Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb

  • 26-08-2017, 20:18
  • olke
  • Baxılıb23
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyədən Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşı Səfərəli Həcər Sabir qızına məxsus, içərisində havalandırma aparatı olan iki ədəd karton qutuya “Smitsh HS 100100 T-is” markalı rentgen qurğusuyla baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı monitorda havalandırma aparatlarının içərisində naməlum predmetlərin təsviri görünüb.

Bu səbəbdən havalandırma aparatlarının arxa hissəsindəki vintlər açılaraq təkrar baxış keçirilib.

Təkrar baxış nəticəsində havalandırma aparatlarının içərisində 9800 kapsul “Lyrica (preqabalin) 150 mq” və 10542 kapsul “Lyrica (preqabalin) 300 mq” adlı dərman preparatları, bir ədəd sellofan torbada isə ümumi xalis çəkisi 194,475 qram psoxotrop maddə metamfetamin aşkar edilib.

Məlumatda bildirilir ki, “Lyrica (preqabalin)” adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Aşkar edilən həmin dərman preparatlarının təsiredici maddəsinin ümumi miqdarı 4 kq 632,6 qramdır.

Aşkar edilən psixotrop maddə metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT