Azərbaycanda ən çox hesab ödəyən məşhurlar (SİYAHI)

Azərbaycanda ən çox hesab ödəyən məşhurlar (SİYAHI)
Restoran sahiblərinin məşhurları görəndə düşündükləri ilk fikir "Bundan yaxşı pul çıxacaq” olur. Amma əksər hallarda nəticə fərqli olur. Hesaba qane olub ödəyənlər, pulu çatmayıb girov qalan məşhurlarımız da var.

Görəsən, məşhurlar ən çox harada və nə qədər hesab ödəyiblər?

Bakunews.tv redaktor.az-a istinadən məşhurlar arasında keçirdiyi sorğunu təqdim edir:

"Bu şəhərdə" kollektivinin baş prodüsseri və ssenaristi Müşviq Abbasov Londonda olarkən 12 nəfərə 8 000 manat hesab ödəyib.

Müğənni Niyam Salami indiyə qədər ən çox 2500 manat hesab ödəyib. O, bildirib ki, hər zaman olmasa da, arada dostlarla yığışanda hesab ödəyib.

Müğənni Elçin Hüseynovun ən çox ödədiyi məbləğ 2 000 manat olub.

Müğənni Elvin Abdullayev indiyə qədər ən çox Bodrumda olarkən hesab ödəyib. Sənətçi Türkiyə restoranlarında 1700 manat pul xərcləyib.

Əməkdar artist Ədalət Şükürov bildirib ki, Azərbaycanda ən çox 1500 manat, xaricdə isə bu yaxınlarda 362 dollar ödəyib. Özbəkistanda isə gələn hesab sənətçini narazı salıb.

Gənc müğənni Ayaz Babayev şənliklərin birində 1200 manat xərcləyib.

Aktyor Müşviq Şahverdiyevin cavabı isə xeyli təəcübləndirici olub: "Bir müddət öncə Rusiyadan qonaqlarım gəlmişdi. Onlarla yeyib-içmək üçün restorana getdik. Düşündüm ki, yəqin hesab çox gəlməz, maksimum 300 manat olar. Amma 680 manat gəldi. Şoka düşdüm, çünki cibimdə o qədər pul yox idi. Restoranda saxladılar məni. Axırda dostumu çağırdım: Gəl biabır olmuşam. Sağ olsun gəldi, yarı-yarıya hesabı ödədik".

Aşıq Zülfiyyə ailəsi və dostları ilə birlikdə yemək yeyib və 500 manat ödəyib.

Şairə Nazilə Səfərli isə qonaqlarına görə 483 manat ödəmək məcburiyyətində olub.

AzTV-nin solisti Nicat Cəfərzadə isə Azərbaycanda ən çox 250, xaricdə isə - Moskvada olarkən 300 dollar hesab verib.

Müğənni Kərim Abbasov ailəsi ilə Türkiyədə istirahət edərkən 320 dollar ödəyib.

Müğənni Əlikram Bayramov isə daha çox həmkarları ilə "yeyib-içməyi” xoşlayır. Onun ən çox ödədiyi məbləğ 400 manat olub.

Aktyor Elməddin Cəfərov sonuncu dəfə Türkiyədə olarkən təxmini 250 manat hesab ödəyib.

Müğənni Aslan Hüseynovun unutmadğı hesabı Qubada olub: "Bir dəfə dostumla Qubada kafelərin birində əyləşdik və qayğanaq yedik. Hesab gələndə isə çox təəccübləndim - 55 manat. Soruşdum ki, bu yumurta qızıldandır?"
Oxşar xəbərlər
Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Yerə böyük meteorit düşdü: Qorxunc görüntülər - VİDEO
Bu şəxslərin pensiyasını artırıldı
Erməni əsgərlər Zakir Həsənovu güllələmək istəyib? - TƏCİLİ BƏYANAT
İtkin düşən jurnalistin meyiti tapılıb
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
İlqar Məmmədov “Qorotdel”ə çağırıldı
Bu dövlət baxçasında YANĞIN - uşaqlar təxliyə edilib - FOTOLAR
Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı
Masallıda 90 nəfərlik özünü müxalifətçi adlandıran şəxslərin niyyəti baş tutmayıb
Ən yüksək maaşlı şəhər məlum oldu
Məşhur aktyor şou müxbirlərə silah tuşladı:
Ukrayna hökuməti istefaya getdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb
ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb
İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya
Azərbaycan istehsalı snayper tüfənginin sınaqları keçirildi
Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO
Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı
“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq
Zelenskinin varidatı açıqlandı: Avropada evlər, Gürcüstanda 10 otel, …
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir
Bakıda
Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI
Dəməşq hücuma məruz qaldı
“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT