Goranboyun Xan Qərvənd kənd sakini həqiqəti ortaya qoydu

  • 27-02-2017, 13:58
  • olke
  • Baxılıb298
Goranboyun Xan Qərvənd kənd sakini həqiqəti ortaya qoydu
Müzəffər Abbasov: “Əli Təhməzovun ata nənəsi erməni olduğundan, məhz onun erməni əslli Mamed adlı şəxslə qan qohumluğu da var”


Bu da bir həqiqətdir ki, zaman-zaman ictimai həyatımızda mətbuatın rolu və əhəmiyyəti olduqca böyük olub. Buna səbəb olan bir çox amillər olub ki, həmin amillər içərisində KİV nümayəndələrinin cəmiyyət həyatında baş verən sosial-iqtisadi, siyasi əhəmiyyət kəsb edən hadisə və prosesləri işıqlandırmaları, yaşanan olaylarla bağlı ictimai fikrin formalaşmasına təsir də göstərmələridir. Amma son illər media aləmində baş verən bir çox proseslər, üstünlüyü çap mediasına deyil, məhz elektron mediaya verməkdədir. Belə bir səbəb üzündəndir ki, bu gün hər kəs hər sahədə baş verən, yaxud da verə biləcək hadisə və proseslər haqda lazımi məlumatları qısa zaman kəsiyində əldə bilir. Bu gün elektron media durmadan inkişaf edir və əldə olunan son nailiyyətlər bu sahəyə tətbiq olunduqca, hər kəsin informasiya təminatı da getdikcə yaxşılaşır. Belə bir halın varlığıdır ki, yerlərdən redaksiyamıza silsilə oxucu məktubları ünvanlanır və onları ictimailəşdirilməsi də xahiş olunur. Məsələn, bir neçə gün bundan əvvəl Goranboy rayonunun Xan Qərvənd kənd sakini Abbasov Müzəffər Camal oğlu redaksiyamıza ünvanladığı açıqlamasında qeyd edir ki, “mən adı çəkilən rayonun Yeniyol kənd sakini Təhməzov Əli Ələsgər oğlunun bəzi xəbər portallarında dərc etdirdiyi açıqlamaları oxuduqca, sanki dəhşətə gəldim. Çünki, həmin açıqlamalar şər və böhtandan başqa bir şey deyil. Məhz, bunu ona görə belə bir tərzdə ifadə edirəm ki, bizim kənd Yeniyol kəndinə bitişik olduğundan, mən adı çəkilən kənd sakinlərinin tam əksəriyyətini yaxından tanıyıram. Əli Təhməzov Yeniyol kənd sakini olsa da, o, bir neçə il bundan əvvəl Xan Qərvənd kəndinə müvəqqəti icra nümayəndəsi təyin olunmuşdu. Bir dəfə mən ona evimin təqribən beş metrliyində olan artezian quyusunu işlətmək üçün, lazımi müqavilə sənədini təsdiq etdirmək məqsədilə xahiş etdim. O, ilk öncə sənədi təsdiq edəcəyinə vəd versə də, son anda məni aldatdı və damarlarından erməni qanı axan, erməni əslli Mamed adlı şəxslə müqavilə bağlayaraq, evimə yaxın ərazidə yerləşən artezianı ona verdi. Onun belə bir addım atmasının müəyyən səbəbləri oldu. Çünki, Əli Təhməzovun ata nənəsi erməni olduğundan, məhz onun erməni əslli Mamed adlı şəxslə qan qohumluğu da var.

Hələ, bu azmış kimi onlar artezian quyusunu işə salmaq adı ilə bir neçə dəfə bizim həyətə girdilər və müəyyən yollarla iribuynuzlu heyvanlarımızı da oğurladılar. Onun atası Ələsgər kişi vaxtilə adı çəkilən kənddə yaşasa da, o, heç bir nüfuzu olmayan, kəndin xeyr-şər işlərində iştirak etməyən, içki düşkünü olan bir şəxs olub və hər kəs də onu “alkaş” kimi tanıyırdı. Ələsgər kişi hər gün sərxoş olduğundan nalayiq hərəkətlər edər və ailəsində söz-söhbətlər də yaradardı. Hətta onun həyat yoldaşı belə bir hərəkətlərə dözə bilmədi və son anda ağır xəstəliyə düçar olduğundan vəfat etdi. Onun nəvəsi, yəni Əli Təhməzovun oğlu da ağır xəstədir. Uzun illərdir ki, bu insan həm xəstə arvadını, həm də xəstə nəvəsini ataraq gününü Gəncədə əyyaşlıqla keçirir və heç vaxt onlarla da maraqlanmır. Ələsgər Təhməzovun özü neçə illərdir ki, ailəsindən uzaqlaşıb və Gəncədə məişət pozğunu olan bir qadının evinə girərək onunla yaşayır. Hətta bir dəfə eşitmişdim ki, Ələsgər kişi rayonun Mədəniyyət Evində keçirilən tədbir zamanı səhnəyə sərxoş halda çıxmış və müvazinətini saxlaya bilmədiyindən, özünü gülünc vəziyyətə də salmışdır. Onun belə bir biabırçılığı bu gün də danışılır. Baxın, Əli Təhməzov bu cür xarakterə malik insanın oğlu olduğundan, o da atasının atdığı addımları atmaqdadır. O, xəstə uşağına baxmaq əvəzinə, hal-hazırda məişət pozğunluğu ilə məşğul olur və hər kəs Əlini atasının davamçısı kimi də tanıyır.

Əlavə olaraq onu da qeyd edim ki, mən Əli Təhməzovun nənəsinin erməni olması və ermənilərə bu və ya digər yollarla bağlı olması haqda, hətta ölkə rəhbəri cənab İlham Əliyevə bir neçə dəfə şikayət ərizələri yazmışdım və onun daşıdığı vəzifəsindən azad olunmasını da xahiş etmişdim. Yazıb bildirmişdim ki, damarlarından erməni qanı axan bir kimsənin nəinki rayon icra hakimiyyətində, hətta kənd icra nümayəndəsi vəzifəsini daşıması heç cür yolverilməzdir. Mən ölkə rəhbərimizə minnətdaram ki, gec də olsa haqq öz yerini tapdı. Bəli, bu gün Xan Qərvənd kənd sakinlərinin ümumi qənaəti belədir ki, damarlarından erməni qanı axan bir kimsəyə aramızda yer verə bilmərik, çünki onlardan hər şeyi gözləmək olar”.

Bəli, bu Xan Qərvənd kənd sakini Müzəffər Abbasovun açıqlamasıdır. Bu cür açıqlamaları oxuduqca hər kəs baş verənlərdən ətraflı xəbərdar olur. Hətta, bilib onu da dərk edir ki, bir kimsənin mənfur qonşumuzla bağlılığı varsa və o, Azərbaycanda yaşayırsa, deməli həmin şəxsdən hansısa addımların atılmasını gözləmək olar.

Mövzu diqqətimizdədir.
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT