Hidayətin “Burdan min atlı keçdi” kitabı barədə bəzi düşüncələrim

Hidayətin “Burdan min atlı keçdi” kitabı barədə bəzi düşüncələrim


Hidayət bu kitabı yazarkən elə bil ki, indi o, İrəvan elində oturub, bütün bölgələri gözü önünə gətirib, yaddaşını bərpa edib olanlfrı inci kimi bir-birinin ardınca düzmüşdü. Bu əsəri vasitəsi ilə qələminin vərəqlərə buraxdığı izlərlə təsəllisini tapır, özü özünün közərmiş qəlbinə su çiləyir. Hiss olunur ki, İrəvan elinin həsrətini çəkən, onu bir gün də olsun, unutmayan və qəlbində təhlil edən Hidayət cox əzab-əziyyətlə oradan ayrı düşdüyünü hiss etdirir.

Dərəli-təpəli, bulaqları-çayları, cığırları-yolları, kəndliləri-kəndləri, tanınanları-tanınmamışları xatırlayır və xatırladır. Hidayəti 1960-cı illərdən tanıyıram. Onu Əli əminin evində görəndə, o çox arıq idi, mehriban baxışlara malik olmaqla, qonaqları xoş sifətlə qarşılayıb, yola salan oğlan idi. Ağlıma gətirməzdim ki, gülərüz, bəzən sakit, qonaqsevən Hidayət qəlblərə toxunan və qürbətdəkilər üçün belə bir qiymətli kitabı ərsəyə gətirəcək. Kitabda ən xoşa gələn, keçmişə aparan məqamlardan biri odur ki, İrəvan elinin cəsarətli, qeyrətli, istedadlı, işgüzar, tanınmış, sayılıb-seçilən və fəxr edilən insanları barədə ətraflı məlumatlar əks etdirilmişdir.Orada elə şəxsiyyətlərin adları çəkilib ki, onların bir çoxunu görmüşəm, tanımışam, ünsiyyətdə olmuşam, çörək kəsmişik, birlikdə işləmişik və dostluq eləmişik. Adları çəkilənlərin bir çoxları evimizdə qonaq olub. Atam adlarını tez-tez çəkdiyindən bilirdim ki, onlar atamın dostu, həmkarı, istəkliləri və hörmət etdiyi insanlardır. Hidayət kitabında Rza və Cəfər Vəlibəyovlar barədə yazıb. Həqiqətən də onlar İrəvan elinin ən sevimli və uzaqgörən insanları olublar. O nəsildən Azərbaycanda məşhurlaşmış və mütəxəsis kimi əvəzi olmayan Rəşid (əvvəlcə biz onu bəzən Robert kimi çağırırdıq), Azərbaycanda qabiliyyəti, biliyi və mədəniyyəti ilə ad-san qazanmışdır. O, mütəxəsis və təşkilatçı kimi respublikada rəğbət sahibi idi.

Hidayətin kitabında Məhərrəm Bayramov barədə də xoşagələn yazı verilib. İrəvan elində onun Zəngibasar bölgəsində adlı-sanlı nəsillərindən biri kimi tanınır. Onu da bildirim ki, Məhərrəm Bayramov Ermənistanda raykomun I katibi respublika qəzetinin redaktoru işləmişdi Azərbaycanda milli ruhlu vətənpərvər və siyasi xadim Şıxəli Qurbanovla dostluq edirdi. Onlar millət naminə əllərinə gələni birgə həll etməyə cəhd göstərir və çalışırdılar. Məhərrəm Bayramovun böyük qardaşı Tahir Bayramov Zəngibasar rayonunda rəhbər vəzifədə işləyirdi. Onu 50-ci illərdə partiya məktəbinə oxumağa göndərmişdilər. Həmən vaxtlarda atam İrəvanda iki illik partiya məktəbində oxuyurdu. Tahir əmi ilə məktəbin yataqxanasında 2 yerlik otaqda qalırdılar. Tale elə gətirdi ki, mən də İrəvan şəhərindəki azərbaycanlı orta məktəbində oxumalı oldum və üçümüz- Tahir əmi, atam və mən bir otaqda qalası olduq. Atam kitabxanada vaxtını çox keçirdiyindən Tahir əmi öz övladı kimi mənə diqqət və qayğı göstərirdi. Onların yataqxanadakı söhbətlərini eşitdikcə, gənc olsam da, millətsevərlik, vətənə, el-obaya bağlılıq söhbətləri bu günə kimi yadımdan çıxmayıb. Elə ona görə də Tahir əminin yeganə oğlu Feliksə daim mənim doğmalıq münasibətim olub və bir-birimizi heç vaxt diqqətdən kənarda qoymamışıq. Atamla birgə İsrafil Mməmmədov da bir yataqxanada qalırdı. O vaxtlar o, xarici görünüşünə, intellektual səviyyəsinə və mədəni davranışına görə cox fərqlənirdi. Atamı özünə böyük qardaş kimi bilirdi. İsrafil Məmmədov sonralar uzun müddətə Ermənistan maarif nazirinin müavini oldu, Azərbaycanlı məktəblilərinin işini yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmədi. Onun hərtərəfli sıxışdırsalar da imkanlarından ağılla və bacarıqla istifadə edirdi.
Kitabda hörmətlə adı çəkilən Əli Məmmədov Hidayət Orucovun dayısıdır və İrəvanın elinin hər bir guşəsində onun adı həvəslə, mehribanıq hissi və doğm şəxsiyyətlər sırasında səslənib. Atam məni ildə bir neçə dəfə onun evinə pay aparmağa göndərirdi. Onun mənzili İrəvan şəhərinin ən görkəmli, ən yaxşı binasında yerləşsə də, şəraiti fəhlə mənzilindən fərqlənmirdi, sadə həyat tərzini xoşlayan idi. Ailəmizdə atam tərəfindən belə bir qanun qoyulmuşdu: Vedi rayonunun Şirazlı kəndində yaşayarkən, həyətimizdə tez yetişən nübar sayılan meyvə-tərəvəz çıxan kimi ”Əli əminin payı” nı birinci ayırardılar. Bir sözlə, evimizdə mətah sayılan nə olsa idi, Əli əminin payını ayırardılar və tez İrəvana çatdırardılar. Belə ki, İrəvanla Şirazlının məsafəsi 30-35 km idi.

Hidayətin kitabında Əli əminin oğlu Mürvət barədə də çox ədalətli və obyektiv fikirlər yazılıb. Mürvəti ilk dəfə tanıyarkən hiss etmişəm ki, həyata baxışda Əli əmi ilə Mürvət arasında fərq çoxdur. Mürvətin həyata optimist baxışları vardı. Tale elə gətirdi ki, Mürvət evlənərkən Əli əmi ilə atam qərarlaşdılar ki, onun toyunda mən ”bəyin sağdışı” olum. Məni çağırıb bu tapşırığı verəndə ” bəyin sağdışı” nın hansı işləri yerinə yetirəcəyi barədə mənə təlimat verilməsini xahiş elədim və lazımi dərs keçirildi. Toy o dövr üçün çox dəbdəbəli və şən keçdi. Ona görə ki, Ermənistan parlamenti spikerinin yeganə ”ZİM” markalı avtomobilində bəy ilə gəlinin qonşu rayondan İrəvana gətirilməsinə icazə verilmişdi. Öz dövrünə dəbdəbəli və qiymətli sayılan yeddi nəfərlik bu maşında bəylə gəlin və mən əyləşmişdim. Bir məqam bu toydan heç vaxt yadımdan cıxmayacaq. Mürvət bu toyda özünü bəy kimi yox, xan-padşah kimi aparırdı. Bu onun xasiyyətinə uyğun olan məqam idi. Bir məsələni də yadıma saldım ki, biz Şirazlı kəndində yaşayanda yay aylarında Kolanı kəndinə gedərək Əyricə yaylağında ən səfalı, buz kimi bulağın yanında dəyə qurub 2-3 ay qalırdıq. Yeri gəlmişkən Əyricə, Kolanlı dərəsi, ”Vedibasarın cənnətidir” desək yanılmarıq. Rəsmi, qeyri-rəsmi səyahət çərçivəsində dünyanın bir çox ölkələrindəki ən səfalı yerlərində olmuşam. Lakin Kolanlı dərəsindəki qədər təbiiliyə, təravətə və gözəlliyə heç bir yerdə rast gəlməmişəm. Həmin dövrdə az müddətdə Mürvət o rayonda zootexnik vəzifəsində işləyirdi. Arandan yaylağa Mürvətlə tez-tez bərabər gedirdik. Mən lampa, neft, lampa şüşəsi və kitab (Viktor Hüqonun “Səfillər”, Tolstoyun “Hərb və sülh”, Nizaminin “İsgəndərnamə” kitabını) yır-yığış edəndə, Mürvət yaxşı çaxırlar, konyaklar götürürdü. Hətta butulkaların sayı məlum olmayan miqdarda içki tədarük edirdi. Əyricədə mən kitabları oxuyanadək o, ata minib çaxır və konyakları ayrı-ayrı bulaqlarda torpağa basdırıb gələrdi. Deyərdi ki, pendir, çörək, ət, yağ götürək, gedək başqa-başqa bulaq başında çörək yeyək. Atlara minib yollanardıq o dediyi hansısa bir bulağın başına. Süfrəni açıb çörək yeməyə başlarkən deyərdi ki, göydən mənə - bu bulağa göndərilən içki var. Onu axtarıb, tapıb, gətirim, yemək-içməyimizi davam etdirək. Bu hami üçün möcüzəli bir an kimi görünərdi. O hər gün məni və digər özü lazım bildiyi adamları digər bulaq başına aparır və bulaq başlarında yerə quylanmış içkilərini çıxarardı. Əyricə yaylağından Göycə gölünə qədər olan məsafə yaxın idi. Dostlarını təəcübləndirmək üçün bəzən bulaq başında onlara ” Göycə” tərəfindən buğlama qonaqlığıda verərdi. Əli əmi bütün bunları bilirdi və bunun qarşısını almaq iqtidarına malik deyildi... Mürvətdən qeyri-standart, hamı üçün xoş olan işlərindən kitab yazmaq olar. Allah ona rəhmət eləsin.

Uzun müddət keçəndən sonra eşitdim ki, Mürvət Azərbaycana köçüb və Xaçmaz rayonundakı sovxozların birinin rəhbəridir. Azərbaycanda da onunla maraqlanarkən mənə dedilər ki, o nəinki xasiyyətini dəyişməyib, hətta olan xüsusiyyətlerini də təkmilləşdirib. Bir gün otağımda idim (Qax rayonunda I katib işləyirdim). Köməkçi məruzə elədi ki, Mürvət adlı Bakıdan gələn qonaq sizinlə görüşmək istəyir. Onun adını eşidən kimi otağımdan çıxıb onu özüm qarşıladım və çox sevindim, həmdə ona görəki o, təsərrufatçı rəhbər işçi kimi, idarəetməni ela bilən, kənd təsərrufatı mütəxəssisi kimi əvəzsiz bir şəxs idi. Onun gəlişindən istifadə edərək dostluğumuzu bir anlığa kənara qoyaraq aqrar sahənin bəzi işçilərini yanıma çağırıb onunla görüş təşkil elədim o, bir müddət Amasiya rayonunda da işləmişdi və aqrar üzrə təcrübəsinin mübadiləsinə münbiz şərait yaratdım. Ən maraqlısı odurki, Mürvət əli qabar, alnı tərli və zəhməti sevən insanlarla işləyə bilməklə bərabər onların hər birinin dərdinə-qayğısına şərik çıxa bilirdi. Hansı rayonda, hansı respublikada işləməyindən asılı olmayaraq kəndlilər onu çox sevirdilər. O, tələbəliyindəki işçilərə acıqlansa və onları ”acılasa” da ondan incimirdilər.

Hidayət yaxından tanıdığım Yunus Rzayev haqqında da xatirə yazıb. O, atamın yetişdirdiyi kadr olub. Atam Basarkeçər rayonunda rəhbər olarkən, onu öz yanına təlimatçı kimi işə götürüb və inkişafı üçün əlindən gələni edib. Onu da eşitmişəm ki, atamın əmisi Qəhrəman ilə Yunis Rzayevin atası ayrı-ayrı kəndlərdə yaşasalar da, dostluq ediblər. Onu da bilirəm ki, Yunis həm İrəvan elində, həm də Azərbaycanda məhşurlaşanda və tanınanda atam onunla öyünər və sevinc hissi keçirərdi. Yunus Rzayevin tənəzzül dövrü də olub, bu zaman tez-tez bizə Şirazlıya gələrdi və atamla fikir mübadiləsi aparardılar. O, Bakıda olarkən də atamla vaxtaşırı telefon əlaqəsi saxlayıb məsləhətləşirdilər. O, Vəzirov respublikaya Moskva tərəfindən rəhbər vəzifəyə təyin olunana qədər Mərkəzi Komitədə sektor müdiri vəzifəsində işləyirdi. Vəzirov yeni işə başlayan günlərin birində onu Vəzirov işlədiyi otağın qəbul təşkil olunan hissəsində gecə növbətçisi təyin etmişdilər (o vaxtlar işçiləri növbə əsasında gecələr I katibin qəbul otağına növbətçi qoyurdular). Vəzirov işdən cıxıb evinə gedərkən iş otağının qapısını açıq qoyub gedibmiş. Rəşid gecə saat 3-ə qədər gözləyər ki Vəzirv gəlib qapını kilidləyəcək. Lakin Vəzirov iş yerinə qayıtmır. Rəşid düşünür ki, əgər o, iş otağında stolüstü lampanı yanılı qoymuş olsa yanğın təhlükəsi yarana bilər. Odurki, iş otağına daxil olub stolüstü lampanı söndürmək istərkən gözü bir siyahıya sataşır. Görür ki onun birinci səhifəsində əlifba sırasına uyğun olaraq onun da soyadı, adı, atasının adı və iş yeri ilə bərabər doğulduğu məkan da yazılıb. Rəşid də maraq o həddə çatırki çoxsəhifəlik siyahıda yazılanların hamısını oxuyaraq yaddaşında həkk etdirə bilir. 1988-ci ilin may ayının axırları idi və bizi Bakıya iclasa dəvət eləmişdirlər. İclas yekunlaşan kimi o, mənə yaxınlaşıb, görüşmək istədiyini bildirdi, olanları mənə danışdı və mənim suallarıma da cavabını verdi. Hər ikimizə bəlli olduki, siyahı əvvəlcədən çox diqqətlə tərtib olunub. Oradakı nomenklaturada olan İrəvan və Naxçıvan mənşəyli işçilərdir və Vəzirov onları işdən azad etmək üçün ona verilmişdir. Həmən siyahıda mən də olduğumdan Rəşidi bu çox narahat eləmişdi. Həm də ona görə ki valideyinlərimizdə bir-birilərinə hörmət bəsləyən idilər və biz də daim xoş munasibətdə idik. Rəşiddəki təəssubkeşlik, ədalətsizliyə qarşı dözümsüzlük və təbiətən sakitdə olsa qəflətən sözünü demək bacarığı mənə məlum idi. Odur ki, xeyli fikir mübadiləsi aparandan sonra belə qərara gəldik ki, bu hər ikimizin arasında sirr kimi qalmalıdır. Çünki həmin siyahı Vəzirov növbətçisinin doğulduğu yerdən xəbərsiz imiş. Müəyyən vaxtdan sonra siyahıdakılar, mən və Rəşid işdən azad edildik (növbədə kimi işdən çıxarmaq olurdusa zəng edib Rəşiddən soruşurdum). Vəzirov işə başlayandan 6 ay sonra məni Mərkəzi Komitəyə çağırıb dedilərki, ərizə yazki, sən Ali Sovetin deputatlığından imtina edirsən (bildirdilər ki 7 nəfər Dilrübə Camalova, Adil Məmmədov, Hadı Rəcəbov və digərləri də belə ərizə yazıblar, deputatlıq mandatlarını geri veriblər). Mən Rəşidlə əlaqə yaradıb təkrar öyrənə bildim ki, deputatların siyahısını (o vaxt parlamentdə 350 deputat var idi) o, görməyib. Rəşid istiqanlı, mədəni və bir neçə dil bilirdi. İrəvan şəhərində doğulan və atamla birgə işləyən (atam 12il I katib, 8il RİK sədri, Ermənistan Ali Sovetin deputatı-vitse spikeri və Ermənistan KPMK-nın üzvü olub). Musa Vəlibəyovu da tanıyıram rus dilini mükəmməl bilirdi, maliyyə sahəsinin bilicisi idi, 1948-ci ildə deportasiya edildi, 1968-ci ildə Bərdə rayonunda dünyasını dəyişdi. Rza Vəlibəyovda İrəvan elinin sevilən şəxsiyyətlərindən biri olub. Bir faktı qeyd etməklə onun böyüklüyünü sübut etmək kifayət edər. 1925-1927-ci illərdə Bala Əfəndiyev və Rza Vəlibəyovun təşəbbüsü ilə İrəvan azərbaycanlıları üçün pedaqoji texnikum açılır, yüzlərlə müəllim yetişdirilir və qısa zamanda savadsızlığa son qoyulur.

Hidayətin kitabında yer almış Tapdıq Əmiraslanov barədə fikirlərini də oxudum və onun haqqında bəzi bilgilərimi demək istəyirəm. Tapdıq Əmiraslanovu ona görə yaxşı tanıyıram ki, onun vəzifə pillələrinə qalxmasında atamın əməyi az olmayıb. Əmiraslanovun Basarkeçər rayonunda rəhbər işə gəlməsində atam bacardığını eləyib, həm də ona görə ki, o, öz savadı və bacarığına görə layiqli olmuşdu. Atam onu Basakeçər rayonunda vəzifə verməmişdən əvvəl İkinci Dünya müharibəsi illərində Qarabağlar rayonunun rəhbəri olarkən tanımışdır. Beləki 1943-1944-cü illərdə Göyçənin tanınmış şəxsiyyətlərindən biri olan Aydın Məmmədov atamla onu tanış edib. Əvvəla Aydın əmi barədə bildiyim və atamla onu arasında eşitdiyim söhbətlərdən bəzi məqamları qeyd etməyi vacib sayıram. Aydın əminin gənclik illəri sovetlərin kolxoz quruluşunun yaranması vaxtlarına təsadüf edir və həmin dövrün öz qanunları və tələbləri hökm sürürmüş. Keçən əsrin kasıblıq illərində, yazın son aylarında, Göyçə mahalında güclü qar düşür və çovğun bir neçə gün dəvam edir. Basarkeçər rayonunda olan kolxozlara məxsus mal-qoyunun xeyli hissəsi məhv olur. Lakin Yuxarı Qaraqoyunlu kəndindəki heyvannatda ölüm olmur. Təbii fəlakətin nəticələrini Moskvadan gəlib, təhlil edən dövlət komissiyası belə bir nəticəyə gəlir ki, başqa çobanlar çətin məqamda sürünü tərk etsələrdə, Aydın Məmmədov kolxozçulara məxsus heyvanatı təkbaşına bir neçə gün dağlarda qoruyub, saxlaya bilib və bir baş xırdabuynuzlu heyvan belə məhv olmayıb. Aydın Məmmədov kimi igid, dəyanətli və vətənpərvər gənc barəsində SSRİ-tşt kgrigkş Stalinə də məlumat çatır. Stalin Aydın əmiyə o zamanın qanunlarına uyğun olaraq təşəkkür məktubu göndərir. Onu yüksək mükafata təqdim etməklə bərabər, SSRİ Ali Sovetinə deputat seçilməsini vacib bilir. Bundan sonra Aydın Məmmədovun qəhrəmanlığına əfsanəvi faktlar söyləməklə şan-şöhrəti barədə ölkənin bütün müttəfiq respublikalarında təntənəli iclaslar keçirilir. SSRİ mətbuatı və əsasən də, “Pravda” və “İzvestiya” qəzetləri onun haqqında təriflərlə zəngin məqalələr dərc edir, fotoşəkillərini qəzetlərin birinci səhifələrində nümayiş etdirirlər. SSRİ-nin deputatı olmuş Aydın Məmmədov bir dəfə Moskvada, Ali Sovetin sessiyalarına gələrkən Stalin onu çağırıb, ikilikdə onunla şəkil çəkdirir. Ona görə ki, xarici görünüşlərinə görə Stalinlə Aydın əmidə xeyli oxşsarlıqlar olub (eyni boyda, eyni bığa, eyni telə, eyni təbəssümə, enyi göz quruluşuna görə). Həm də Stalin şəkil çəkdirə-çəkdirə Aydın əmiyə deyirmiş ki, sənin kimi qoçaqlar ölkəmizdə çox olmalıdır, belə nümunəvi ənənəni unutma. Həqiqıtən də, Aydın əmi hamı üçün nümunə idi, hamının ona hörməti vardı, hamıya da kömək əlini əsirgəmirdi.

Aydın əmi Qarabağlar rayonunun mərkəzi sayılan Çimənkəndə (İrəvansan 70 km uzaqda idi). Tapdıqla birgə gəlmişdir. Ermənilərin onu şərləyərək dolaşdırmağı barədə atama deyib və ona qarşı olan ədalətsizlikləri bildirib. Aydın əmi xahiş edib ki, atam vəzifə səlahiyyətlərindən istifadə edərək Tapdıq Əmiraslanova kömək əlini uzatsın. Atam Aydın əminin xahişinə əməl edir. Atam 1945-ci ildə Qarabağlar rayonundan dəyişdirilərək Basarkeçərə birinci katib gələrkən, ona ehtimad göstərir və onun ikinci katib vəzifəsinə qalxmasında əl tutur. O, ikinci katib olarkən bizim ailələr bir müddət xoş mühasibətdə idilər, onun həyat yoldaşı ilə səmimi söhbətlər edirdilər. Onu da xatırlayıram ki, atamı 1948-cı ildə Moskvaya Ali Partiya məkbəbinə göndərəndə, öz yerinə Tapdıq Əmiraslanovu məsləhət bilmişdi və bir müddət o, atamın vəzifəsini əvəz etdi. Onuda xatırladim ki, Moskvada atam Əziz Əliyevlə tanış olub, bir yerdə oxumuşdu (o dövrdə Ali Partiya Məktəbi adlanırdı). Əziz Əliyevi də Dağıstan Vilayət rəhbərliyindən Akademiyaya oxumağa Moskvaya göndərmişdilər, SSRİ paytaxtında onların xeyli görüşləri olmuşdu. Atam Moskvadan tətilə - Basarkeçərə gələndə, Tapdıq Əmiraslanova və onunla birgə evimizə gələn vəzifəli şəxslərə Əziz Əliyev haqqında xeyli maraqlı söhbətlər edərdi. Yaxşı bilirəm ki, Hidayət Orucov Əziz Əliyevin tərcümeyi-halı və iş fəaliyyəti barədə geniş məlumata malikdir və xeyli kitabların müəllifidir. Buna görə tarixçi, publisist, təbliğatçı və el-obasının şəxsiyyətlərini unutmayan bir insan kimi Hidayətə təşəkkürümü bildirirəm.

Qəşəm Aslanov barədə Hidayətin yazdıqlarına bəzi əlavələrimi də yaddaşımı bərpa edərək yazmaq istəyirəm. Onun haqqında atamın “Ermənilər və faciələrimiz” kitabında daha geniş yazılıb. Qəşəm dayım Azadla Xanlar rayonunda pedaqoji texnikumda bir yerdə oxuyublar (həmən məktəb İrəvanın azərbaycanlı texnikumu idi, 1948-ci ildə deportasiya zamanı İrəvandan Xanlara köçürülmüşdü) və hər ikisi ölənə kimi səmimi dost olublar. Atam Basarkecər rayonunda 1 katib işləyərkən Kəsəmən kəndində kolxoz sədri işləyən Məhəmmədhəsənin məsləhəti və atası Novruz kişinin yaxşı adam olduğuna görə Xanlar pedaqoji texnikumuna göndərişlə yola salıb. Bir neçə dəfə dayıma və Qəşəmə himayədarlıq məqsədi ilə Xanlara texnikumun direktoru Mirzə müəllimin yanına gedib (Mirzə müəllim vaxtı ilə Atama da dərs deyib). Qəşəm texnikumu bitirib Basarkecərə gələndə Atam onu “Stalin yolu” qəzetinə işə götürmək üçün tapşırıq verib. Sonralar o “Sovet” “Azərbaycan gecələri” qəzetinin redaktoru işləyib. 1962-ci ildə redaktor müavini Azərbaycanda Şuşa, İsmayıllı və Abşeron rayonlarının rəhbəri işləyərkən onunla tez-tez görüşürdük və iqtisadiyyat-abadlıq mədəniyyət sahəsində gördüyü işlər respublikada tərifə layiq idi. O, Moskva Ali Partiya Məktəbində oxuyanda məndə Lelinqrad şəhərində ali məktəbdə təhsil alırdım və ildə bir neçə dəfə onunla Moskvada görüşürdük. Qəşəm hansı rayonda işləyibsə böyük hörmət qazanıb, zəhmət adamlarına müəllimlərə, tibb işçilərinə, mədəniyyət sahəsində xidmət göstərənlərə xüsusi diqqət yetirib. O, çox vətənpərvər millətsevər, azərbaycanşunas və mədəni şəxs idi. Abşeron rayonunda avtomobil qəzasında həlak olan günü axşam N.Mustafayev (Azərbaycan KP MK bürosunun üzvülüyünə namizəd idi). Kamran Bağırovun tapşırığı ilə mənə Abşeronda onun yerində işləmək təklifini çatdırdı. İmtina elədim ona görə ki, onun iş otağında dəfələrlə olub, fikir mübadiləsi aparmışıq. N.Mustafayevə xaiş elədim ki, K.Bağırova çatdırsın: ”... Qəşəmin iş otağında işləyə, onun əyləşdiyi kresloya əyləşə bilmərəm... təklif və etibar etdiyiniz üçün razılıq edirəm ...”. Qəşəmin bir sözü yadımdan hec vaxt çıxmayacaqd: “”... Bizdə elə məmurlar vardırki, millət-xalq deyəndə o, öz qohum-əqrəbəsini, ölkə-vətən deyəndə öz həyət-bağını düşünür... ””. İndidə belələri vardır. Allah Qəşəm Aslanova rəhmət eləsin.

İrəvan elinin ən tanınmış, vətənpərvər, millətə vurğun, hamı üçün əziz, sevilən və istəkli şəxsiyyətlərindən olan Həbib Həsənov və Əli Ələsgər oğlu Həsənov barədə kitabda geniş yer verilməsini yüksək qiymətləndirirəm. Hər ikisini çox yaxından tanıdığım üçün hər biri barədə çox səhifəli kitablar da yazmaq olar. Onların xatırlanması və mənim tanımadığım adamlar haqqında fikir söyləməsi Hidayətin el-oba adamlarına hörmətinin-diqqətinin əlamətidir. Əgər Hidayətin bu kitabı müzakirələrə səbəb olub, ona qiymət veriləsi olarsa, Hidayətin əməyinə mən ən yüksək qiymət verilməsinin tərəfdarı olaram. İstərdim ki, onun qələmi daha iti və yaddaşı möhkəm olsun, gələcək nəsil üçün bu kiçik ensiklopedik material öz yerini tutsun. İrəvan eli, onun oğulları barədə yazanlara mükafat təsis olunarsa, bu kitabın müəllifinə də yüksək mükafat verilə bilər.

Maksim Musayev
Azərbaycan Parlamentinə 3 dəfə üzv seçilmiş,
Azərbaycanın Müstəqillik Aktına səs verən deputat
/bizimyol.info/
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT