"İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

"İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Azərbaycan Bəstəkarlar İttifaqında "İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalına həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə bildirib ki, festival iyunun 27-dən iyulun 1-dək baş tutacaq: “Ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nə uyğun olaraq builki festivalda İslam ölkələrinə daha çox yer ayrılıb. Festivalın musiqi, dostluq və həmrəylik bayramına çevriləcəyinə inanırıq. Bu festival ənənəvi olaraq keçirilir. Festivalın özəlliyi ondan ibarətdir ki, festival çərçivəsində konsertlər memarlıq abidələrinin önündə təşkil edilir. Şəki əsrlər boyu ipəyin vətəni olub və bu gün də orada ipək istehsal olunur. Şəkinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunan 84 tarixi abidəsi var”.

Proqram barədə məlumat verən Firəngiz Əlizadə deyib ki, festivalda Türkiyədən İzmir Dövlət Türk Dünyası Rəqs və Musiqi Topluluğu, İrandan “Təbriz” rəqs qrupu, Yaponiyadan “Va-Liga” musiqi qrupu, Macarıstandan “Guessous Mesi Trio” qrupu, Gürcüstandan “Tolige” uşaq xoreoqrafik ansamblı və Polşadan müğənni Ania Broda konsert proqramı ilə çıxış edəcək. Konsertlər Marxal Yay Teatrında, Şəki Xan Sarayında və Yuxarı Karvansarayda təşkil ediləcək.

Festivalın açılış mərasimi iyunun 27-də Marxal Yay Teatrında olacaq.

Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə ənənəvi olaraq keçirilən bu festivalda ən yaxşı kollektivlərin çıxış etdiyini söyləyib.

Mətbuat konfransında iştirak edən Aygün Səmədzadə festivalın açılış mərasimdə müəllif gecəsinin keçirilməsinin onun üçün böyük şərəf olduğunu vurğulayıb.

Cövdət Hacıyevin oğlu, bəstəkar İsmayıl Hacıyev atasının 100 illiyinə həsr edilmiş musiqi festivalının keçirildiyini vurğulayaraq bildirib ki, belə tədbirlərlə onun yubileyinin qeyd edilməsinə görə məmnundur.
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT