Prezident İlham Əliyevin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı

  • 11-04-2019, 12:37
  • olke
  • Baxılıb24
Prezident İlham Əliyevin fəaliyyətinin son 1 ili köklü islahatlarla yadda qaldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 11-də xalqın etimadını yenidən qazanaraq dövlət başçısı seçilməsindən 1 il vaxt ötür.

Bakunews.tv Trend-ə istinadən xəbər verir ki, bu münasibətlə açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, yeni prezidentlik dövrünə şəhid ailələrinə kompensasiya verilməsi barədə Fərmanın imzalaması ilə başlayan İlham Əliyev bu müddət ərzində Azərbaycan vətəndaşının rifahını daim prioritetdə saxlayıb: "Şəhid ailələrinə birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib və artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə, 135 milyon manat vəsait nəzərdə tutulur. Prezidentin Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb. 30 yanvar 2019-cu il tarixli "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında" Fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti 7 fevral 2019-cu il tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin edilib: "Minimum əmək haqqı məbləğinin 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılması 600 minədək insanı əhatə edəcək və bununla bağlı dövlət büdcəsindən illik 400 milyon manat vəsait yönəldiləcəkdir. Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 14 fevral tarixli Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdləri orta hesabla 20 faiz artırılıb. Bu Sərəncam 600-ə yaxın doktorantı və 110 mindən artıq tələbəni əhatə edəcəkdir. Prezidentin Sərəncam və Fərmanının icrası üçün 25 milyon əlavə vəsait ayrılacaq. Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari il martın 1-dən əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edir. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Prezidentin 2019-cu il 25 fevral tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlər paketi təsdiqlənib. Ümumilikdə 576,8 min nəfəri əhatə edən bu Sərəncamın icrası üçün cari ilin 9 ayında əlavə olaraq 302 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaqdır. Prezidentin 2019-cu il 28 fevral tarixli Fərmanı ilə 800 mindən artıq insanın xarici valyutada olan kreditləri üzrə üzləşdiyi maliyyə itkisi qarşılanır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Əmanətlərin tam sığortalanması 7 515 min tələbli və müddətli hesablara malik insanı əhatə edir. Bütövlükdə 2019-cu ilin əvvəlindən təklif edilən sosial paket 3 milyondan çox insanı əhatə etməklə dövlət büdcəsindən 2 milyard manatdan artıq vəsaitin ayrılmasını nəzərdə tutur".

Vüsal Qasımlı vurğulayıb ki, son bir il dərin biznes islahatları ilə də yadda qalıb: "Son bir ildə mikro, kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, yaşıl dəhlizin qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı, həmçinin yeni sənaye, aqro və texno parklar və sənaye məhəllələri yaradıldı. Vergi və gömrük islahatlarında əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. "Doing Business 2019" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib, BRİCS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələyib. "Economic Freedom 2019" hesabatında ölkənin mövqeyi 7 pillə irəliləyərək 60-cı mövqeyə çatdı".

Mərkəz direktoru bilidrib ki, son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir: "Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Dövlətimizin başçısının apardığı struktur islahatlar iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq, məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir. Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir. İnstitutsional və struktur islahatları çərçivəsində "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya" qəbul edildi, həmçinin KOB-un İnkişafı Agentliyi, "DOST" Mərkəzi, TƏBİB, DAİM, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Enterpriseazerbaijan.com, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqrar tədarük və təchizat" ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradıldı və fəaliyyətə başladılar. Beləliklə, Prezidentin dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institutsional altyapı mütəmadi şəkildə yenilənir".

Vüsal Qasımlı qeyd edib ki, keçən il 20 ildən artıq davam edən müzakirələrdən sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması digər dörd sahil ölkəsi ilə bərabər Azərbaycanın da uğuru sayıla bilər. Konvensiya Azərbaycan üçün nəqliyyat, logistika, tranzit, ticarət, enerji və bioresurların istifadəsi baxımından yeni imkanlar açır: "2018-ci ildə rəsmi açılışları olan Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP 1,2 trilyon kubmetr ehtiyata malik olan "Şahdəniz-2" qaz yatağından "mavi yanacağın" Türkiyə, Gürcüstan və Avropaya nəqlinə imkan verəcək. Bu isə Azərbaycanın Avropada enerji təhlükəsizliyi, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, habelə ətraf mühitin qorunması siyasətinə verdiyi töhfədir. Beləliklə, Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqelərini gücləndirir.

2018-ci ildə "Enerjinin İpək yolu" adlanan TANAP-ın açılışı ilə yanaşı Azərbaycan Prezidenti Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını etdi. Prezident İlham Əliyevin 2018-ci ildə xeyir-dua verdiyi layihələrdən biri - Türkiyədə "Petkim" neft-kimya kompleksinin ərazisində inşa olunan "Star" neft emalı zavodu (NEZ) qardaş ölkənin ilk Xüsusi Sənaye Zonası elan edildi. Bu müddət ərzində "SOCAR karbamid", "SOCAR Polymer" kimi iri layihələr uğurla icra edildi. Öz növünə və miqyasına görə müstəqil Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən nəhəng layihə olan "SOCAR Polymer" daxili bazarın tələbatını tam ödəməklə yanaşı qeyri-neft sektorunun ixrac gəlirlərimizi 15 faiz artıracaq. Həmçinin 2018-ci ildə üzv ölkələrinə regional və kontinental bazarlara çıxışı şaxələndirmək imkanı verən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə Lazurit dəhlizi (Lapis-Lazuli) ilə yükdaşımalara başlanıldı".
Oxşar xəbərlər
Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM
Trampdan Müllerin qərarına reaksiya: “Gözəl gündür”
Paytaxtın bu rayonlarında qaz olmayacaq
Prezident qanun imzaladı - Bu şəxslərin maaşı ikiqat artdı
Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
Prezident sərəncam imzaladı - 2.45 milyon manat ayrıldı
“Paris Notr-Dam kilsəsi bərpa işləri dövründə bağlanmayacaq”
Prezident bu şəxslərin maaşını iki dəfə artırdı
Bu toyuq ətini ƏSLA ALMAYIN
İlham Əliyevdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Prezident bu şəxslərin maaşını artırdı - SƏRƏNCAM
Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb
Bulvara giriş bağlanır
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçild
Prezidentdən icra başçısı ilə bağlı VACİB SƏRƏNCAM
DTX-yə yeni səlahiyyətlər verildi - FƏRMAN
Özünü güllələmiş keçmiş prezident xəstəxanada öldü
Tanınmış jurnalistə vəzifə verildi
Əkrəm İmamoğlu vəzifəsini təhvil aldı
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gəncin sinəsinə xaç çəkib, diri-diri basdırdılar
Perunun sabiq prezidenti intihar etdi
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq istəyinə cavab verdi
Nazpəri Dostəliyeva: “O qız məni şantaj edib, pul istəyir”...
DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN
“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb
Kür çayından meyit tapıldı
SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏDƏNİYYƏT