Cəmiyyət
129
9-02-2024, 14:02

“Qızıl Xaç“ Bakıdakı ermənilərin qohumları ilə 660 danışığını təşkil edib

Azərbaycan Ordusunun Qarabağda apardığı antiterror tədbirlərindən (19-20 sentyabr 2023-cü il) sonra saxlanılan ermənilərlə qohumları arasında 660 şifahi, video, yazılı mesaj və telefon danışığı aparılıb.

Bu barədə məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsi özünün X mikrobloqunda açıqlayıb.

Xatırladaq ki, komitə sonuncu dəfə bu il fevralın 5-də qondarma “artsaxın keçmiş rəhbərləri” də daxil olmaqla  Bakıda saxlanılan ermənilərə baş çəkib.

“Biz mütəmadi olaraq saxlanılan şəxslərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamalarına köməklik edirik”, - məlumatda deyilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər