Azərbaycanlı milyonçudan xəbərdarlıq: “Soydaşlarımızı muxtariyyət üçün ayağa qaldıracam!”

  • 28-01-2019, 16:16
  • olke
  • Baxılıb63
Azərbaycanlı milyonçudan xəbərdarlıq: “Soydaşlarımızı muxtariyyət üçün ayağa qaldıracam!”
Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyoner Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoymasına sərt şəkildə etirazını bildirib.

Musavat.com-un məlumatına görə, Söyün Sadıqov deyib ki, bu hadisə Gürcüstanın dövlət və hökumət rəhbərlərinin Azərbaycana qarşı açıq xəyanətidir:

“Təsəvvür edin ki, Azərbaycan xalqı üçün xüsusi gün sayılan yanvarın 20-də Gürcüstanda erməni cəlladına abidə qoyulur və Gürcüstan dövləti buna açıq şəkildə icazə verir. Bunun bir adı var – Azərbaycana xəyanət! Bu hadisə Azərbaycan xalqına qarşı böyük hörmətsizlikdir, təhqirdir. Bu həm də gürcü xalqına qarşı edilən xəyanətdir. Bununla başda Gürcüstan prezidenti və baş naziri olmaqla, ölkənin dövlət və hökumət rəhbərliyi separatizmi dəstəklədiyini ortaya qoydu. Əgər Bidzina İvanişvilinin razılığı, Gürcüstan prezidentinin və Baş nazirinin icazəsi olmasaydı, bu abidə əsla qoyula bilməzdi. Mən buradan Gürcüstan xalqına çağırış edirəm ki, öz hökumət və dövlət başçılarını bu abidənin ləğv edilməsinə səsləsinlər. Əks halda Azərbaycan kimi müttəfiqlərini itirəcəklər. İndiyədək Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çoxdan erməni və gürcü separatçılarının qurbanına çevrilərdi. Gürcüstanı bir dövlət kimi ayaqda saxlayan Azərbaycan dövlətinin verdiyi dəstək və bu ölkədə yaşayan azərbaycanlılardır. İndi Gürcüstanın prezidenti və Baş naziri Azərbaycan dövlətinə və xalqına qarşı belə bir riyakar addım atır. Hesab edirəm ki, Gürcüstan xalqı buna imkan verməməlidir. Çünki Axalkalakidə erməni terrorçusuna abidənin qoyulması bir daha göstərdi ki, Gürcüstan prezidenti və baş naziri nəinki Azərbaycan dövlətinə hörmət etmir, heç öz xalqını belə saymır. İndiki Gürcüstan rəhbərliyi ölkələrində erməni separatizminin inkişafına təkan verirlər. Əgər belə davam etsə, yaxın gələcəkdə erməni separatçıları Gürcüstanda öz muxtariyyətini elan edəcək”.

Söyün Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verib:

“Mən Gürcüstan prezidentinə və baş nazirinə demək istəyirəm ki, sözügedən abidəni ləğv etsinlər. Əks halda bu onlar üçün baha başa gələcək. Onlar bu səhvlərini düzəltməsələr, o zaman mən məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam. Beləliklə də biz yəqin ki, Gürcüstanda öz muxtariyyətimizi qazanacağıq. Yəni, Abxaziya və Osetiya kimi biz də öz muxtariyyətimizi əldə edəcəyik”.

Xatırladaq ki, yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması Azərbaycanın sərt reaksiyasına səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıb
Füzulidə qatarla maşın toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO
Tereza Meyi devirməyə cəhd edirlər
Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur
Günəşin yanında görünən anomal hadisə alimləri qorxuya saldı - VİDEO
Bakıda metro istifadəçilərinə ŞAD XƏBƏR
Bakıda universitetdə bədbəxt hadisə
Müəllimədən qadınlara inanılmaz çağırış: Uşaq dünyaya gətirməyin!
Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır
“Elmlər Akademiyası” Stansiyasına Gələn Qatar Geri, “Nizami”Yə Qayıtdı – Metroda Nə Baş Verir? – AÇIQLAMA
Daxili İşlər Nazirliyi bu şəxslə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ - FOTO
“İşıq və qaz limiti ilə bağlı YENİ XƏBƏR
Meydan TV-nin rəhbəri Prezidentə təşəkkür etdi: “Çox istərdim ki, Azərbaycana qayıdım”
Bakıda avtobus qəzaya uğradı: Tıxac yarandı – Video
82 yaşlı zəngin iş adamı qətlə yetirilib, polis azərbaycanlı həyat yoldaşından şübhələnir - ŞOK TƏFƏRRÜAT
“Azyaşlı uşaqları cəlb etməklə narkotik vasitələrin daşınmasına cəhd edilir”
Prezidentdən növbəti MÜHÜM QƏRAR
Əfqanıstanda silsilə partlayışlar: 7 ölü, 3 yaralı
Bakıda itkin düşmüş qadın tapıldı - O Sabunçuda....
Bakıda güclü külək olacaq
Zülfüqar Mikayılov: “Əfv sərəncamının bayramqabağı verilməsi çox sevindiricidir”
Altıncı mərtəbədən yıxıldı, sağ qaldı
Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı
Belqradda gərgin anlar: prezidentin iqamətgahı mühasirəyə alındı
Məscidi gülləbaran edən manyak haqda inanılmaz faktlar – Foto, Video
Əfv sərəncamının icrası başa çatdı
Azərbaycanda polis rəisi türk müğənniyə 120 min dollar verdi – SÜNNƏT TOYU
Bakıda özünü 16-cı mərtəbədən atan 15 yaşlı qızın intihar görüntüləri - VİDEO (18+)
Şəhid ailəsinin üzvü Ramil Usubova müraciət etdi
Kədərli ailə dramı: Qızının yaşaması üçün öz canından keçdi – Foto
Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT