Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)

  • 26-05-2019, 11:00
  • siyaset
  • Baxılıb45
Artıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti ilə bağlı planlarını da qurmağa başlayıb.

BAKU.WS xəbər verir ki, planlar isə daha çox qiymətlərə, dəniz və ya təbiət turizmi seçiminə görə dəyişə bilir.

Son illər azərbaycanlılar istirahət üçün daha çox xaricə üz tutsalar da, əksinə əcnəbilər ölkəmizə daha çox gəlməyə başlayıblar. Onlar daha çox bölgələrdə təbiət turizminə üstünlük verirlər. Yerli əhali bölgələrdə turizm obyektlərində qiymətlərindən yüksək olmasından şikayətlənsə də, elə yerlərdə istirahət edənlərin sayı heç də az deyil.

Millət vəkili Naqif Həmzəyev adətən istirahətini Azərbaycanın dilbər guşələrində keçirməyə üstünlük verdiyini bildirib və digər insanlara da istirahət üçün ayırdığı vəsaiti Azərbaycanda xərcləməyi tövsiyə edib: "İstirahət üçün xərclədiyimiz pulun xaricə çıxmasının qarşısını almalıyıq. Bununla da ölkədaxili turizmə dəstək olarıq”.

Deputat Aydın Mirzəzadə də bir qayda olaraq Azərbaycanda istirahət etdiyini söyləyib: "Əslində deputat üçün istirahət anlayışı yoxdur. Telefonlarımız daima açıqdır. Media nümayəndələri və vətəndaşlar daima zəng edirlər. Böyük ehtimalla Bakıda olacağam. Arada ailəmlə birlikdə rayonlara da səfər edəcəyik”.
Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
Aqil Abbas isə Azərbaycanı onsuz da gəzdiyini, imkanı olarsa, Türkiyəyə getməyi düşündüyünü deyib. Deputat Oranı maşınla qarış-qarış gəzmək istədiyini bildirib.

Millət vəkili Azər Badamov hər turizm mərkəzinin özünə uyğun təqdim etdiyi xidmətlər olduğunu qiymətlərin də hamını qane edəcək səviyyədə olduğunu söyləyib: "Bir neçə ildir ki, istirahətimi Azərbaycanda keçirirəm. Çünki Azərbaycanda istirahət üçün çox gözəl şərait yaradılıb. Gözəl hotellər tikilib, istirahət zonası salınıb. Mənim təmsil etdiyim Qusar da turizm bölgəsidir. Belə gözəl təbiətə malik yeri qoyub harasa istirahətə getməyi düzgün saymıram. Mən də yayı öz rayonumuzda keçirəcəyəm”.

Gövhər Baxşəliyeva isə Bakıda bağ evində istirahət edəcəyini deyib.

Tahir Rzayev də Azərbaycan olacağını vurğulayıb, lakin hələlik hansı bölgədə olacağını dəqiqləşdirməyib.

Millət vəkili Elman Məmmədov Bakıda və Goranboyda istirahət etməyi xaricə getməkdən üstün tutub: "Elə insanlar var ki, Azərbaycanımızın heç 30 faizini də tanımır. Ölkəmizi gəzmək, tanımaq, şəfalı yerlərində gəzmək xaricə getməkdən daha üstündür”.

Zaqatala-Balakən bölgəsindən parlamentə deputat seçilən Kamilə Əliyeva isə ailəsi ilə birlikdə daha öncə heç olmadığı rayonlara səfər edəcəyini deyib: "Azərbaycanda hər bir şəraiti olan turizm məkanlarımız var. Həm maddi, həm də təhlükəsizlik baxımından Azərbaycanda istirahət etməyin öz üstünlüyü var”.
Oxşar xəbərlər
Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
Bakıda qorxulu qəzalar: “ölüm-dirim savaşı” - VİDEO
Bu şəxslərin maaşı artdı - SƏRƏNCAM
Bətnindən körpəni götürüb, yerinə qayçı qoydular - 23 il əzab çəkdi
Bir gündə üç qadın gilas ağacından yıxılıb
Məmmədyarovdan ard-arda beşinci məğlubiyyət
İcra başçısı gecəyarısı yanan əraziyə gəldi
Ana övladı problemli doğuldu deyə intihar etdi - Vəziyyəti ağırdı
Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq planı imzalanıb
Bu ərazilərdə qaz olmayacaq
Prezidentlə xanımı “Yanardağ”da
Fazil Məmmədovun batan biznesi
Novruz Məmmədovdan Quba şəhəri ilə bağlı qərar
Bərdədə dəhşətli qəza - ölən var
Baş nazirdən yeni qərar — Bu şəxslər 700 manat müavinət alacaq
Bakıda xarici vətəndaş bu özəl klinikada əməliyyat zamanı öldü
Bakıda iki uşaq anası özünü asdı: Dəm qazından öldüyü deyilirdi - YENİLƏNİB
Fəhlə yüksək mərtəbəli binadan yıxıldı
DİN-dən yeni təyinatlar
Məşhur müğəninin övladı cinsini dəyişir
Bakunews.az saytının rəhbərinə ağır itdi
Allahşükür Paşazadənin Azərbaycan xalqına Ramazan təbriki
16 il axtardığı qardaşını tapdı və evləndi - şok hadisə
Prezident bir qrup sahibkarı təltif edib - SİYAHI
Azərbaycanda 2 qardaşın öldüyü dəhşətli hadisənin görüntüləri - Video
“Qarabağ” UEFA reytinqində “Milan”ı qabaqlayıb
Rusiyaya Vaşınqtondan danışıqlar təklifi gəlib
Azərbaycanlı məmur intihar etdi
Bu ərazilərdə su olmuyacaq
Azərbaycanın baş naziri Türkmənistanda Avropaya qaz nəqlini müzakirə edib
Elxan Məmmədov UEFA-da komitə sədri seçildi
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏDƏNİYYƏT