Cəmiyyət
195
10-07-2024, 13:23

Cevdet Yılmaz: Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azaldıb

Türkiyənin müdafiə sənayesi sahəsində xaricdən asılılığı kəskin azalıb.

Bunu Türkiyənin vitse- prezidenti Cevdet Yılmaz Orta Şərq Texniki Universitetinin Araşdırma mərkəzlərinin açılış mərasimindəki çıxışı zamanı deyib.

O bildirib ki, indi bu göstərici 20 faizdən də aşağıdır: “Halbuki 20 il əvvəl müdafiə sənayesi sahəsində xaricdən asılılığımız 80 faiz idi. Xaricdən asılılığın azalması təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət daşıyır”.
Son xəbərlər