Cəmiyyət
12
29-10-2025, 11:47

Vəkil Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin edilmədi

Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçmiş vəkil Zabil Qəhrəmanovun şikayəti əsasında məhkəmə prosesi olub.
Bakunews.tv report-a istinadən xəbər verir ki, prosesdə Zabil Qəhrəmanovun apellyasiya şikayəti təmin olunmayıb və Gəncə şəhər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Zabil Qəhrəmanov oktyabrın 23-də polis əməkdaşları tərəfindən saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.

Ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər