“Azərbaycan mediasına açılmış savaşın qurbanları”

“Azərbaycan mediasına açılmış savaşın qurbanları”
06.08.2019-cu il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə Bakunews.az və İnfoplyus.tv adlı xəbər portallarının baş redaktorları Seyidov Mirkənan Mirsənan oğlu və Məmmədov Cəlal Ələddin oğlu barəsində hökm elan edilmişdir.

Hər iki jurnalistə 5 il hökm edlan edilməsi Azərbaycan cəmiyyətində məhkəmələrə olan inamı bir daha sarsılmasına gətirib çıxaran qərar olaraq tarixə qara hərflərlə yazılmışdır. Hakim Eldar Mikayılovun icraatında baxılan cinayət işinin heç bir maddi sübutu olmadığından işin xitamın gözləyən və ədalət tərəzisindən bu yönlü qərarın veriləcəyini düşünən Azərbaycan mediası yenidən xəyal qırıqlığına uğramışdı. Belə ki, ən böyük ədalətsizliyin məhz elə onu qoruyan şəxslər tərəfindən pozulacağı heç kimin düşünmədiyi mövzu idi. Hakim 11 ay davam etdirdiyi məhkəmə istintaqında bir dənə olsun maddi sübut təqdim edə bilməyən prokuror ittihamçısı Orxan Kəngərlinin vəzifə səlahiyyətindən istifadə edərək jurnalistlərin özünü müdafiə etmə hüquqlarının təmin edilməməsi üçün Eldar Mikayılova etdiyi basqıdan təsir altında qalaraq ədalətsiz hökm verməyə daha çox üstünlük vermişdi.

Hakim E.Mikayılov bundan da irəli gedərək verdiyi hökmün sifariş əsasında çıxarmasını sübut edən kobud səhvlərdən məhz hökmün çıxarılmasında açıq şəkildə birüzə vermişdir. Şahid qismində müstəntiq Rüfət Allazov tərəfindən xitam edilmiş işə təqdim edilən şəxs Bayramov Bayram Saday oğlunun aprel ayının 21 ölkə sərhədlərin tərk etməsinə baxmayaraq onun istintaq ifadəsini işin içindən olduğu kimi hökmə əlavə edərək, istintaqa ifadə verməsi kimi qiymətləndirilmiş, şahid ifadələrini isə mötəbər maddi sübut adlandıraraq Azərbaycan Respublikasının qanunlarına hörmətsizliklə etinadsızlıq göstərilmişdir. Prezidentin etimadı ilə təyin edilən hakim statusu qazanan Eldar Mikayılov kimi bəzi hakim şəxslər nizamin pozulmasına imza atmaqları öz iş stullarını itirmək qorxusundan ibarətdir. Cinayət işi üzrə aparılan məhkəmə istintaqında heç nəyi sübut edə bilməyən dövlət qulluqçuları özlərinin inandırdıqları yalana cəmiyyəti inandırmaq üçün saxta, qondarma, şahid əsasında hökm çıxarmaqla başladıqları məhkəmə adlı komediyaya son verməyi bacarmışdılar. İttihamçı özünün belə araşdırma aparmadan müdafiəsini etdiyi cinayət işini o qədər həvəslə kağız üzərindən oxuyaraq onu real qəbulanmış olacaq ki, sanki qeyd edilən qondarma məsələləri özü ssenarisin yazmış, onu həyata keçirilməsində baş rolda oynamış kimi sübuta yetirmişik, deyərək jurnalistlərə ağır cəza tələb etmişdir.

Hakim statusundan istifadə edən üç hakimdən biri belə bu veriləcək ədalətsiz qərara qarşı etiraz etmədən hökm oxunmasına göz yummuşdur. 27 səhifədən ibarət tərtib edilmiş hökümdə istədiyiniz qədər yalana, saxtakarlığa və qondarma ifadələrə rast gəlmək mümkündür.

Məsələyə münasibət bildirən azadlığı məhdudlaşmış jurnalist Mirkənan Seyidov qeyd edib ki, hakim Eldar Mikayılov ona verilən səlahiyyətlərdin sui-istifadə edərək qanunsuzluğa imza atıb. Məhkəmə istintaqının keçirildiyi 11 ay müddətində ittiham tərəfinin irəli sürdüyü heç bir məsələyə prosessual məcəllədə qeyd edildiyi kimi maddi sübutlar təqdim edilməmişdir. Bu azmış kimi maddi sübit olacaq və verilmiş ittihamın həqiqəti əks etdirmədiyini sübuta yetirəcək vəsadətlərində təmin edilməməsinə hakim böyük səy göstərmişdir. Bunda Orxan Kəngərlinin payı da az deyil. Axı hazırda Azərbaycan məhkəmələrində hakimlər azad olduqları, asılıqlarının olmadığı və sərbəst qərar vermə ixtiyarına malik olmaları da cəfəngiyata söykənir. Bunu elə Eldar Mikayılovun prokuror ittihamçısının hədə dolu çıxışından təsir altında verdiyi qərarından məlum olunub. Bir hakim ki, heç bir sübut olmadan bir ailənin taleyinin puç olunmasına imza atırsa o şəxsə ailə başçısı deməkdə utancverici ifadə olar, nəinki hakim demək. Ən böyük hakim Allahdır və Eldar Mikayılov, Orxan Kəngərli, Rüfət Allazov kimiləri həmçinin onların arxasında duraraq övladlarımızı gözüyaşlı qoyanların hökmünü mütləq ona həvalə etmişik. Mütləq ədalətli hökm çıxaran bu insan simasında olan insanı duyğudan kənar şəxslərin barəsində qərarın verəcəyinə əminəm.
Kanal14.az
Oxşar xəbərlər
“Azərbaycan mediasına açılmış savaşın qurbanları”
Çavuşoğlu: “Təhlükəsiz bölgə ilə bağlı ABŞ-ın addımları görüntü xarakteri daşıyır”
Afət Fərmanqızından yeni xəbər – Nəsiminin qəzəli ilə bağlı 1000 manatlıq açıqlama
Smolenkov ABŞ-ın agentidir?
Bakıda 26 yaşlı kişi bıçaqlandı
Azərbaycana ilk qar yağdı - FOTO
Avtobus dayanacağında şok hadisə: Məktəbli uşaqlara pul verib təcavüz edirmiş - VİDEO
Ölü meduzalar Azov dənizinin sahillərini basdı – Video
Vilayət Eyvazov polis rəisini işdən azad edib
“Ermənistan məsələnin sülh yolu ilə həllində maraqlı deyil”
Lavrov Ermənistanın da qatılacağı Xəzər İqtisadi Forumunu yüksək qiymətləndirib
Bakıda güclü külək davam edəcək
“Yüz dəfə, min dəfə üzr istəyirəm, bloqqerlərdən, jurnalistlərdən…” – Video
Sumqayıtda güclü yanğın: qara tüstü hər yerdən görünür – Video
Rusiyalı sürət qatarının üstünə dırmaşıb və ölüb
Rüfət Quliyev: “Kefqom”am, “dinozavr”am, bundan sonra məni kim bəyənəcək ki... - MÜSAHİBƏ
Sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına başlanıldı
General bölmələrin qışa hazırlığını yoxladı - FOTO
Dişini çəkdirmək istəyən qız komaya düşdü - “Həkim”in tibbi təhsili yox imiş
Ermənistanda 20 siyasi qüvvə birləşir - Müxalif blok yaradılacaq
Qvineyada ildırım altı uşağı öldürdü
“Azərbaycan Dəmir Yolları” QSC-yə mətbuat katibi təyin edilib
Prezidentdən nağdsız ödənişlərlə bağlı - TAPŞIRIQ
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çimərliklər yaradılır
Erməni qızları Rəhim Rəhimlinin mahnısına belə rəqs etdilər - VİDEO
Bu yaşda seks kişiyə ziyan, qadına isə xeyirdir - ARAŞDIRMA
İDARƏ RƏİSİNİN MİLYONLUQ FIRILDAQLARI VƏ… – “Xalası bir çanta pul verdi ki, Nicata çatdırım…” - FOTO/VİDEO
“Metropark”a giriş bağlandı
Başı telefona qarışdı, qadını vurub üstündən keçdi - VİDEO
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT