Möhtəşəm Türk Gecəsi Festivalı - FOTOLAR

Möhtəşəm Türk Gecəsi Festivalı - FOTOLAR


Oktyabrın 1-də Mərdəkan Mədəniyyət Sarayında Möhtəşəm Türk Gecəsi Festivalı keçirildi. Konsertdə Güney Azərbaycanın tanınmış rəqs qrupları məharətlə çıxış etdilər. Həmyerli qonaqlarımızın repertuarında Azərbaycanın tarixi, milli rəqsləri ifa olundu, onlar bizim rəqsləri o qədər canlı oynayırdılar ki, bu da bütün tamaşaçıları heyrətləndirirdi. Festivala qatılan bütün iştirakçıları və gələn qonaqları tədbirin aparıcısı çox istedadlı aktyor, uşaq verilişlərinin təmsilçisi Kamran İsrafilov salamladı.

Möhtəşəm Türk Gecəsi Festivalı - FOTOLAR

Möhtəşəm Türk Gecəsi Festivalı - FOTOLAR


Bu festivalın keçirilmə məqsədi Azərbaycan və İran mədəniyyətinin dostluğunu əks etdirən rəqslərimizi İran rəqs qruplarının ifasında tamaşaçılara çatdırmaq, mədəni dostluq tellərini möhkəmləndirməkdir. Musiqi sərhəd tanımır, məhz bu baxımdan İranlı həmyerlilərimizin rəqslərimizə hədsiz məhəbbəti bütün ifalarda öz əksini tapmışdır. Bu maraqlı layihənin rəhbəri təşkilatçı Asif Hüseynov, “Odlar Yurdu Group”un bədii rəhbəri Gülxar İbrahimova bu festival barədə öz münasibətlərini bildirdilər. Festivalın möhtəşəm keçdiyinə görə Mədəniyyət və Turizm Naziriliyinin Baş İdarəsinə xüsusi təşəkkür bildirildi.

Möhtəşəm Türk Gecəsi Festivalı - FOTOLAR
Möhtəşəm Türk Gecəsi Festivalı - FOTOLAR


Təbrizdən rəqs qrupları olan “Yalçın” uşaq qrupu - rəhbər Əli bəy, “Volkan” qrupu - rəhbər Mehdi bəy, “Şənlik” qrupu-rəhbər Ali Asgər bəy, milli rəqs qrupumuz “Odlar Yurdu Group”un üzvü Hüsniyyə Həsənova, rəqqasələr Aida Bağırova, Afar Şükürova çıxış etdilər. Belə gözəl tədbirdə gənc müğənnilərdən Vüqar Təmkin, Rasim Mustafazadə, Əngər Altun, “Sultan” qrupu, repçi İlham Rəcəbli gələn qonaqlara öz gözəl ifalarını bəxş etdilər.

Möhtəşəm Türk Gecəsi Festivalı - FOTOLAR
Möhtəşəm Türk Gecəsi Festivalı - FOTOLAR


Bütün iştirakçılar diplomlarla, mükafatlarla təltif olundular. Həqiqətən də, çox möhtəşəm konsert gecəsi oldu. Bunu öz çıxışlarında xüsusi vurğulayan Mərdəkan Mədəniyyət Sarayının direktoru Əliağa Mirzəyev, Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov, Respublikanın Əməkdar artisti rəqqas Elnur Süleymanov da bu konsertdən xüsusi zövq aldılar. Festivalı işıqlandırmaq Avrasiya.net saytının və Bakunews.tv online tv-nin payına düşdü. Bircə bunu dəqiq anladım ki, incə zövqlü rəqslərimizi dərin məhəbbətlə sevən tamaşaçılarımız daha çoxdur.

Musiqimizi, mədəniyyətimizi, rəqslərimizi yaşatmaq hər birimizin borcudur. Belə rəqs festivallarının tez-tez keçirilməsi daha xoş olar. Türk Gecəsi Festivalının keçirilməsinə görə öz adımdan prodüser Asif Hüseynova və “Odlar Yurdu Group”un bədii rəhbəri Gülxar İbrahimovaya təşəkkürümü bildirirəm.

Vüsalə Rüfət
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT