Xətai rayonunda Novruz bayramı ab-havası hiss olunur
Baharın gəlişini müjdələyən Novruz bayramı ərəfəsində Xətai rayonu bayram abu-havasına bürünüb. Rayonun park və küçələri baharın gəlişini simvolizə edən müxtəlif bəzəklərlə, milli ornamentlərlə və Novruz atributları ilə bəzədilib. Küçələrdə qurulan səməni guşələri, rəngarəng bayram kompozisiyaları və dekorativ elementlər sakinlərə baharın sevincini yaşadır. Xüsusilə park və istirahət məkanlarında yaradılan bayram guşələri rayon sakinlərinin və qonaqların diqqətini cəlb edir. Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də insanların bir-birinə yaxınlaşdığı, mehribanlığın və paylaşmağın artdığı qədim milli bayramlardan biridir. Bu bayram əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini yaşadaraq nəsildən-nəslə ötürülüb. Bakunews.tv xəbər verir ki, bayram ərəfəsində rayon ərazisində müxtəlif tədbirlər və şənlik proqramları təşkil olunur. Sakinlər üçün konsert proqramları, milli oyunlar və əyləncəli tədbirlər keçirilir, uşaqlar və gənclər Novruz ənənələrinə uyğun olaraq şənliklərdə iştirak edirlər. Rayon sakinləri qeyd edirlər ki, yaradılan bu bayram ab-havası insanların əhval-ruhiyyəsini yüksəldir və Novruzun əsas mesajı olan birlik, mehribanlıq və həmrəylik hisslərini daha da gücləndirir. Keçirilən tədbirlər və aparılan bayram hazırlıqları isə Novruz ənənələrinin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir