Çörəyin həzmə mənfi təsir etdiyi və çəki artırdığı barədə fikirlər geniş yayılsın da, həkimlər bunun hər növə aid edilmədiyini bildirirlər. Endokrinoloq Viktoriya Sadovskaya çörəyin enerji mənbəyi olduğunu və tərkibindəki B qrupu vitaminlərinin sinir sistemi üçün vacibliyini qeyd edib.Demokrat.az-ın məlumatına görə həkimin fikrincə, ən faydalı seçim tam taxıllı çörəkdir. Bu növ məhsul taxılın bütün hissələri qorunaraq hazırlandığı üçün vitamin və liflərlə zəngindir. Liflər bağırsaqların fəaliyyətini normallaşdırır və toxluq hissini uzadır. Lakin alarkən tərkibinə diqqət yetirmək lazımdır. Bəzən istehsalçılar məhsulu "tam taxıllı" adlandırsalar da, tərkibində adi ağ un üstünlük təşkil edə bilir.
Çörəyin kalorisi istifadə olunan unun növündən və əlavələrdən asılıdır. Məsələn, ağ unun 100 qramında 250-300 kalori olduğu halda, tam taxıllı çörəkdə bu göstərici 180-220 kalori arasındadır. Çovdar çörəyi isə buğda çörəyindən cəmi 10-20 kalori azdır. Toxum və qoz-fındıq əlavə edilmiş çörəklər faydalı yağlarla zəngin olsa da, daha kalorili sayılırlar.
Sağlam qidalanma üçün gündə iki dilimdən artıq çörək yeməmək tövsiyə olunur. Şirniyyat və bulkalar isə tərkibindəki yüksək şəkər və yağ miqdarı səbəbindən ən az faydalı qidalar siyahısına daxildir. Şəkərli diabet və ya çəki problemi olan şəxslərin ağ undan hazırlanan məhsullardan uzaq durması məsləhətdir.
Bakunews.tv