Bölgə
374
6-12-2024, 12:44

Siyəzəndə polis məktəblilərin qonağı olub - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Böyük Həmyə kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Orxan Şahmarov məktəblilərə erkən nikahın fəsadlarından bəhs edib.

Sonda mövzularla ilə bağlı videoçarxlar nümayiş olunub və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Son xəbərlər