SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Odessa Azərbaycan Evində vətəndaşlarımıza konsulluq xidməti göstərilib -

Odessa Azərbaycan Evində vətəndaşlarımıza konsulluq xidməti göstərilib - FOTOLAR

13.11.2023 21:08 126
Ukraynanın Odessa şəhərində yerləşən Azərbaycan Evində vətəndaşlarımıza səyyar konsulluq xidməti göstərilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin və Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatınınbirgə təşkilatçılığı ilə səyyar konsulluq xidməti 11
noyabr 2023-çü il tarixində baş tutub. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq şöbəsinin bir qrup əməkdaşının saat 09.30-dan 13.30-dək keçirdiyi qəbul zamanı soydaşlarımıza ehtiyacları olan sənədlərin verilməsi və digər sahələrlə bağlı konsulluq xidməti təmin edilib, sənədləşməyə dair suallar cavablandırılıb.







Xəbəri necə qiymətləndirirsiniz?