Araz Əlizadə: “Sosial şəbəkədə oturanların 90 faizi avaradır”

  • 4-03-2019, 15:39
  • olke
  • Baxılıb36
Araz Əlizadə: “Sosial şəbəkədə oturanların 90 faizi avaradır”
"Sosial şəbəkədən istifadə edənlərin 90 faizi avaradır və mənim onları avara adlandırmağa haqqım çatır. Bu fikri dəfələrlə telekanallardan səsləndirmişəm"

Bunu "Ölkə.Az”a açıqlamasında deputat Araz Əlizadə deyib.

Onun sözlərinə görə, sosial şəbəkədən faydalı işlər üçün istifadə etmək əvəzinə orada əyləşənlərın 90 faizi səhər-axşam təhqir edib, müxtəlif insanlar barəsində şayiələr yaymaqla məşğuldurlar.

"Mən bunu faktiki olaraq barəmdə deyilənlərlə sübut edə bilərəm. Kanal-13 internet telekanalı mövcuddur. Telekanal 10 deputat haqqında veriliş hazırlayaraq, onları Azərbaycan dövlətini talan etməkdə ittiham edib. Mənim adım bu "talançılar” sırasında 3-cüdür. Əvvəla onu deyim ki, deputat necə dövləti talan edə bilər?!

İkincisi, bu bədbəxt uşağı talan sözünün mənasını bilmir.

Üçüncüsü, onların mənə qarşı sürdüyü ittihamlar gülünc və əsassızdır. Siz təsəvvür edin mənə qarşı sürülən hansı ittiham talançılığa uyğun gəlir. Bunların düşüncəsinə görə, Araz Əlizadə Azərbaycanın müstəqilliyinə səs vermədiyinə, Əhməd Cavadın Azərbaycan himninin müəllifi olmadığına və bloger Mehman Hüseynov barəsində səsləndirdiyi ifadəyə görə talançıdır. Bax, budur onların səviyyəsi, düşüncəsi…”,- deyə A.Əlizadə qeyd edib.
O, əlavə edib ki, "Kanal-13” ABŞ-dan maliyyələşdirilir:

"Oğlum onun kimə və haradan maliyyələşməsi ilə bağlı araşdırma apardı. Bəlli oldu ki, bu telekanal ABŞ-dan maliyyələşir. Kimlər onu idarə edir, onlar harada təhsil alıb, pulu necə əldə edirlər. Bunlar hamısını müəyyən etmişik. Bax, bütün bunlara görə, mənim sosial şəbəkədən istifadə edənlərin 90 faizinin avara olduğunu deməyə əsasım var”.

A.Əlizadə onu da əlavə edib ki, daha bir faktı qeyd edim:

"Siz təsəvvür edin, Mehman Hüseynov barəsində işlətdiyim ifadəyə görə dünyanın ən müxtəlif ölkələırindən mənim ünvanıma yüzdən artıq təhqiramiz ifadələr, söyüşlər gəldi. "Mən onların hamısını analiz etdim, gördüm ki, oradakı cümlələr də, söyüşlər və hətta səhvlər də eynidir. Bax, budur göstərici... Sosial şəbəkə ilə bağlı gəldiyim qənaət…”.

A.Əlizadə deyib ki, nə jurnalist bir neçə ay bundan öncə mənə sual verənədək, nə də indi Mehman adlı jurnalist tanımıram:

"Sadəcə onun ətrafında bir "qəhrəman” obrazı yaratmağa cəhd olundu və nəticəsi də göz qabağındadır. Sabun köpüyü kimi yox olub getdi. Necə ki, zamanında ukraynalılar Nadejda Savçenko ətrafında bir qəhrəman obrazı yaratdılar, sonu nə oldu?... Rusiyadan həbsdən azad edilən Nadejdanı ukraynalılar özləri məcbur olub həbsxanaya saldılar”.
Oxşar xəbərlər
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıb
Füzulidə qatarla maşın toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO
Tereza Meyi devirməyə cəhd edirlər
Bu gün ölkəmizdə Novruz bayramı qeyd olunur
Günəşin yanında görünən anomal hadisə alimləri qorxuya saldı - VİDEO
Bakıda metro istifadəçilərinə ŞAD XƏBƏR
Bakıda universitetdə bədbəxt hadisə
Müəllimədən qadınlara inanılmaz çağırış: Uşaq dünyaya gətirməyin!
Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır
“Elmlər Akademiyası” Stansiyasına Gələn Qatar Geri, “Nizami”Yə Qayıtdı – Metroda Nə Baş Verir? – AÇIQLAMA
Daxili İşlər Nazirliyi bu şəxslə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ - FOTO
“İşıq və qaz limiti ilə bağlı YENİ XƏBƏR
Meydan TV-nin rəhbəri Prezidentə təşəkkür etdi: “Çox istərdim ki, Azərbaycana qayıdım”
Bakıda avtobus qəzaya uğradı: Tıxac yarandı – Video
82 yaşlı zəngin iş adamı qətlə yetirilib, polis azərbaycanlı həyat yoldaşından şübhələnir - ŞOK TƏFƏRRÜAT
“Azyaşlı uşaqları cəlb etməklə narkotik vasitələrin daşınmasına cəhd edilir”
Prezidentdən növbəti MÜHÜM QƏRAR
Əfqanıstanda silsilə partlayışlar: 7 ölü, 3 yaralı
Bakıda itkin düşmüş qadın tapıldı - O Sabunçuda....
Bakıda güclü külək olacaq
Zülfüqar Mikayılov: “Əfv sərəncamının bayramqabağı verilməsi çox sevindiricidir”
Altıncı mərtəbədən yıxıldı, sağ qaldı
Səbaildə yararsız, lakin təhlükəli top mərmisi aşkarlandı
Belqradda gərgin anlar: prezidentin iqamətgahı mühasirəyə alındı
Məscidi gülləbaran edən manyak haqda inanılmaz faktlar – Foto, Video
Əfv sərəncamının icrası başa çatdı
Azərbaycanda polis rəisi türk müğənniyə 120 min dollar verdi – SÜNNƏT TOYU
Bakıda özünü 16-cı mərtəbədən atan 15 yaşlı qızın intihar görüntüləri - VİDEO (18+)
Şəhid ailəsinin üzvü Ramil Usubova müraciət etdi
Kədərli ailə dramı: Qızının yaşaması üçün öz canından keçdi – Foto
Afətin mahnısını oxuduqları üçün işdən qovulan tibb işçiləri ilə bağlı - AÇIQLAMA
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT