"Prezident İlham Əliyevin son bir ildəki fəaliyyəti nəticəsində Azərbaycanda vətəndaş məmnunluğu ən yüksək həddə çatıb"

  • 11-04-2019, 12:58
  • siyaset
  • Baxılıb24
"Prezident İlham Əliyevin son bir ildəki fəaliyyəti nəticəsində Azərbaycanda vətəndaş məmnunluğu ən yüksək həddə çatıb"
Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir. Görülən işlər nəticəsində ötən bir il dövlət başçısına etimadın ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir.

Bakunews.tv xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, cənab prezidentin son bir ildəki fəaliyyətini dəyərləndirmək üçün bir çox parametrlər üzrə ölkəmizin inkişafı, əldə etdiyi uğurlar və s. haqqında danışmaq lazımdır:

"Bu uğurları təmin edən əsas cəhət isə, əlbəttə ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra keçən müddət ərzində Azərbaycan dövlətinin yeritdiyi siyasətdir. Bu siyasət "Heydər Əliyev siyasəti" adlanır. Bu siyasətin davamlılığının təmin olunması və Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin bu siyasəti dəstəkləməsi bu günə qədər olduğu kimi, son bir ildə də əldə etdiyimiz nailiyyətlərin əsas bünövrəsi kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin bu siyasətə əsaslanan, 2003-cü ildən davam edən fəaliyyəti nəticəsində Azərbaycan regionun, dünyanın inkişaf edən, nüfuzlu ölkələri sırasına qoşulub, siyasi, hərbi, iqtisadi, sosial, mədəniyyət, humanitar və digər sahələrdə həm ölkə daxilində, həm də xaricində mühüm nailiyyətlər əldə olunub. Təbii ki, həyata keçirilən bütün bu çoxşaxəli siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı, vətəndaş hüquq və azadlıqlarının təmini üçün yaradılan şərait, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması və bütün bunlar üçün də ən vacib amil olan Azərbaycandakı mövcud ictimai-siyasi sabitlik dayanır".

Vitse-spiker vurğulayıb ki, istənilən ölkədə bütün bu sadalananlar olmadan hər hansı uğurdan, inkişafdan danışmaq mümkün deyil: "Cənab prezidentin son bir ildəki fəaliyyəti nəticəsində isə Azərbaycanda vətəndaş məmnunluğu ən yüksək həddə çatıb. Bu illər ərzində həyata keçirilən planlı, məqsədyönlü, ardıcıl, davamlı və dayanıqlı islahatların ümumi nəticəsi bu gün özünü Azərbaycan insanının, vətəndaşının həyatında aydın şəkildə özünü göstərməkdədir".

B.Muradova qeyd edib ki, görülən işlər bütün vətəndaşlarımızın sosial rifahının yüksəldilməsində, müxtəlif həssas qrupların, qayğıya və diqqətə ehtiyacı olan təbəqələrin, canını Vətən yolunda qurban verməyə hazır olan Azərbaycan əsgərinin həyatında, eləcə də gənclərin həm ölkənin həyatında rolunun artırılmasında, həm də dövlət qurumlarında müxtəlif səviyyələrdə işə cəlb olunmasında, qadınların cəmiyyət və dövlət həyatında rolunun artırılmasında və s. özünü büruzə verib:

"Azərbaycan Prezidentinin son bir ildə fəaliyyətinə toxunarkən daha sıx prezident-xalq birliyini, bu birliyin istənilən çağırışa, təhlükəyə qarşı dayandığını aydın şəkildə görə bilərik. Təsadüfi deyil ki, Fransanın nüfuzlu "Opinion Way" təşkilatının keçirdiyi rəy sorğusunda da xalqın Azərbaycan Prezidentinə getdikcə artan dəstəyi öz əksini tapıb. Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir ki, bu da bütün bu görülən işlərin nəticəsidir".
Oxşar xəbərlər
Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM
Trampdan Müllerin qərarına reaksiya: “Gözəl gündür”
Paytaxtın bu rayonlarında qaz olmayacaq
Prezident qanun imzaladı - Bu şəxslərin maaşı ikiqat artdı
Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
Prezident sərəncam imzaladı - 2.45 milyon manat ayrıldı
“Paris Notr-Dam kilsəsi bərpa işləri dövründə bağlanmayacaq”
Prezident bu şəxslərin maaşını iki dəfə artırdı
Bu toyuq ətini ƏSLA ALMAYIN
İlham Əliyevdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Prezident bu şəxslərin maaşını artırdı - SƏRƏNCAM
Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb
Bulvara giriş bağlanır
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçild
Prezidentdən icra başçısı ilə bağlı VACİB SƏRƏNCAM
DTX-yə yeni səlahiyyətlər verildi - FƏRMAN
Özünü güllələmiş keçmiş prezident xəstəxanada öldü
Tanınmış jurnalistə vəzifə verildi
Əkrəm İmamoğlu vəzifəsini təhvil aldı
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gəncin sinəsinə xaç çəkib, diri-diri basdırdılar
Perunun sabiq prezidenti intihar etdi
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq istəyinə cavab verdi
Nazpəri Dostəliyeva: “O qız məni şantaj edib, pul istəyir”...
DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN
“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb
Kür çayından meyit tapıldı
SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏDƏNİYYƏT