Ömər Cavadov dünya birinciliyində bürünc medal qazanıb - FOTO

  • 10-03-2019, 12:21
  • idman
  • Baxılıb21
Ömər Cavadov dünya birinciliyində bürünc medal qazanıb - FOTO
8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb.

Azərbaycan Ağır Atletika Federasiyasından Milli.Az-a verilən məlumata görə, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan ilk olaraq körpücük üzərinə Ömər Cavadov çıxıb. O, 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək 96 kq nəticə göstərib. Bu nəticə ilə o, bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illlik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kq çəki dərəcəsində Azər Məmmədli nail olmuşdu.

Ömər təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kq-ı başı üzərinə qaldırıb. O, bu hərəkətdə 9-cu yeri tutub.

Toplam 211 kq (96+115) nəticə göstərən Cavadov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

Yarışdan sonra Ömər Cavadov federasiyanın rəsmi saytına açıqlama verib. Gənc atletimiz əldə etdiyi uğurla bağlı hisslərini bölüşərək bunları deyib: "Uzun müddətdir Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki bu bürüncə sahib çıxdım. Məşqçi və müəllimlərinin əməyi böyükdür. İlk öncə şəxsi məşqçim Ağakərim Kərimova təşəkkürlərimi bildirirəm. Bununla yanaşı, yığma komandada əziyyətimi çəkən bütün məşqçilər, həmçinin rəhbər olaraq Tofiq Heydərova, federasiyanın bütün rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnşallah, qarşıdakı yarışlarda da Azərbaycanın bayrağını yüksəltməyə çalışacam".

Ömər Cavadov dünya birinciliyində bürünc medal qazanıb - FOTO
Ömər Cavadov dünya birinciliyində bürünc medal qazanıb - FOTO
Oxşar xəbərlər
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıb
Füzulidə qatarla maşın toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO
Tereza Meyi devirməyə cəhd edirlər
Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur
Günəşin yanında görünən anomal hadisə alimləri qorxuya saldı - VİDEO
Bakıda metro istifadəçilərinə ŞAD XƏBƏR
Bakıda universitetdə bədbəxt hadisə
Müəllimədən qadınlara inanılmaz çağırış: Uşaq dünyaya gətirməyin!
Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır
“Elmlər Akademiyası” Stansiyasına Gələn Qatar Geri, “Nizami”Yə Qayıtdı – Metroda Nə Baş Verir? – AÇIQLAMA
Daxili İşlər Nazirliyi bu şəxslə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ - FOTO
“İşıq və qaz limiti ilə bağlı YENİ XƏBƏR
Meydan TV-nin rəhbəri Prezidentə təşəkkür etdi: “Çox istərdim ki, Azərbaycana qayıdım”
Bakıda avtobus qəzaya uğradı: Tıxac yarandı – Video
82 yaşlı zəngin iş adamı qətlə yetirilib, polis azərbaycanlı həyat yoldaşından şübhələnir - ŞOK TƏFƏRRÜAT
“Azyaşlı uşaqları cəlb etməklə narkotik vasitələrin daşınmasına cəhd edilir”
Prezidentdən növbəti MÜHÜM QƏRAR
Əfqanıstanda silsilə partlayışlar: 7 ölü, 3 yaralı
Bakıda itkin düşmüş qadın tapıldı - O Sabunçuda....
Bakıda güclü külək olacaq
Zülfüqar Mikayılov: “Əfv sərəncamının bayramqabağı verilməsi çox sevindiricidir”
Altıncı mərtəbədən yıxıldı, sağ qaldı
Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı
Belqradda gərgin anlar: prezidentin iqamətgahı mühasirəyə alındı
Məscidi gülləbaran edən manyak haqda inanılmaz faktlar – Foto, Video
Əfv sərəncamının icrası başa çatdı
Azərbaycanda polis rəisi türk müğənniyə 120 min dollar verdi – SÜNNƏT TOYU
Bakıda özünü 16-cı mərtəbədən atan 15 yaşlı qızın intihar görüntüləri - VİDEO (18+)
Şəhid ailəsinin üzvü Ramil Usubova müraciət etdi
Kədərli ailə dramı: Qızının yaşaması üçün öz canından keçdi – Foto
Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT