Rəşad və Rüfətin həbsi tələb edildi

  • 2-05-2019, 13:00
  • sou
  • Baxılıb46
Rəşad və Rüfətin həbsi tələb edildi
“Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə hər iki müğənninin məhkəməyə gəlmədiyi məlum olub.

Sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edərək, R.İlyasovla R.Axundovun cinayət məsuliyyətinə cəlb edilməsini və 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək, xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.

Məhkəmənin qərarı mayın 2-də veriləcək.

Qeyd edək ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. MTRŞ-nin iddiası təmin edilib və televiziya altı min manat məbləğində cərimələnib.

Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək R.Axundovun efirə çıxışına məhdudiyyət qoyulub. Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.
Oxşar xəbərlər
Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
“Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur
Yerə böyük meteorit düşdü: Qorxunc görüntülər - VİDEO
Bu şəxslərin pensiyasını artırıldı
Erməni əsgərlər Zakir Həsənovu güllələmək istəyib? - TƏCİLİ BƏYANAT
İtkin düşən jurnalistin meyiti tapılıb
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
İlqar Məmmədov “Qorotdel”ə çağırıldı
Bu dövlət baxçasında YANĞIN - uşaqlar təxliyə edilib - FOTOLAR
Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı
Masallıda 90 nəfərlik özünü müxalifətçi adlandıran şəxslərin niyyəti baş tutmayıb
Ən yüksək maaşlı şəhər məlum oldu
Məşhur aktyor şou müxbirlərə silah tuşladı:
Ukrayna hökuməti istefaya getdi
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Azərbaycan əczaçılıq məhsullarının istehsalını artırıb
ETSN rəsmisi: İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb
İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya
Azərbaycan istehsalı snayper tüfənginin sınaqları keçirildi
Dilarə Miri Yusifin klipində çox cəsarətli obrazda - VİDEO
Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı
“Ermənistanda baş verən proseslərə bir müddət sonra hərbçilər də qatılacaq” — Politoloq
Zelenskinin varidatı açıqlandı: Avropada evlər, Gürcüstanda 10 otel, …
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir
Bakıda
Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI
Dəməşq hücuma məruz qaldı
“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT