“Sovetski”də söküntünün ikinci dalğası: Kompensasiya bir qəpik də artmır – Foto

  • 11-02-2019, 11:17
  • olke
  • Baxılıb67
“Sovetski”də söküntünün ikinci dalğası: Kompensasiya bir qəpik də artmır – Foto
Yeni mərhələdə 1920 ev söküləcək, sakinlər devalvasiyadan sonra təzminatın məbləğinə yenidən baxılmasını istəyirlər

Bakının Bəşir Səfəroğlu küçəsi, 173 saylı orta məktəbin arxası çoxdan buldozerə verilib, şumlanıb, sakinlərə də dövlət tərəfindən kompensasiya ödənilib. Amma “Sovetski” adlanan bu ərazidə hələlik heç bir yenidənqurma işləri getmir.

Həmin massivdə olarkən təsvir etdiyimiz mənzərənin şahidi olduq. Sökülən evlərin yerində yeni binalar tikiləcəyi gözlənilir. Hələliksə diqqət Akademik Dram Teatrın arxasında gedən işlərə yönəlib.

Burada park salınır, yerüstü keçidlər tikilir, “Sovetski”nin görkəmi tamamilə dəyişir. Bu işlərin 2019-cu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

B.Səfəroğlu küçəsində sökülən mülklərin ərazisi isə tikinti şirkətləri tərəfindən alınaraq göydələnlər inşa olunmalıdır. Ümumiyyətlə, “Sovetski”də işlər mərhələli gedir.

Köçürülməsini gözləyən sakinlər isə deyirlər ki, hökumət bu məhəllələrin simasını tam dəyişdikdən sonra “Sovetski” adı ancaq tarixdə və adda qalacaq.

Nazirlər Kabineti tərəfindən ərazinin ikinci hissəsinin sökülməsi üçün qərar verilməlidir. Daha sonra ev və obyektlərin söküntü işləri ilə bağlı vəsait ayrılacaq.

Söhbətləşdiyimiz sakinlərdən öyrənirik ki, yeni mərhələdə “Sovetski” ərazisində 1920 ev söküləcək. III mərhələdə isə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlər aparılacaq.

Bu günə kimi 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. O ki qaldı sökülən mülklərə görə ödənən təzminatın məbləği dəyişməz olaraq qalır – kvadratmetrə 1500 manat. Sakinlərin sözlərinə görə, dövlət kompensasiyanın məbləğinə yenidən baxmalıdır.

İlk növbədə iki dəfə manatın devalvasiyası olub, əmlak bazarında qiymətlər çox dəyişib, o cümlədən şəhərin mərkəzi sayılan “Sovetski”də tikilən göydələnlərdə mənzillərin qiyməti artıb. Bu halda ödənilən kompensasiya bazar qiymətlərinə uyğun deyil.

Deputat Elmira Axundova da bu təkliflə çıxış eləmişdi: “Qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş ”Sovetski” ərazisində və ətrafda yerləşən binalarla bağlı manatın devalvasiyaya uğradığını nəzərə alaraq, gözləmək olardı ki, hökumət kompensasiyasını bir qədər artıracaq. Lakin hələ də əvvəlki illərdə hesablanan məbləğ təklif olunur – 1500 manat. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin”.

“Sovetski”də söküntünün ikinci dalğası: Kompensasiya bir qəpik də artmır – Foto

Deputatın sözlərinə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadrat metri təmirlə birlikdə 500 manata başa gəlir, yəni dövlət hər kvadrat metrdə 1000 manata qədər qənaət edə bilər: “Nəticədə ölkə büdcəsində xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı nisbətən böyük evlərin sahiblərinə, yəni evinin sahəsi 60-80 kvadrat metrdən yuxarı olanlara, onlara verilən kompensasiyanın həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa 2000 manata çatdırılmalıdır. Bu, sosial cəhətdən ədalətli olardı”.

“Sovetski”də söküntünün ikinci dalğası: Kompensasiya bir qəpik də artmır – Foto

Amma sakinlərə bir qəpik də artıq kompensasiya ödənilmir. Camaat bildirir ki, bütövlükdə “Sovetski”nin tamamilə köçürülməsi işləri 2020-ci ildən sonraya qədər çəkəcək. Bu müddətdə isə Azərbaycanda müxtəlif iqtisadi proseslər gedəcək, qiymətlər dəyişəcək. Sakinlər bizimlə söhbətində dedilər ki, gözləri prezidentə dikilib: “Dövlət başçısı son zamanlarda mühüm qərarlar verir, əhalinin xeyrinə sosial layihələr həyata keçirir, çox istərdik ki, ”Sovetski”də kompensasiyanın məbləğinə də yenidən baxılsın”. (musavat.com)
Oxşar xəbərlər
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıb
Füzulidə qatarla maşın toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO
Tereza Meyi devirməyə cəhd edirlər
Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur
Günəşin yanında görünən anomal hadisə alimləri qorxuya saldı - VİDEO
Bakıda metro istifadəçilərinə ŞAD XƏBƏR
Bakıda universitetdə bədbəxt hadisə
Müəllimədən qadınlara inanılmaz çağırış: Uşaq dünyaya gətirməyin!
Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır
“Elmlər Akademiyası” Stansiyasına Gələn Qatar Geri, “Nizami”Yə Qayıtdı – Metroda Nə Baş Verir? – AÇIQLAMA
Daxili İşlər Nazirliyi bu şəxslə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ - FOTO
“İşıq və qaz limiti ilə bağlı YENİ XƏBƏR
Meydan TV-nin rəhbəri Prezidentə təşəkkür etdi: “Çox istərdim ki, Azərbaycana qayıdım”
Bakıda avtobus qəzaya uğradı: Tıxac yarandı – Video
82 yaşlı zəngin iş adamı qətlə yetirilib, polis azərbaycanlı həyat yoldaşından şübhələnir - ŞOK TƏFƏRRÜAT
“Azyaşlı uşaqları cəlb etməklə narkotik vasitələrin daşınmasına cəhd edilir”
Prezidentdən növbəti MÜHÜM QƏRAR
Əfqanıstanda silsilə partlayışlar: 7 ölü, 3 yaralı
Bakıda itkin düşmüş qadın tapıldı - O Sabunçuda....
Bakıda güclü külək olacaq
Zülfüqar Mikayılov: “Əfv sərəncamının bayramqabağı verilməsi çox sevindiricidir”
Altıncı mərtəbədən yıxıldı, sağ qaldı
Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı
Belqradda gərgin anlar: prezidentin iqamətgahı mühasirəyə alındı
Məscidi gülləbaran edən manyak haqda inanılmaz faktlar – Foto, Video
Əfv sərəncamının icrası başa çatdı
Azərbaycanda polis rəisi türk müğənniyə 120 min dollar verdi – SÜNNƏT TOYU
Bakıda özünü 16-cı mərtəbədən atan 15 yaşlı qızın intihar görüntüləri - VİDEO (18+)
Şəhid ailəsinin üzvü Ramil Usubova müraciət etdi
Kədərli ailə dramı: Qızının yaşaması üçün öz canından keçdi – Foto
Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT