat
Goranboydakı qayınata-gəlin cinayətinin təfərrüatı bəlli oldu - YENİLƏNİB + FOTO
Bakıda tələbə rektordan diplomunu oynaya-oynaya aldı-VİDEO
Abel Məhərrəmovun beşulduzlu istirahət mərkəzi (FOTO)
İyulun 10-na olan hava proqnozu
Soyadlarla bağlı yeni qanun layihəsi hazırlanır
AQTA: Son bir ildə 403 nəfər qidadan zəhərlənib, 2 nəfər vəfat edib
Ziya Məmmədovdan yeni xəbər var
Sevinc Qədirova vəzifəsindən ayrıldı: Heç bir mənfi səbəb axtarılmasın
Arzularınızın ünvanı -
Gürcü aparıcı efirdə Putini təhqir etdi: Prezident Zurabişvili və Baş nazirdən açıqlamalar
“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB
Braziliya azlıqda qalsa da, çempion oldu - VİDEO
Türkiyədə azot zavodu partladı
“Ağ çiçəyim” yanıb kül oldu - YENİLƏNİB + VİDEO
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏDƏNİYYƏT