Cəmiyyət
38
Dünən, 15:46

Tərtərdə doğuş faciəsi: Ata həkimi ittiham edir – “5 saat bizi aldatdılar”

Tərtərdə doğuş faciəsi: Ata həkimi ittiham edir –

Tərtər rayonunda doğuş zamanı vəfat edən Röya Allahverdiyevanın atası Zahid Həsənov hadisə ilə bağlı Oxu24.com-a danışıb.

O,bildirib ki, qızının ölümünə Tərtər Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində çalışan mama-ginekoloq Ziyafət Məmmədovun səhlənkarlığı səbəb olub.

“Bizə 5 saat yalandan dedilər ki, həm qızı, həm də uşağı göstəririk. Görürdüm ki, dəqiqəbaşı başqa həkim gətirirlər. Nə baş verdiyini gizlədirdilər”, – deyə Zahid Həsənov bildirib.



Ata iddia edir ki, vəziyyətin ciddi olduğunu görərək Səhiyyə Nazirliyinə zəng edib. Onun sözlərinə görə, bundan sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasından həkim briqadası Tərtərə göndərilib.

Zahid Həsənov bildirir ki, Tərtər rayon doğum şöbəsinin baş həkimi, mama-ginekoloq Tağıyeva Tamella Alı qızı hadisə baş verən vaxt xəstəxanaya gəlmək istəməyib.

“Baş həkimi çox çətinliklə xəstəxanaya gətiriblər. Həkim xəstəxanaya gəlmək istəmirdi”, – deyə o bildirib.

Zahid Həsənov qeyd edib ki, qızının əvvəllər heç bir ciddi xəstəliyi olmayıb və hamiləlik dövründə daim həkim nəzarətində olub.

Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır. Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.

Tərtər rayonunda doğuş zamanı qadının vəfat etməsi ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda rayonun doğum şöbəsində çalışan həkimlərin siyahısı məlum olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər