“Naxçıvan Open-2019” Beynəlxalq Şahmat Festivalına böyük maraq var

  • 2-05-2019, 15:30
  • idman
  • Baxılıb40
“Naxçıvan Open-2019” Beynəlxalq Şahmat Festivalına böyük maraq var

"Ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvanda keçirilən ənənəvi Beynəlxalq Şahmat Festivalına böyük maraq var. Artıq bütün dünya şahmatçıları bu turnirin keçirilməsini səbirsizliklə gözləyirlər. Bu il də ənənəvi olaraq festivalda çoxsaylı şahmatçı iştirak edir". Bu sözləri müsahibəsində Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.

O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən doqquzuncu “Naxçıvan Open-2019” Beynəlxalq Şahmat Festivalının açılış tədbirinin möhtəşəm olduğunu və festivalın beynəlxalq şahmat təqvimində mühüm yer tutduğunu qeyd edib.

Elman Rüstəmov bildirib ki, festivalda 14 ölkədən təxminən 356 şahmatçı iştirak edir və onlar üç qrupda mübarizə aparacaqlar. O, Naxçıvanda keçirilən böyük şahmat bayramının uğurla nəticələnəcəyinə əmin olduğunu vurğulayıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti deyib: “Fürsətdən istifadə edərək, muxtar respublika rəhbərinə festivalın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yeni seçilmiş sədri və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti təyin olunan Seymur Talıbova da gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümidvaram ki, muxtar respublikada şahmatın kütləviliyi və inkişaf etdirilməsi istiqamətində əməkdaşlığımız uğurlu nəticələr verəcək”.
Oxşar xəbərlər
Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Yerə böyük meteorit düşdü: Qorxunc görüntülər - VİDEO
Bu şəxslərin pensiyasını artırıldı
Erməni əsgərlər Zakir Həsənovu güllələmək istəyib? - TƏCİLİ BƏYANAT
İtkin düşən jurnalistin meyiti tapılıb
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
İlqar Məmmədov “Qorotdel”ə çağırıldı
Bu dövlət baxçasında YANĞIN - uşaqlar təxliyə edilib - FOTOLAR
Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı
Masallıda 90 nəfərlik özünü müxalifətçi adlandıran şəxslərin niyyəti baş tutmayıb
Ən yüksək maaşlı şəhər məlum oldu
Məşhur aktyor şou müxbirlərə silah tuşladı:
Ukrayna hökuməti istefaya getdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb
ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb
İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya
Azərbaycan istehsalı snayper tüfənginin sınaqları keçirildi
Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO
Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı
“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq
Zelenskinin varidatı açıqlandı: Avropada evlər, Gürcüstanda 10 otel, …
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir
Bakıda
Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI
Dəməşq hücuma məruz qaldı
“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT