Vidadi Zeynalovun meriyadakı adamı dindiriləcək

  • 30-09-2016, 22:04
  • olke
  • Baxılıb254
Vidadi Zeynalovun meriyadakı adamı dindiriləcək


Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri Rəfael Mehrəliyev məhkəmədə dindirilə bilər

Məlumata görə, onun MTN işi ilə əlaqədar tutulan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsində ifadəsi alınacağı gözlənilir.

Aparat rəhbərinin həbsindən dərhal sonra mətbuat səhifələrində bu şəxsin bacısı oğlu Rəfael Mehrəliyevin də bilavasitə iştirak etdiyi bir çox iri miqyaslı maxinasiyalar barədə açıqlamalar yer almağa başladı.

Vidadi Zeynalovun vəzifədə olduğu vaxtlarda da dayı-bacıoğlu haqda mətbuatda geniş məlumtlar dərc olunurdu. Dayı-bacıoğlu "rüşvət donoru" adlandırılan bu şəxslərdən birinin Hacıbala Abutalıbova, digərinin isə Əli Abbasova rüşvət daşıdığı deyilirdi.

Həmin dövrdə Mehrəliyev bir sıra mətbuat orqanlarından barəsindəki yazıları ört-basdır etməyə çalışıb. Amma ittihamlar səngiməyib və Abutalıbovun kadrı inkarolunmaz faktlar qarşısında aciz qalıb.

V.Zeynalovun BŞİH-ə yerləşdirdiyi qohumu illərlə ona xidmət göstərib və lazımi təlimatları icra edib. Nəticədə MTN çetesinin tələsinə düşən dayı-bacıoğlu tandemi məsuliyyətdən yayına bilməyib.

Nazirliyin sabiq aparat rəhbəri istintaqda ifadəsində və yeni başlayan məhkəməsində qohumu əleyhinə danışmayıb. Onu qorumağa çalışan Zeynalov həbsdən xilas edib. Ancaq məhkəmədə ifadə verəcəyi deyilir.

Mətbuatda dərc olunan iddialara görə, Vidadi Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışdığı dövrdə Bakı şəhərinin mənzil kommunal təsərrüfat sisteminə də edib. Daha dəqiq desək bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti məhz o, həyata keçirib.

Elə həmin vaxt Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə öz qohumu Rəfail Mehralıyevi təyin etdirib.

Mətbuatda yazılanlara görə, 1999-cu ildə Vidadi Zeynalovun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbələrindən biri də, məhz elə paytaxtın mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verdiyi ciddi pozuntuları olub.

Amma dayısının işdən qovulması Rəfael Mehrəliyevin statusuna təsir göstərməyib. Sadəcə olaraq, onun tərəfindən bəzi əməliyyatlar müvəqqəti olaraq dondurulub.

Lakin bu hal da uzun davam etməyib. Belə ki, Vidadi Zeynalov Əli Abbasov tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni vəzifəyə gətiriləndən sonra o, Rəfael Mehrəliyevin də mövqelərini möhkəmlətməyə nail ola bilib.

Qarşı tərəfi dinləməyə hazırıq.

(politika.az)
Oxşar xəbərlər
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
BDYPİ:Bakı-Quba avtomobil yolu bağlandı
Azərbaycanda silah-sursat anbarında partlayış
Silah anbarında partlayışla əlaqədar hadisə yerinə 10 təcili yardım briqadası göndərilib
Gömrükdə “Əbülfəz Məlikov imperiyası”
“Qanunların təbliğində bələdiyyə gənclərinin rolu” adlı layihəsinin 2-ci mərhələsi yekunlaşıb
Artıq məhsullar dronla ünvanlara çatdırılacaq
İki nəfər avtoqəzada yanaraq ölüb
Mark Uolberq bu il ən çox qazanan aktyor olub
Qazaxda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Marseldə bıçaqla silahlanmış kişi yoldan keçənlərə hücum edib
Prezident İlham Əliyev moldovalı həmkarına məktub göndərib
“Bu uğuru şişirtmək lazım deyil, biz, sadəcə, öz işimizi görürük” - Qurban Qurbanov
Bakıda polis əməliyyat keçirib - XƏTAİ
Qadağan olunmuş psixotrop maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Sarımsaq, ət, noxud mürəbbəsi – “Qəbələ Festivalı” FOTO
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edildi – FƏRMAN
Balakəndəki 12 yaşlı qız anasının sevgilisindən hamilədir
Bakcell abunəçiləri aldadır...
DSMF-də mənimsənilən milyonlar
531 milyon manat Nar tərəfindən kimlərə verilir? - Nar Şirkəti balansınızdakı pularınıza zəmanət verə bilmir…
Çovdarovun milyarder ortağı niyə həbs edilmir? - “Broker” Əbülfəzlə bağlı yeni məlumatlar
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Hərbi patrula hücum edilib, xəsarət alanlar var
Azərbaycan güləşçisi dünya çempionu oldu
İki nəfəri öldürən “Galendewagen”in qəza yerindən görüntüləri - VİDEO
Arzu Yanardağ sənətinin 21 illiyini susqunluğu nə ilə pozacaq? - FOTOLAR
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏDƏNİYYƏT