“”Azərpoçt” kimi dövlət qurumlarının MMC-yə çevrilməsi hüquqa ziddir”

  • 17-04-2019, 13:30
  • sosial
  • Baxılıb10
“”Azərpoçt” kimi dövlət qurumlarının MMC-yə çevrilməsi hüquqa ziddir”
Fərhad Mehdiyev: “Dövlət qurumları əhaliyə xidmət göstərir, MMC isə bizneslə məşğul olur”
Fazil Mustafa: “Nazirlər Kabineti tərəfindən bu kimi qərarlar veriləndə məsələyə ciddi diqqət yetirilməlidir”

“”Azərpoçt” kimi dövlət qurumlarının MMC-yə çevrilməsi hüquqa ziddir”

“Dövlət müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilə bilməz. Ancaq özəlləşdirmək şərtilə Açıq Səhmdar Cəmiyyətə (ASC) çevirmək olar.

Yaxud da kiməsə satılar, o da istədiyi növ şirkətə çevirər. Özəlləşdirmək niyyəti yoxdursa, Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevirin, ya da adını qoyun “dövlət müəssisəsi”.

Bunu Bizimyol.info saytına hüquqşünas-ekspert, professor Fərhad Mehdiyev deyib. O bildirib ki, dövlət müəssisələri ilə bağlı verilən bu cür qərarlar hüquqla ziddiyyət təşkil edir:

“Avropa ölkələri bizim bəzi dövlət qurumları ilə əməkdaşlıq edir. Onlar bunu heç cür başa düşmürlər ki, dövlət qurumu necə MMC ola bilər. Məsələn “Azərpoçt” necə MMC olur? Çünki dövlət müəssisəsini özəlləşdirmək niyyətləri varsa, onu ASC-yə çevirir, daha sonra səhmlərini birjada satırlar. Dövlət səhmdar cəmiyyət üzərində nəzarəti itirmək istəmirsə, səhmlərin 51 faizini özündə saxlaya, 49 faizini sata bilər. Yox, əgər tamamilə özəlləşdirmək istəyərsə, yenə də ASC edərək, səhmləri tam sata bilər. Əgər müəssisə kiçikdirsə və ASC-yə çevirməyinə dəymirsə, bu halda birbaşa auksionda sata bilər və alan şəxs də istədiyi idarəetmə formasını seçə bilər. Əgər dövlətin dövlət qurumunu özəlləşdirmək niyyəti yoxdursa, ən ideal variant ya QSC kimi, ya da dövlət müəssisəsi kimi saxlamaqdır”.

“MMC-nin yaradılmasında ictimai maraq olmalıdır”

Fərhad Mehdiyev bildirir ki, bəzən dövlət müəyyən bir sahədə rəqabəti canlandırmaq üçün bir müəssisənin yaradılmasını istəyə bilər:

“Məsələn, ölkədə o xidməti təmin edən, pulu, imkanı, yaxud marağı olan sahibkar yoxdursa, “Public Private Partnership” (dövlət xüsusi əməkdaşlıq) yaradılır. Dövlətin torpağında, dövlətin binasında şirkət yerləşərək, o işi qurur. Amma bu, özünəməxsus bir şirkət növüdür. Nə MMC, nə ASC, nə QSC, nə də dövlət müəssisəsi deyil. Müəyyən bir müddət üçün qurulan bu şirkətin konkret funksiyaları var ki, hansısa sahə üzrə rəqabəti və effektivliyi canlandırsın. Amma dövlət müəssisəsinin MMC edilməsi ağlabatan deyil. Çünki MMC-yə çevrilən dövlət qurumunun xüsusi idarəetmə forması yoxdur. Həmin MMC-nin təsisçisi hansısa nazirlik, komitə və digər dövlət qurumudur. Bu halda təsisçinin özü direktorluq edə bilmir. Təsisçi həm də direktordursa, bu qurumu kim yoxlayacaq? Tutaq ki, kimisə direktor təyin etdi, qanunda müşahidə şurasının olması da məcburi olçadığına görə, deməli təyin edilən direktora nəzarət edən olmayacaq. MMC-nin yaradılmasında ictimai maraq olmalıdır. Əgər bu ictimai maraq yoxdursa, dövlət MMC yaratmamlıdır”.

““Azərpoçt” kəndlərdə yeganə poçtdaşıyıcı xidmətdir”

Dövlətin bu formada MMC yaratmasının səbəbinə gəlincə, hüquqşünas bildirir ki bu, həmin qurumu tabelikdən çıxarmaq məsdəilə edilir.

“Məsələn, “Azərpoçt”da məqsəd bu idi ki, bu qurumu Nəqliyyat, Rabitə və yüksək Tüexnologiyalar Nazirliyinin (NRYTN) tabeliyindən çıxarsınlar və müstəqil formada fəaliyyət göstərsin. Halbuki bunu, başqa formada edə bilərdilər. Məsələn, nazirliklərin yanında müxtəlif qurumlar şəklində təşkilatlanma mövcuddur ki, ayrıca hüquqi şəxsdir, istəyəndə tabeçiliyi saxlayırlar, istəməyəndə saxlamırlar. Söhbət “Azərpoçt”dan gedirsə, əslində, publik hüquqi şəxs olmamalıdır. Amma nəzərə alsaq ki, “Azərpoçt” kəndlərdə yeganə poçtdaşıyıcı xidmətdir və inhisarçı fəaliyyət həyata keçirir, biz onu publik hüquqi şəxs kimi də təşkil edə bilərik. Çünki inhisarçı qaydada xidmət göstərilirsə və bu xidmət də zəruridirsə, bunu təşkilati formasına görə publik hüquq şəxs etmək mümkündür. Məsələn, əvvəl Bakı Telefon Rabitə İstehsalat Birliyi (BTRİB) vardı. Bu qurum artıq Bakıda kommunikasiya sahəsində demək olar ki, heç bir inhisarçı fəaliyyət göstərmədiyinə görə, hakimiyyət səlahiyyətləri yoxdur. Yəni müxtəlif müəssisələr var ki, onsuz da bu fəaliyyəti əhaliyə göstərirlər. “Azərpoçt” isə hələlik kəndlərdə yeganə poçtdaşıma xidmətidir”.

“Əhaliyə xidmət göstərən dövlət qurumlarını Mülki Məcəllənin tənzimləməsi altına salmaq mümkün deyil”

F.Mehdiyev yekun olaraq bildirir ki, hüquq iki yerə – publik hüquq və xüsusi hüquqa ayrılır: Dövlət hakimiyyət səlahiyyətlərini icra etdiyi üçün əsasən publik hüquqla fəaliyyət göstərir. MMC-lər isə mülki hüquqla tənzimlənən və rəqabət mühitində xeyir götürmək məqsədilə fəaliyyət göstərən qurumlardır. Başqa sözlə, dövlət qurumları əhaliyə xidmət göstərir, MMC isə bizneslə məşqul olur.

Əhaliyə xidmət göstərən dövlət qurumlarını Mülki Məcəllənin tənzimləməsi altına salmaq mümkün deyil”.

Fazil Mustafa: “Dövlət müəssisəsi heç bir halda MMC-yə çevrilə bilməz”

Bizimyol.info məsələ ilə bağlı deputat Fazil Mustafanın da fikirlərini öyrənib. Deputat da bildirir ki, dövlət müəssisəsi heç bir halda MMC-yə çevrilə bilməz:

“Çünki dövlət müəssisəi biznes fəaliyyəti ilə məşğul olmadığna görə, uzaqbaşı QSC ola bilər. Bu da mülki hüququn qaydalarına uyğun yaradılmalıdır. Amma dövlət müəssisənin MMC-yə çevrilməsi hüquq qaydalarına ziddir”.

Deputat vurğulayır ki, Nazirlər Kabineti tərəfindən bu kimi qərarlar veriləndə məsələyə ciddi diqqət yetirilməlidir” – deyə deputat bildirib.

“Azərpoçt” Dövlət Müəssisəsi Rabitə Nazirliyinin 23 sentyabr 1999-cu il tarixli 151 saylı əmri ilə yaradılıb. Müəssisə, “Azərpoçt” İstehsalat Birliyinin bazasında yaradılıb və onun hüquqi varisidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 31 avqust 2009-cu il tarixli 145 №-li əmri ilə “Azərpoçt” DM-nin təşkilatı-hüquq formasının dəyişdirilərək “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilib.

“Azərpoçt” MMC-nin nizamnaməsi 15 sentyabr 2009-cu il tarixində Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilib, Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 9900037711 saylı nömrəsi ilə qeydiyyatdan keçib.

Ölkədə poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olan “Azərpoçt” ənənəvi poçt xidmətləri, qeyri-ənənəvi xidmətlər (bank, sığorta və s.), maliyyə xidmətləri, elektron hökumət və elektron biznes xidmətləri həyata keçirir.
Oxşar xəbərlər
Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM
Trampdan Müllerin qərarına reaksiya: “Gözəl gündür”
Paytaxtın bu rayonlarında qaz olmayacaq
Prezident qanun imzaladı - Bu şəxslərin maaşı ikiqat artdı
Hollandiyadan 9 azərbaycanlı deportasiya olundu
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
Prezident sərəncam imzaladı - 2.45 milyon manat ayrıldı
“Paris Notr-Dam kilsəsi bərpa işləri dövründə bağlanmayacaq”
Prezident bu şəxslərin maaşını iki dəfə artırdı
Bu toyuq ətini ƏSLA ALMAYIN
İlham Əliyevdən çörəklə bağlı VACİB SƏRƏNCAM
Prezident bu şəxslərin maaşını artırdı - SƏRƏNCAM
Yanmamış malların “Diqlas”dan çıxarılması başa çatdırılıb
Bulvara giriş bağlanır
“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçild
Prezidentdən icra başçısı ilə bağlı VACİB SƏRƏNCAM
DTX-yə yeni səlahiyyətlər verildi - FƏRMAN
Özünü güllələmiş keçmiş prezident xəstəxanada öldü
Tanınmış jurnalistə vəzifə verildi
Əkrəm İmamoğlu vəzifəsini təhvil aldı
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gəncin sinəsinə xaç çəkib, diri-diri basdırdılar
Perunun sabiq prezidenti intihar etdi
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq istəyinə cavab verdi
Nazpəri Dostəliyeva: “O qız məni şantaj edib, pul istəyir”...
DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN
“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb
Kür çayından meyit tapıldı
SOCAR birinci rübdə 1,5 milyard kubmetrdən çox təbii qaz hasil edib
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏDƏNİYYƏT