Cəmiyyət / Bölgə
10
Dünən, 11:36

“Astalanya” istirahət mərkəzi işçilərin maaşını vermir

Astara rayonunda fəaliyyət göstərən “Astalanya” istirahət mərkəzində maaşların verilməməsi ilə bağlı iddialar var. Bununla bağlı “Xəzər Xəbər”ə müraciət edən işçilər bildiriblər ki, müəssisədə bəzi vətəndaşlar qeyri-rəsmi şəkildə işə cəlb edilib və onların son əməkhaqları ödənilməyib.
XALQ xəbər verir ki, Astara rayonu, Şahağac kəndinin sakiniləri- Tamara Abbasova və Səyyarə Məmmədova Qamışoba kəndində fəaliyyət göstərən “Astalanya” istirahət kompleksindən şikayətçidirlər.

Onlar bununla bağlı “Xəzər Xəbər”ə müraciət edərək bildiriblər ki, sözügedən obyektdə müəyyən müddət çalışsalar da, onlarla rəsmi əmək müqaviləsi bağlanılmayıb.

Biz də iddiaların nə dərəcədə doğru olduğunu öyrənmək üçün Şahağ kəndinə yollandıq. Öyrəndik ki, 660 manat məbləğində əməkhaqqı bu günədək istirahət kompleksinin keçmiş icarədarı tərəfindən onlara ödənilməyib.

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə adıçəkilən istirahət kompleksində olduq.

Obyektdən “Xəzər Xəbər”ə bildirildi ki, hər iki şikayətçinin əməkhaqqı yaxın müddət ərzində tam şəkildə ödəniləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Bakunews.tv
Son xəbərlər