Palata sədri: Maliyyə xidmətləri hələ də əhali üçün bahadır

  • 19-09-2016, 19:43
  • olke
  • Baxılıb161
Palata sədri: Maliyyə xidmətləri hələ də əhali üçün bahadır


“Maliyyə xidmətləri hələ də əhali üçün bahadır”


Bakunews.tv Report-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kredit Büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“İnsanların ən çox istifadə etdikləri maliyyə xidməti bank kreditləridir. Amma kreditlərin aybaay azalmasını müşahidə edirik. Burada digər amillərlə yanaşı, kreditlərin maya dəyərinin artması da rol oynayır.

Kredit bürosunun yaradılması bankların kredit tarixçəsini müəyyənləşdirməklə bağlı xərclərini, məsrəflərini azaldacaq ki, bu da son nəticədə bank kreditlərinin ucuzlaşmasına aparacaq”, - deyə o qeyd edib.

Palata rəhbəri qeyd edib ki, hazırda bank aktivlərində əsas yeri kreditlər tutur: “Cəmi bank aktivləri 29 milyard manatdırsa, bunun 15 milyard manatı kredit, 6 milyard manatı nağd vəsait, 2-3 milyard manatı isə digər vəsaitlərdir”.

“Palatanın gördüyü son tədbirlər nəticəsində artıq əhalinin əmanətləri artmağa başlayıb ki, bu da əhalinin banklara inamının bərpasını göstərir. Lakin kreditlərdə hələlik azalma davam edir”, - deyə R.Aslanlı bildirib.

Qeyd edək ki, “Kredit büroları haqqında” qanun layihəsi müzakirədən sonra plenar iclasa tövsiyə olunub.
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT